Parni Iz Baku 1988 2001 - Wikipedia
Parni iz Baku (azərb. Bakılı oğlanlar, rus. Парни из Баку) — 1988–2001-ci illərdə fəaliyyət göstərmiş Azərbaycanın Şən və Hazırcavablar Klubu. 1992-ci il mövsümünün çempionu, 1993-cü il mövsümünün vitse-çempionu, 1995-ci il yay kubokunun qalibi və 2000-ci ildə Onnillik turnirinin (XX əsrin çempionu) qalibi olmuşdur.
Parni iz Baku | |
---|---|
Liqa | Yüksək Liqa |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
ŞHK-da illəri | 1991—1998 |
ŞHK-dan kənar illəri | 1998—2001 |
Ləqəbi | Bakılı oğlanlar |
Kapitan | Anar Məmmədxanov |
Yüksək liqada mövsümləri | 3 (1992, 1993, 2000) |
Titulları | Yüksək Liqa (1992) və Onnillik turnir çempionu (2000) |
Kubokları | Yay kuboku (1995) |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə"Parni iz Baku" komandası 1988-ci ildə Anar Məmmədxanov tərəfindən yaranıb.[1] Komandanın ilk üzvləri Anar Məmmədxanov, Ənvər Mansurov, Samir Abdullayev, Rauf Əsgərov, Aleksandr Blank, Fariz Cəsimov və direktoru Leonid Robinoviç idi.[2] 2011-ci ildə Anar Məmmədxanov Azərbaycan KİV-lərinə verdiyi müsahibədən:
1987-ci ilin yanvarında, 160 saylı məktəbdə oxuduğum vaxt, onu da deyim ki, Qusmanın komandası da 160 saylı məktəbdə ən əsas qrup idi. Bizim ”Bakılı oğlanlar” Şən və Hazırcavablar komandasının üzvləri də 160 saylı məktəbdən idilər. Birinci dəfə mən Qusmanla 10-cu sinifdə oxuyarkən tanış oldum. Biz 23 nömrəli məktəblə KVN yarışması keçirəndə o bizə kömək edirdi. Sonra mən universitetə daxil oldum. O zaman Bakıda yeni çempionatın keçirilməsi təyin olundu. 4 universitetin komandası iştirak edirdi. 1987-ci ilin dekabrında birinci təqdimetmə mərasimi keçirildi. Biz birinci oyunu 1988-ci ilin may ayında o vaxtkı Politexnik İnstitutu ilə keçirtdik. Ondan sonra 4 komandanın əsasında 1988-ci ildə "Bakılı oğlanlar” yaradıldı.[2] |
1991-ci il mövsümündə Böyük Liqaya daxil olmaq üçün dörd iddiaçı dörddəbir final oyunlarında təmsil olundu, onlardan biri 1992-ci ildə KVN-nin əsas liqasına daxil olan Azərbaycan komandası idi.[3] Komandanı həmin illərdə Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu dəstəkləyirdi.[4] İlk oyununda bakılılar hazırkı vitse-çempion olan "Eskandron Qusar"-ın heyətini məğlub edərək yarımfinala yüksəldilər. Daha sonra "Parni iz Baku" Simferopol Dövlət Universitetinin komandasını məğlub etdi və mövsümün finalına çıxdı. Ancaq İrəvan Tibb İnstitutunun komandası ikinci yarımfinalda qalib gəldiyinə görə, "AMiK" o an Qarabağ müharibəsi olan ölkələrin komandaları arasında finalın təşkili problemi ilə üzləşdi.[5] Nəticədə hər iki komandanı 1992-ci il mövsümünün çempionu elan olundu və digər KVN komandalarının iştirakı ilə onların şərəfinə yeni il konserti keçirmək qərara alındı.[6][7]
1993-cü ildə "çempion mövsümü buraxır" yazılmamış qaydasına baxmayaraq "Parni iz Baku" komandası Premyer Liqaya qayıtmaq qərarına gəldi. Bakılılarla yanaşı, mövsümdə daha iki çempion geri qayıdır — "Odessa centlmenləri" və "NQU". Dörddəbir finalda Azərbaycan komandası "Dream Team" komandasına məğlub olsa da, NQU komandasını (Cazda olan qızlar) məğlub edir və ikinci yeri tutur. Yarımfinalda bakılılar yenidən NQU ilə qarşılaşır və bu dəfə də heç-heçə olur. İkinci yarımfinalda "Dream Team" komandası qalib gəlir və beləliklə, mövsümün ikinci dörddəbir final komandaları yenidən finalda qarşılaşırlar. Oyunun nəticəsi bu dəfə əksinə olur və Novosibirsk komandası çempion oldu. 1993-cü ilin finalı qeyri-adi mühakimə sistemi ilə yadda qaldı, buna görə oyun birmənalı münsiflər heyətinin qərarı ilə başa çatdı. Oyunda iki münsiflər heyəti var idi — ənənəvi heyət və Moskva hökuməti üzvlərindən ibarət olan münsifləri heyəti. Hər yarışdan sonra hər iki komanda komandalara verdikləri balları elan edirdilər. Müsabiqənin məbləği kompüterin ona yuvarlandığı iki elan edilmiş reytinqdən ibarət orta bal idi. Belə bir sistemlə NQU komandası qalib olsa da, ancaq bal yüzə yuvarlananda hesab "Parni iz Baku"-nun xeyrinə idi. Buna görə komandanın nümayəndələri və azarkeşləri Yelena Boqatovanın kompüterinin ətrafına toplaşdılar. Boqatova onlara hər şeyin düzgün hesablandığını izah etməyə çalışırdı. Görüşdən sonra münsiflər heyəti 1993-cü il çempionu ilə bağlı ümumi qərara gəldilər. Konstantin Buravlyov qeyd etdi ki, "Biz mübarizə aparan Bakı komandasının əzmkarlığına hörmətlə yanaşırıq, amma bizim qərarımızla "Qızlar" qalibdirlər".[2] 1993-cü ildə Qarabağ müharibəsi dövründə "Parni iz Baku" Vahid Mustafayev ilə cəbhə zonasında konsert verib.[2]
1995-ci ildə AMiK, 1960-cı illərin Bakı və Odessa komandaları arasındakı oyunun 25 illiyi şərəfinə "Bakıdan oğlanlar" və "Odessa centlmenləri" komandaları arasında Yay Kubokunun Bakıda keçirilməsinə qərar verdi.[8] Oyunu bakılılar qazandı, köhnə "Parni iz Baku" komandasının kapitanı Yuli Qusman isə kapitan yarışında bığını çıxartdıqdan sonra, saqqalını da çıxartdı.
1999-cu ildə "Parni iz Baku" ABŞ-nin Nyu-York şəhərində konsert verib.[9]
2000-ci ildə Premyer Liqa çərçivəsində "Parni iz Baku"-nun dəvət olunduğu Onnillik turnir təşkil edildi. Yarımfinalda rəqibləri yenə "Odessa centlmenləri" olan "Parni iz Baku", Odessa komandasını yenidən məğlub etdi. Komanda ilə səhnədə müğənni Larisa Dolina və Bilal Əliyev çıxış edirdi.[10] Finalda münsiflər heyəti, salondakı tamaşaçılar və televiziya tamaşaçıları yenidən "Parni iz Baku" komandasına üstünlük verdilər. Ən çox səs toplayan "Parni iz Baku" Onnillik turnirinin qalibi oldu.[11]
Böyük Liqa və Yay Kuboku oyunlarına əlavə olaraq, komanda 1995 və 1997-ci illərdə "Səsli KiViN" festivallarında iştirak etsə də, KiViN qazana bilməmişdir. Komandanın üzvləri bəzən KVN-nin ad günü üçün xüsusi layihələrdə iştirak edirlər.[12]
2001-ci ildə komanda sonuncu konsertini Heydər Əliyev Sarayında verdi.[2]
KVN-dən sonra
redaktə2001-ci ildə komanda ləğv olunandan sonra komandanın bəzi üzvləri Planet Parni iz Baku studiosunu yaradıb.[13] 2004-cü ildə studiyanın nəzdində "Planet Parni iz Baku" KVN Teatrı fəaliyyətə başlayıb.[13]
2007-ci ildə komandanın 15 illik yubileyi münasibətilə Moskvada benefisi olub.[14]
2015-ci ildə "Planet Parniz iz Baku"nun Azərbaycan telekanallarında çıxışına qadağa qoyulub.[13] Qadağa 2019-cu il mart ayında KVN-çilərin Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir qrup mədəniyyət və incəsənət xadimi ilə görüşündən sonra ləğv olunub.[15]
Komandanın stili
redaktə- Komanda musiqi nömrələri ilə, xüsusi olaraq "Üç Böyük Tenor" olan Luçano Pavarotti (Elçin Əzizov), Plaçido Dominqo (Ənvər Mansurov) və Xose Karrerası (Azər Məmmədzadə) parodiya etmələri ilə tanınırdı.[16]
- Komanda Bakı konsertlərində oyunlarını televiziya verilişləri ilə başlayırdı.
- Komandanın ənənəvi nömrələrinə "Telefon" və "Məhəllə" daxil idi.[17]
- Komandanın ənənəvi geyim stilinə sarı pencək və düz papaq daxil idi.
Komandanın əsas heyəti
redaktə- Anar Məmmədxanov — kapitan.[2]
- Bəhram Bağırzadə — aktyor. Etdiyi parodiyalar: Alim Qasımov, Freddi Merkyuri, Qabil, Məryəm Süleymanova[18]
- Timur Vaynşteyn — aktyor, müəllif, bədii rəhbər. Etdiyi parodiyalar: Valdis Pelş[18]
- Murad Dadaşov — aktyor, müəllif. Etdiyi parodiyalar: Aleksandr Tsekalo, Ayaz Salayev, Cavan Zeynallı, Heydər Əliyev, Murtuz Ələsgərov, Saparmurat Niyazov, Soso Pavliaşvili[2]
- Tahir İmanov — aktyor, müəllif. Etdiyi parodiyalar: Artur Rasizadə, Aygün Bəylər, Aygün Kazımova, Bayandur Mehdiyev, Boris Moiseyev, Faiq Ağayev, Fikrət Qoca, Hacıbala Abutalıbov, Qara Mustafayev, Oleq Qazmanov, Natiq Əliyev, Rəsul Quliyev, Zeynəb Xanlarova[18]
- Cabir İmanov — aktyor, müəllif. Etdiyi parodiyalar: Ağasəlim Çildağ, Manana Caparidze, Nikolay Baskov, Rəhim Rəhimli, Zərdüşt Əlizadə[18]
- Vado Korovin — aktyor, müəllif. Etdiyi parodiyalar: Edvard Radzinski, Əbülfəz Elçibəy, İqor Nikolayev, İlham Əliyev, Pənah Hüseyn, Səməd Səmədov[18]
- Emil Abbasov — aktyor. Etdiyi parodiyalar: Etibar Məmmədov, Vladimir Putin[18]
- Elçin Əzizov — aktyor. Etdiyi parodiyalar: Əsgər Akayev, Xuraman Qasımova, Orxan Fikrətoğlu, Luçano Pavarotti, Lyube[2]
- Ənvər Mansurov — aktyor. Etdiyi parodiyalar: Fidan Qasımova, İsa Qəmbər, İlqarə Kazımova, Lolita Milevskaya, Lyube, Plaçido Dominqo[2]
- Azər Məmmədzadə — aktyor. Etdiyi parodiyalar: Alsu, Cahangir Hacıyev, Xose Karreras, Lalə Şövkət, Lyube, Nursultan Nazarbayev[18]
- Yana Nikitina — aktrisa. Etdiyi parodiyalar: Fəxriyyə Xələfova[18]
- Rauf Əsgərov — aktyor. Etdiyi parodiyalar: II Yekaterina, Monserrat Kabalye[2]
- İlqar Nəbiyev — aktyor, müəllif.[18]
- Dimitri Yanqurazov — aktyor, müəllif. Etdiyi parodiyalar: Nikolay Trubaç[18]
- Samir Abdullayev — aktyor.[2]
- Elmar Nağıyev — aktyor.[18]
- Kəmalə Tarayeva — aktrisa.[18]
- Müşfiq Abbasov — müəllif.[18]
- Cavid Qurbanov — müəllif.[18]
- Mehdi Mirsalamov — müəllif.[18]
- Eynur Behbudov — müəllif.[19]
- Pərviz Məmmədov — administrator.[18]
- İlqar Xanbudayev — administrator.[18]
- Alışan Kadırov — administrator.[18]
- Ceyhun Nəzərli — dizayner, rəssam.[18]
- Vadim Epşteyn — komandanın direktoru[18]
Keçmiş iştirakçıları
redaktə- Aleksandr Blank — aktyor.[2]
- Bilal Əliyev — müğənni.[9]
- Elçin Həmidov — aktyor. Etdiyi parodiyalar: İlhamə Quliyeva[20]
- Fariz Cəsimov — aktyor.[2]
- Günel Musəvi — rəqqasə, iştirakçı.[21]
- Leonid Rabinoviç — komandanın direktoru[2]
- RAST — musiqi.
Maraqlı faktlar
redaktə- Azərbaycan Prezidenti Heydər Əliyev komandanın solo konsertlərində yeddi dəfə olub.[2]
Qalereya
redaktə-
"Parni iz Baku" komandasının "Üç Böyük Tenor" nömrəsi
İstinadlar
redaktə- ↑ "8 лет назад ушел из жизни Анар Мамедханов". minval.az. minval.az. 2019-05-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2020.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 "ANAR MƏMMƏDXANOV: "VAXTINDA GETMƏK ƏN ƏSAS MƏSƏLƏLƏRDƏN BIRIDIR"". knps.ucoz.com. knps.ucoz.com. 2020-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2020.
- ↑ "Поющая страна КВН. «Парни из Баку»: голосящие бакинцы!". kvn.ru. kvn.ru. 2020-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2020.
- ↑ "Состоялась презентация книги Эльмиры Ахундовой «Анар Мамедханов. Судьба капитана» -". 1news.az. 1news.az. 2020-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2020.
- ↑ "КВН закроет сезон нетрадиционным способом". www.kommersant.ru. www.kommersant.ru. 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2020.
- ↑ "В пятьдесят КВН только начинается". www.kp.ru. www.kp.ru. 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2020.
- ↑ "İsa Qəmbərin hökuməti "Bakılı oğlanlar"ı necə qələbəyə gətirdi…". musavat.com. musavat.com. 2020-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2020.
- ↑ "Александр Масляков: "Как в Баку можно настолько органично сочетать старину и новейшую архитектуру"". www.trend.az. www.trend.az. 2019-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2020.
- ↑ 1 2 "KVN-in Bilal Əliyevlə ABŞ macərası". axar.az. axar.az. 2020-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-03.
- ↑ "Лариса Долина: Баку вырастил из меня джазовую певицу". moscow-baku.ru. moscow-baku.ru. 2020-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2020.
- ↑ ""Парни из Баку": "Чемпионы XX века" - десять лет спустя… (видео-фотосессия)". www.trend.az. www.trend.az. 2019-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2020.
- ↑ "Мурад Дадашов и Вадо Коровин в Москве, или Почему бакинец – всегда интернационалист (ФОТО)". www.trend.az. www.trend.az. 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2020.
- ↑ 1 2 3 ""Planeta parni iz Baku" TV-lərə NİYƏ BURAXILMIR?". news.milli.az. news.milli.az. 2020-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2020.
- ↑ ""Bakılı oğlanlar"ın Moskvada benefisi olub". anl.az. anl.az. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2020.
- ↑ "MTRŞ sədri "Planet Parni iz Baku" KVN Teatrına efir qadağası iddialarına münasibət bildirib". ona.az. ona.az. 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2020.
- ↑ "Признание солиста Большого театра Эльчина Азизова: С Баку не может сравниться ни один город мира (видео)". moscow-baku.ru. moscow-baku.ru. 2020-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2020.
- ↑ "Tahir İmanov: "Məhəllə"miz dəyişir, dəyişməyən təkcə Eliş və Roşkadır - MÜSAHİBƏ". oxu.az. oxu.az. 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2020.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 ""Planet Parni iz Baku" KVN komandasının möhtəşəm çempionluğundan 25 il ötür (FOTO)". www.realpress.az. www.realpress.az. İstifadə tarixi: 3 fevral 2020.
- ↑ ""Bakılı oğlanlar"ın üzvü həbs olunub". lent.az. lent.az. 2020-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2020.
- ↑ "Aktyor Elçin Həmidov: "İlhamə Quliyevanı parodiya edəndə, birinci özü mənə təşəkkür edir"". trend.az. trend.az. 2020-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2020.
- ↑ "Günel Musəvi: "Bakı üçün darıxıram, burnumun ucu "göynəyir""". day.az. day.az. 2020-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2020.