Pandora Gelincik - Wikipedia
Pandora (kukla) — yunan mifologiyasında qəhrəman qadın olan Pandoranın (yunancadan-hamıya bəxş edilmiş deməkdir) şərəfinə adlanıb və geyim modellərinin nümayişi üçün yaradılmışdır.
Pandora kuklasının tarixi
redaktə1640-cı illərdə Fransada modanın geniş yayılması ilə əlaqədar mumdan hazırlanan gözəl bir kukla ixtira etdilər. Bu kukla insan boyu ölçüsündə idi və yunan mifilogiyasının qadın qəhrəmanı olan Pandoranın şərəfinə adlanmışdı. Bu moda jurnallarının olmadığı və modanın düşünülmüş şəkildə yayılması üçün ilk cəhdlərdən biri olmuşdur. Düzdür həmin dövrdə “Zərif Merkuri (mifologiya)” adlı bir moda jurnalı olsa da, amma o, çox az tirajda nəşr olunurdu.
Moda jurnalları ancaq XVI Lüdoviqin hakimiyyət illərinin sonlarında, daha doğrusu Böyük Fransa inqilabı zamanı tez satılmağa başlamışdı. Kuklanın özünün bütöv bir qarderobu, parfumeriya və aksessuarlar olan sandıqcaları vardı. Pandoralar 1860-cı illərə qədər mövcud olmuş və bundan sonra onları müasir manekenlər əvəz etmiş, moda jurnalları isə adi vətəndaşlar üçün də ələ keçilən olmuşdur.
Pandora gəmilərdə, arabalarda, qayıqlarda bütüb avropa ölkələrini gəzmişdir. Buna görə, iki cür Pandora kuklası var idi: Böyük Pandora rəsmi geyindirilmiş və həmin dövrdə modada hakimlik edən; Balaca Pandora isə səhərlər geyinilən ev geyimini nümayiş etdirirdi. Kuklalarən səyahəti o qədər vacib idi ki, onların yolunu müharibə belə kəsə bilmirdi. Generallar bir-birinə Pandora göndərərək müharibəni saxlayırdılar. İndi bu kukla-manekenləri XVII-XVIII əsrlərə məxsus geyimdə Parisdə yerləşən Qalyer moda evində görmək olar.