Oygen Mayer - Wikipedia
Oygen "Geni" Mayer (alm. Eugen Meier; 30 aprel 1930[1] – 26 mart 2002, Bern)― hücumçu mövqeyində oynamış İsveçrə futbolçusu. Ən yüksək İsveçrə liqasında vurduğu 249 qolla o, bütün zamanların ən yaxşı İsveçrə hücumçularından biri sayılır. 14 mövsüm şərəfini qoruduğu "Yanq-Boyz" klubunun tarixində ən çox qol vuran oyuçudur. 1953-1965-ci illərdə çıxış etdiyi İsveçrə milli futbol komandasında 42 oyun keçirmişdir.
Oygen Mayer | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 30 aprel 1930[1] |
Vəfat tarixi | 26 mart 2002 (71 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Mövqeyi | yarımmüdafiəçi |
Karyerası
redaktəGənclik karyerası
redaktə1942-ci ildə Oygen Mayer futbolçu karyerasına doğma klubu "Şaffhausen"in gənclər komandasında başladı. Sarı-qaralarla gənc hücumçu 1951-ci ilə qədər oynadı. 1946/47 və 1950/51 mövsümündə 2-ci divizionda oynamaqla təcrübə topladı.
"Yanq-Boyz", 1951-65
redaktə1951-ci ildə 21 yaşında olarkən o, "Yanq Boyz"a qoşulmaq üçün federal şəhərə köçdü. Berndəki ikinci mövsümündə "Geni" Mayer ölkə kubokunu qazandı, 1953-də isə həmin turnirin finalına qədər gəldi. Elə bu ərəfələrdə o, öz oyunu ilə tanınmağa başlandı. 32 qolla İsveçrə Miili Liqa A-nın bombardiri adını qazandı. "Yanq-Boyz" ilə 14 il keçirdikdən sonra karyerasını başa vurdu və klubun tarixində ən çox qol vuran oyunçusu oldu.
Milli komanda
redaktəİsveçrə milli futbol komandasında ilk oyununa 25 may 1953-cü ildə çıxdı. Elə vətənində keçirilən 1954 FİFA Dünya Kubokunda o, İngiltərə millisinə qarşı oynamışdır. Millidə keçirdiyi 42 oyundan sonra o, 7 iyun 1962-ci ildə 3-0 məğlubiyyət hesablı İtaliya komandasına qarşı oyundan sonra millidə karyerasını bitirdi.
Nailiyyətləri
redaktə- dörd dəfə İsveçrə çempionu (1957–1960)
- iki İsveçrə kuboku qalibi (1953 və 1958)
- Milli Liqa A-da iki dəfə ən çox qol vuran (1953 və 1959)
İstinadlar
redaktə- ↑ 1 2 Eugen Meier † // Transfermarkt (çd.). 2000.
Mənbə
redaktə- 211 weltbesten Erst-Liga-Torschützen des Jahrhunderts, IFFHS, 1998
- Das große europäische Fußballbuch, Band 2, Länderspiele und Pokalendspiele, Sportverlag Uwe Nuttelmann, Jade, 1999, ISBN 3-930814-02-1
- Hardy Grüne: Fußball WM Enzyklopädie. 1930–2006. AGON Sportverlag, Kassel 2002, ISBN 3-89784-205-X.