Pervaneogullari Beyliyi - Wikipedia
Pervaneogullari Beyliyi - Wikipedia - Haqqında Məlumat
Pərvanəoğulları bəyliyi — Sinopda Qaradəniz sahillərində 1261-ci ildə qurulmuş Anadolu türk bəyliyi. Bəyliyin qurucusu Pərvanə Muinəddinin oğlu Muinəddin Məmməd Bəydir.
Muinəddin Məmməd Bəydən sonra taxta Muinəddin Məsud Bəy çıxmışdır. Genuyalılarla ticarət əlaqələrində yaranan problemdən sonra Məsud Bəy əsir alınmış, bir müddət sonra azad edilmişdir. Məsud Bəyin oğlu Qazi Çələbi hakimiyyətdə olarkən Pərvanəoğulları bəyliyi Trapezund İmperiyası və Genuya Respublikası ilə vuruşmuşdur. Bəyliyin hakimiyyətinə 1322-ci ildə Candaroğulları bəyliyi tərəfindən son qoyulmuşdur.
Bəyləri
redaktəBəyi | Hakimiyyət dövrü | Hadisə |
---|---|---|
Muinəddin Məmməd Bəy | 1277-1297 | Bəylik quruldu |
Muinəddin Məsud Bəy | 1297-1300 | |
Qazi Çələbi | 1300-1322 |
Xarici keçidlər
redaktə- Pərvanəoğulları bəyliyi Arxivləşdirilib 2011-06-05 at the Wayback Machine (türk.)
Həmçinin bax
redaktə Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |