Palanqa Beynelxalq Hava Limani - Wikipedia
Palanqa Beynəlxalq Hava Limanı (ing. Palanga International Airport, lit. Palangos oro uostas) — Litva ərazisində yerləşən beynəlxalq hava linanı. Hava limanı Palanqa kurort şəhəri yaxınlığında, Baltik dənizi sahilində yerləşir. Ölkənin böyüklüyünə görə üçüncü hava limanıdır. Hava limanı Palanqa, Klaypeda və Qərbi Latviya ərazilərindəki ərazilərə xidmət edir. Avropanın yaxın və orta məsafəli uçuşlarını qəbul edir.
Palanqa Beynəlxalq Hava Limanı | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Palangos oro uostas | |||||||||||
55°58′24″ şm. e. 21°05′38″ ş. u.HGYO |
|||||||||||
IATA: PLQ – ICAO: EYPA |
|||||||||||
Məlumat | |||||||||||
Hava limanı tipi | ictimai | ||||||||||
Ölkə | |||||||||||
Açılış tarixi | 1937 | ||||||||||
Operator | Dövlət | ||||||||||
Uçuş-enmə zolaqları | |||||||||||
|
|||||||||||
Rəsmi saytı | |||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəAerodrom 1937-ci ildə açılmışdır. Hava limanı Palanqa — Darbaney yolundan 7 km aralıda yerləşirdi. Burada Latviya hava qüvvələri yerləşirdi. 1939-cu ildən Kaunas-Palanqa uçuşları təşkil edirdi. Ölkənin SSRİ tərəfindən işğalından sonra 1963-cü ilə qədər sovet hərbi aviasiyasının xidmətində olmuşdur. Sonradan avadanlıqlar mülki xidmətlərə uyğunlaşdırıldıqdan sonra mülki hava limanı kimi istifadə edilmişdir. 1991-ci ildə hava limanı Litva hökuməti tərəfindən milliləşdirilmişdir.
1993-ci ildən illik sərnişin dövrüyyəsi artır. 1994—1997-ci illərdə sərnişin terminalı modernləşdirilmişdir. Hava limanın ümumi persinalı 200 nəfərdir.
Terminaları
redaktəHava limanında iki terminal fəaliyyət göstərir: Cənubi və Şimali. Cənubi terminal 1970-ci ildə inşa edilmişdir. 1990-cı ildə isə modernləşdirilmişdir. Burada bar və restoranlar vardır. Şimal terminalı isə 26 oktyabr 2007-ci ildə istifadəyə verilmişdir.
Reyslər
redaktəLOT Polish Airlines - Mövsümü: Varşava
Norwegian Air Shuttle - Qardermuen
RusLine - Peterburq-Pulkovo (10 iyun 2017)[1]
Mövsümü: Moskva (11 iyun 2017)
Scandinavian Airlines - Kopenhagen
Ukraine International Airlines - Mövsümu: Kiyev
Statistika
redaktəSıra | Ölkə | Hava limanı | 2016 | 2015 | 2014 | 2013 | 2012 | 2011 | 2010 | 2009 | 2008 | 2007 | 2006 | 2005 | 2004 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1. | Latviya | Riqa | 5,402,545 | 5,162,675 | 4,814,073 | 4,793,213 | 4,767,764 | 5,106,692 | 4,663,647 | 4,066,854 | 3,690,549 | 3,160,945 | 2,495,020 | 1,878,035 | 1,060,426 |
2. | Estoniya | Tallin | 3,814,001 | 3,336,084 | 2,942,670 | 2,661,869 | 2,208,096 | 1,712,467 | 1,373,859 | 1,308,632 | 2,048,439 | 1,717,222 | 1,451,468 | 1,281,872 | 964,164 |
3. | Litva | Vilnus | 2,203,536 | 2,166,663 | 2,017,291 | 1,958,801 | 2,206,791 | 1,913,172 | 1,384,831 | 1,346,236 | 1,811,536 | 1,728,430 | 1,541,832 | 1,401,059 | 997,941 |
4. | Litva | Kaunas | 740,448 | 747,284 | 724,314 | 695,509 | 830,268 | 872,618 | 809,732 | 456,698 | 410,165 | 390,881 | 248,228 | 77,350 | 27,113 |
5. | Litva | Palanqa | 232,630 | 145,441 | 132,931 | 127,890 | 128,169 | 111,133 | 102,528 | 104,600 | 101,586 | 93,379 | 110,828 | 94,000 | 76,020 |
Yerüstü əlaqə
redaktə- А13 nömrəli Palanqa (7 km) və Klaypedu (32 km) şəhərlərinə hərəkət edən avtomagistral.
- Hava limanına və əksinə hərəkət edən avtobuslar.
- Scandinavian Airlines sərnişinləri xüsusi avtobuslarla Klaypedə aparır[3]
- Latviyanın Flybus.lv və Ryanair, WizzAir, Norwegian Air şirkətləri hava limanına və geriyə avtobus maşrutlar təşkil edir.
İstinadlar
redaktə- ↑ "RusLine begin operations between Saint Petersburg and Palanga from June 2017". 2017-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-11.
- ↑ "Welcome to Ryanair". Ryanair. 2016-10-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-11.
- ↑ Lithuania Air Transport Infrastructure Arxivləşdirilib 2011-05-19 at the Wayback Machine (ing.)
Mənbə
redaktə- Rəsmi sayt (lit.) (ing.)