Panama - Wikipedia
Panama Respublikası (isp. República de Panamá [re̞ˈpuβ̞lika ð̞e̞ panaˈma]) — Mərkəzi Amerikada, Panama bərzəxində dövlətdir. Qərbdə - Kosta-Rika ilə həmsərhəddir (sərhəddin uzunluğu 330 km), şərqdə - Kolumbiya ilə (225 km) sərhədlənir. Ölkə cənubda Sakit okean, şimalda Karib dənizi ilə əhatələnir. Sərhədlərin ümum uzunluğu 555 km-dir, sahil xəttinin uzunluğu 2490 km, ölkənin ümumi sahəsi 77 min km2-dir (qurunu sahəsi 76990 km2). Panamaya 1600-dən çox kiçik ada (o cümlədən 1000-dək Sakit okeanda) məxsusdur. Əhalisi -3,1 mln. nəfər, paytaxtı isə Panama şəhəridir. Panama inzibati cəhətdən 9 əyalətə bölünür. 2012-ci ildə "New York Times" qəzetinin " dünyanın görməli yerləri" siyahısında Panama birinci yerdədir.
Panama | |||||
---|---|---|---|---|---|
República de Panamá | |||||
| |||||
Pro Mundi Beneficio (latın "sülh naminə") | |||||
Himn: Himno Istmeño |
|||||
Tarixi | |||||
• Kolumbiyadan ayrıldı | 3 noyabr 1903 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Panama | ||||
İdarəetmə forması | Prezident Respublikası | ||||
Prezident | José Raúl Mulino | ||||
Sahəsi | Dünyada 116-cı | ||||
• Ümumi | 78200 km² | ||||
• Su sahəsi (%) | 2,9 | ||||
Əhalisi | |||||
• Əhali | 3 689 293[1] nəfər (132-ci) | ||||
• Siyahıyaalma (2013) | 3 661 868[2] nəf. | ||||
• Sıxlıq | 44,5 nəf./km² | ||||
• Ümumi | 67.406.738.052 $[5], 76.522.511.781 $[5] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 29,799[3] dollar (90-cı) | ||||
• Adambaşına | 13416 dollar | ||||
İİİ (2013) | 0.765 | ||||
Valyuta | ABŞ dolları | ||||
İnternet domeni | .pa | ||||
ISO kodu | PA | ||||
BOK kodu | PAN | ||||
Telefon kodu | +507 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Əsas məlumatlar
redaktəPanama 9 əyalət, 3 muxtar əyalət və 2 komark (isp.comarca indígena)dan ibarətdir.
- Dövlət quruluşu - Demokratik Respublika.
- Dövlət və hakimiyyət başçısı - Prezident.
- Nazirlər kabinetini Prezident seçir, Prezident və vitse-Prezident ümumxalq səsverməsi ilə 5 ildən bir seçilir. Qanunverici orqan- birpalatalı Milli Assambleya(Asamblea Nacional)71 deputat, 5 illik müddətə seçilirlər.
- Panama Valyutası - balboa, 1903-dən, Panama Kolumbiyadan ayrılandan. Əsasən Amerika dolları istifadə olunur. 2010-cu ildə 1,7 milyon turist Panamanı ziyarət edib. Bu 2009-la müqaisədə 12% çoxdur.
- Əhali sayı-3 700 min( 2015-ci il, təxmini);sıxlıqı-47 nəfər/km²
- Etnik tərkib: Metis (Mestizo) -70%, qara dərili, mulat, sambo-14%, ağ dərili-10%, hindu-6%.
- Doğum-20,18 ‰(dünyada 96-ci yer, ölüm 4,66 ‰ (dünyada 196-cı yer).
- Əhalinin dili- İspan dili(rəsmi dil), İngilis(14%),fransız(18%).Panamalıların çoxu bir neçə dil bilir.
- Dini: Katolik 85%, Protestant 15%.
- Paytaxtı- Panama-siti şəhəri- 1 638 min sakin.
Əhali
redaktəPanamanın yerli əhalisi hinduları ölkənin şimal- şərq sahilləri, meşəlik və dağ rayonlarında yaşayırlar. Başqa ölkələrdən gəlmələr çoxdur. Əhalinin əksəriyyəti (70%) metislərdir, 14%-i vest-hindular 10%-i avropalılar, 6%-i hindular təşkil edir. Dövlət dili ispan dilidir. Hindular öz dillərini də saxlayırlar. Dindarları katoilk (90%), bir qismi protestantlardır (6%). Əhali ölkədə qeyri-bərabər yerləşmişlər. Əhalinin orta sıxlığı 1 km2-də 36 nəfərdir. Panama şəhəri və Kolon şəhəri rayonlarında (bu yerlərdən Panama kanalı keçir) əhalinin yarıdan çoxu yaşayır. Panama kanalından qərbdə kənd rayonları yerləşir və burada kiçik yaşayış məntəqələri (hərəsində 50 nəfər və s.) yerləşir. Hər 1000 nəfərə görə doğulanların sayı 24 nəfər, ölənlərin sayı 5 nəfər, təbii artım isə 19 nəfər təşkil edir. Orta həyat ömrü kişilər - 72 yaş, qadınlar – 78 yaşdır. Əhalinin 50%-i şəhərlərdə yaşayır. Ən böyük şəhəri onun paytaxtı - Panama şəhəridir. İkinci böyük şəhəri - Karib dənizinin sahilində Kolon şəhəridir. Onun əhalisi 200 min nəfərə çatır.
Coğrafiyası
redaktə- Panamanın ərazisi Mərkəzi Amerikanın ən dar hissəsindədir (eni 48-200 km). Sahilləri əsasən düzənlikdir. Tez-tez zəlzələ olur, vulkanlar püskürür. Panamada bir çox faydalı qazıntı yataqları aşkar edilmişdir. Mis, qızıl, gümüş, qalay, sink, boksit, asbest, manqan, tikinti materialları yataqları vardır.
İqlim
redaktə- Panamanın iqlimi subekvatorial, isti və rütubətlidir. Orta aylıq temperatur 25- 28°S-dir. İllik yağıntı 2000-3700 mm. Karib dənizi sahilində tropik selvada yağıntı il boyu düşür. Sıx çay şəbəkəsi var. Panamanın şərq hissəsi və sahili rütubətli tropik meşələrlə - selva ilə örtülüdür. Ölkədə çoxlu qiymətli ağac növləri vardır: bakayt ağacı, yaxud quayakan və b. Panamanın bitki dünyasının gözəl bəzəyi - arxideylərdir (300 növ). Panamanın çətin keçilən rayonlarında hələ yaquarlar, pumalar, otselotlar qalmaqdadırlar. Burada zirehhdaşıyanlar, tapirlər, meymunlar vardır. Dağ meşə massivlərində marallar və pekarilər yaşayırlar. Quşların 850 növü mövcuddur. Çoxlu ilanlar, əqrəblər, müxtəlif həşəratlar var
Tarixi
redaktəİndiki Panama ərazisi azsaylı hindu qəbilələri Kuna, Çoko, Quayaminin yerləşdiyi ərazidir. Cənubunda Kokle mədəniyyəti yaranmışdır. Dəmir alətlər və keramit istehsal edirdilər. Panamalıların Avropa ilə ilk tanışlığı 1501-ci ilə təsadüf edir. Bu ispan Radriqo de Batistasın vasitəsilə olmuşdur. 1502-ci ildə Xristofor Kolumb "yeni dünya"ya 4-cü səyahəti vaxtı Panamanın şərq sahillərini tədqiq etmişdir. Mingünlük müharibədən sonra müstəqil respublika elan edilmişdir.
İstinadlar
redaktə- ↑ "Panama əhalisinin göstəricisi (18.10.13)". 2013-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-26.
- ↑ Siyahıya alma 2013-cü ilin yanvarında aparılırdı.
- ↑ "Report for Selected Countries and Subjects". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-26.
- ↑ 7 // Constitution of Panama.
- ↑ 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.