Ovnatanyanlar - Wikipedia
Ovnatanyanlar - Wikipedia - Haqqında Məlumat
Ovnatanyanlar (erm. Հովնաթանյաններ, Hovnat'anyanner) — erməni rəssam ailəsi. Bunlara XVII–XIX əsrlərə əhatə edən beş generasiya daxildir. Ovnatanyanlar əslən Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yerləşən Culfa rayonunun Şurud kəndindəndir.
Onlar Naxçıvan, İrəvan, Tbilisi, Üçkilsə, Sankt-Peterburq və İranda yerləşirdilər. Əsərlərinin çoxu dövrlərinin digər əsərləri kimi xristianlığa həsr olunmuşdur.
Ailə üzvləri
redaktə- Nağaş Ovnatan (Նաղաշ Հովնաթան) (1661–1722)[1][2] — ailənin qurucusu; şair, rəssam, miniatürcü, divar rəssamı və kilsə xadimi.
- Arutyun Ovnatanyan (Հարություն Հովնաթանյան) (XVIII əsr) — rəssam və divar rəssamı.
- I Akop Ovnatanyan (Հակոբ Հովնաթանյան) (1757-ci ildə vəfat etmişdir) — rəssam, miniatürist və şair.
- Ovnatan Ovnatanyan (Հովնաթան Հովնաթանյան) (1730–1801/1802) — divar rəssamı.
- Mkrtum Ovnatanyan (Մկրտում Հովնաթանյան) (1779–1846) — rəssam, Tbilisinin Xocivank qəbiristanlığında dəfn olunmuşdur.
- Aqafon Ovnatanyan (Աղաթոն Հովնաթանյան) (1816–1893) — rəssam.
- II Akop Ovnatanyan (Հակոբ Հովնաթանյան) (1806–1881) — rəssam.
- Ruben Ovnatanyan (1940–1999) — rəssam.
İrsi
redaktəMerkuri planetindəki Ovnatanyan krateri Akop Ovnatanyanın adını daşıyır.[3]
İstinadlar
redaktə- ↑ Akopian, Aram. Armenians and the world : yesterday and today. Yerevan: Noyan Tapan. 2001. 130–132. ISBN 9789993051299.
- ↑ Lua xətası modul Modul:In_lang, sətir 41: attempt to call local 'name_from_tag' (a nil value). Հովնաթանյաններ Arxiv surəti 9 fevral 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2011-02-09 at the Wayback Machine
- ↑ "PIA12039: Low Angle Impacts: A Look at Qi Baishi and Hovnatanian". NASA. 21 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 December 2012.
Əlavə ədəbiyyat
redaktə- (in Armenian) Նախիջևան` Գլուխ հինգերորդ