Parfiyali Muza - Wikipedia
Muza (q.yun. ΜΟΥΣΗ), Parfiyalı Muza (yun. Μούσα της Παρθίας) və ya Feyamuza — Parfiya imperiyasının məlikəsi (e.ə. 2–b.e. 4). Əslində İtaliyadan gətirilmiş bir kölə olan Muza Roma imperatoru Avqust (e.ə.27–b.e. 14) tərəfindən Parfiya şahanşahı IV Fraata (e.ə. 37–2) hədiyyə kimi verilir. O, tez bir zamanda IV Fraatın məlikəsi və sevimli arvadına çevrilir, daha sonra şahanşah olacaq Fraatakın anası olur. O, e.ə. 2-ci ildə IV Fraatı zəhərləyir və oğlu V Fraat ilə imperiyaya hakimlik edir. Buna baxmayaraq, onların hakimiyyəti qısaömürlü olur. Parfiya aristokratiyası Muzanı oğlu ilə birlikdə Romaya qaçmağa məcbur edir və III Orod şah seçilir.
Muza | |
---|---|
q.yun. ΜΟΥΣΗ | |
| |
Parfiya məlikəsi | |
e.ə. 2 – b.e. 4 | |
Əvvəlki | IV Fraat |
Sonrakı | III Orod |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. e.ə. 46[1] |
Doğum yeri |
|
Vəfat tarixi | I əsr |
Vəfat yeri | |
Milliyyəti | italiyalı |
Fəaliyyəti | siyasətçi, suveren[d] |
Həyat yoldaşı | IV Fraat |
Uşağı | V Fraat |
Vikianbarda əlaqəli mediafayllar |
Muza İran tarixində üç qadın hakimdən birincisi idi. Onlardan digərləri VII əsrdə yaşamış, Sasanilər imperiyasına hakimlik etmiş Borandoxt (630) və Azərmedoxt (630–631) bacıları idi.
Həyatı
redaktəGüclənməsi
redaktəMuza əslən İtaliyadan olan bir kölə idi. O, e.ə. 53-cü ildə Karr döyüşündə itirilən akvilalar, eləcə də sağ qalmış bütün müharibə əsirləri əvəzində IV Fraatın oğurlanmış oğlunun qaytarılması haqqında olan bir müqavilənin imzalanması şərəfinə e.ə. 20-ci ildə Roma imperatoru Avqust (e.ə.27–b.e. 14) tərəfindən Parfiya şahanşahı IV Fraata (e.ə. 37–2) hədiyyə kimi verilir.[2][3] Parfiyalılar bu mübadiləni şahzadəni geri almaq üçün verilən kiçik bir qurban hesab edirdi.[4] Emma Struqnell irəli sürür ki, Oktavian Avqust Muzanı Parfiyaya casusluq etmək, ya da ki Parfiya şahanşahına təsir göstərmək üçün göndərir. O, əlavə edir: Avqust Parfiyaya potensial bir ağır hücum həyata keçirməyi, oranı Romanın bir vilayətinə çevirməyi arzulayırdı".[5] Əvrəman perqamentlərinə görə, IV Fraatın o vaxt daha dörd məlikası var idi. Onlar Olenyer, Kleopatra, Bazeyrta və Bisteybanaps idi.[6][7] Muza tez bir zamanda IV Fraatın məlikəsi və sevimli arvadına çevrilmişdir. Onun oğlu Fraatak (aha sonra V Fraat) e.ə. 19-cu ildə anadan olmuşdur.[8][9][10][11] Taxt-tacı öz oğlu üçün qorumaq istəyən Muza e.ə. 10/9-cu ildə IV Fraatla danışır ki, oğullarının dördünü Romaya göndərsin və varislik üstündə münaqişə baş verməsin.[8][9][12][13]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ https://www.geni.com/people/Musa-Queen-of-the-Parthian-Empire/6000000003645870155.
- ↑ Garthwaite, 2005. səh. 80
- ↑ Strugnell, 2006. səh. 251–252
- ↑ Bivar, 1983. səh. 66–67
- ↑ Strugnell, 2008. səh. 283
- ↑ Strugnell, 2008. səh. 283
- ↑ Bigwood, 2008. səh. 244–245
- ↑ 1 2 Kia, 2016. səh. 198
- ↑ 1 2 Schippmann, 1986. səh. 525–536
- ↑ Bigwood, 2004. səh. 39–40
- ↑ Strugnell, 2008. səh. 289
- ↑ Strugnell, 2008. səh. 284–285
- ↑ Dąbrowa, 2012. səh. 173
Mənbə
redaktə- Bigwood, Joan M. "Queen Mousa, Mother and Wife(?) of King Phraatakes of Parthia: A Re-evaluation of the Evidence". Journal of the Classical Association of Canada. Project Muse. 4 (1). 2004: 35–70. doi:10.1353/mou.2004.0027.
- Bivar, A.D.H. The Political History of Iran Under the Arsacids // Yarshater, Ehsan (redaktor). The Cambridge History of Iran, Volume 3(1): The Seleucid, Parthian and Sasanian Periods. Kembric: Cambridge University Press. 1983. 21–99. ISBN 0-521-20092-X.
- Cumont, Franz. "Portrait d'une reine trouvé à Suse". Comptes-rendus de l'Académie des Inscriptions et Belles Lettres de Paris. 83 (3). 1939: 330–341.
- Dąbrowa, Edward. The Arsacid Empire // Daryaee, Touraj (redaktor). The Oxford Handbook of Iranian History. Oxford University Press. 2012. 1–432. ISBN 978-0-19-987575-7. 2019-01-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-08.
- Garthwaite, Gene Ralph, The Persians, Oxford & Carlton: Blackwell Publishing, Ltd., 2005, ISBN 978-1-55786-860-2
- Gregoratti, Leonardo. "Parthian Women in Flavius Josephus". 2012: 183–192.
- Kia, Mehrdad. The Persian Empire: A Historical Encyclopedia [2 volumes]. Santa Barbara: ABC-CLIO. 2016. ISBN 978-1610693912.
- Marciak, Michał. Sophene, Gordyene, and Adiabene: Three Regna Minora of Northern Mesopotamia Between East and West. BRILL. 2017. ISBN 9789004350724.
- Rezakhani, Khodadad. Arsacid, Elymaean, and Persid Coinage // Potts, Daniel T. (redaktor). The Oxford Handbook of Ancient Iran. Oxford University Press. 2013. 766–777. ISBN 978-0199733309.
- Richardson, J.S. Augustan Rome 44 BC to AD 14: The Restoration of the Republic and the Establishment of the Empire. Edinburgh University Press. 2012. ISBN 978-0-7486-1954-2.
- Schippmann, K. Arsacids ii. The Arsacid dynasty // Encyclopaedia Iranica, Vol. II, Fasc. 5. 1986. 525–536.
- Strugnell, Emma, "Ventidius' Parthian War: Rome's Forgotten Eastern Triumph", Acta Antiqua, 46 (3), 2006: 239–252, doi:10.1556/AAnt.46.2006.3.3
- Strugnell, Emma. "Thea Musa, Roman Queen of Parthia". Iranica Antiqua. 43. 2008: 275–298. doi:10.2143/IA.43.0.2024051.
- Bigwood, Joan M. "Some Parthian Queens in Greek and Babylonian Documents". Iranica Antiqua. 43. 2008: 235–274. doi:10.2143/IA.43.0.2024050.