Paravani Golu - Wikipedia
Paravani gölü (gürc. ფარავანი; erm. Փարվանա լիճ) — Gürcüstanda, Cavexeti yaylasında, Samsar və Qaraağac silsilələrinin arasında yerləşən vulkanik göl.
Paravani gölü | |
---|---|
gürc. ფარავანი | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2.073 m |
Sahəsi | 37,5 km² |
Həcmi | 91 milyon |
Dərin yeri | 3,3 m |
Orta dərinliyi | 2,2 m |
Tökülən çaylar | Şaori, Sabadostskali, Radionovskis Tskali |
Yerləşməsi | |
41°27′00″ şm. e. 43°48′00″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Əyalət | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
redaktəParavani gölü dəniz səviyyəsindən 2073 metr yüksəklikdə yerləşir. Sahəsi 37,5 km2, drenaj hövzəsinin sahəsi 234 km2-dir. Orta dərinliyi 2,2 metr, ən dərin yeri 3,3 metrdir. Gölün həcmi 91 milyon m3 təşkil edir. Paravani gölünün su səviyyəsi oktyabr-noyabr aylarında aşağı düşür, may-iyun aylarında yüksəlir. Qışda göl donur və üzərini 47-73 sm qalınlığında buz təbəqəsi örtür.[1]
Gölə 3 çay tökülür: Şaori, Sabadostskali və Rodionovskis Tskali çayları. Göl əsasən yeraltı, yağış və qar sularından qidalanır.
Gölün cənub hissəsindən Paravani çayı başlanğıcını götürür və Mtkvari çayı ilə birləşir. Göl əlverişli balıqçılıq yeridir.
Gölün yaxınlığında Şaori qəsri yerləşir.
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ Apkhazava, I. Ed. Georgian Encyclopedia. Vol. X. Tbilisi, Georgia: 1985.