Paradoks - Wikipedia
Paradoks (q.yun. παράδοξος — qəribə, gözlənilməz) — ayrılıqda düz olan iki və ya daha çox fikrin bir araya gəldikdə ziddiyyət yaratmasıdır. Doğru zənn etdiyimiz fikir sonda səhv və ya əksinə də ola bilər.
"Bütün yunanlar yalançıdır" deyən yunan Epimenides tarixə məlum olan ilk paradoksun müəllifidir. Epimenidesin yunan olub bu fikri söyləməsi açıq-aşkar ziddiyyət yaradıb.
Bu elə mühakimədir ki, müəyyən hökmün həm həqiqi olmasını, həm də yalanlığını sübut edir.
Paradoks doğru olan amma insan beynin heç cürə doğru qəbul edə bilmədiyi bir anlayışdır.
Məntiqi paradoks
redaktəMəntiqi paradoks-bu bir ziddiyyətdir, hansı ki sonda məntiqi cəhətdən düz olan nəticəyə çıxardır və eyni anda bu bir müzakirədir, hansıki qarşılıqlı fərqlənən fikirlərlə bitir.
Paradoksun məntiqi səhvi hələ ki tapılmıyıb, çünki məntiq metodları hələ o qədər mükəmməl deyildi. Amma paralogizmin və sofizmin məntiqi səhvi tapılıb.
Məntiqi paradoksun iki növü var: aporiya və antinomiya
Aporiyaya xas olan xüsusiyyət ondadıki, onun hamının qəbul etdiyi bir fikrə zidd olan arqumenti var. Anitomiya isə bir birinə qarşılıqlı zidd olan, amma eyni tərzdə sübüt etmək mümkün olan, iki müzakirəyə malikdir[1][2].
Paradoksun növləri | Tərif | Misal |
---|---|---|
Hüquqşünas Paradoksu[3] | Paradoks Protogras və onun tələbəsi arasında təhsil haqqı müqaviləsinə əsaslanır. | Tələbə birinci işi qazanarsa, o, qazanmazsa, haqqı ödəməyəcək |
Sonsuzluğun paradoksları[4] | Bu, qeyri-məhdud və ya sonsuz sonluqlu vəziyyətlərə və bu vəziyyətlərin məqbul olmasına aiddir. | Hilbert’in otel paradoksu |
Sokratın Paradoksu[5][6] | Bu, Sokratın ifadə etdiyi paradoksdur və biliyə diqqət yetirir | "Bildiyim tək şey odur ki, heç nə bilmirəm" |
Buridan eşşəyi | Jan Buridanın adını daşıyan fəlsəfi paradoks | "Eşşəyə iki eyni dərəcədə cazibədar yemək verilsə, yenə də rasional seçim edə bilərmi?" |
Körpə Hitleri öldürmək | Körpə Hitleri öldürmək – etika və nəzəri fizikada zamanda səyahət edərək körpə Adolf Hitleri öldürməkdən bəhs edən fikir təcrübəsi. | Bu məsələ həm insan öldürmək, həm də doğuracağı nəticələr səbəbilə etik dilemmaya səbəb olur. |
İstinadlar
redaktə- ↑ "Paradoks Nedir? Paradoks Çeşitleri Neler?". IIENSTITU (türk). 3-Dekabr-2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5-Avgust-2024.
- ↑ "paradox". www.merriam-webster.com. 16-Iyul-2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5-Avgust-2024.
- ↑ "THE LAWYER'S PARADOX". guypadfield.com. 2-Fevral-2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5-Avgust-2024.
- ↑ "Solving Infinity Paradoxes". futurism.com. 27-Fevral-2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5-Avgust-2024.
- ↑ "Socrates and the Socratic Paradox: I Know That I Know Nothing". Philosophy Break. 20-May-2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5-Avgust-2024.
- ↑ "The First Socratic Paradox". Project MUSE. 9-Iyul-2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5-Avgust-2024.