Paruyr Hayrikyan - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Paruyr Hayrikyan (erm. Պարույր Հայրիկյան; 5 iyul 1949, İrəvan) — erməni dissident; Ermənistanın tanınmış siyasi xadimi. Ermənistanın Milli Müqəddəratı Təyinetmə partiyasının rəhbəri
Paruyr Hayrikyan | |
---|---|
erm. Պարույր Արշավիրի Հայրիկյան | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 iyul 1949 (75 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, yazıçı |
Dini | Erməni Həvari kilsəsi |
hayrikyan.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəParuyr Arşaviroviç Hayrikyan 5 iyul 1949-cu ildə İrəvanda anadan olmuşdur.
Təhsili
redaktə1956–1966-cı illərdə Nubaraşendə orta məktəbdə təhsil almışdır.
1966–1969-cu illərdə İrəvan Politexnik İnstitutunda oxumuşdur.
Fəaliyyəti
redaktəƏmək fəaliyyəti
redaktəƏmək fəaliyyətinə İrəvan Politexnik İnstitutunda oxuduğu illərdə başlamış, tələbəliklə yanaşı fabrikdə elektrik işləmişdir.
Siyasi fəaliyyəti
redaktəSiyasi fəaliyyətinə görə 1969–1973-cü illərdə həbsdə olmuş və 4 il düşərgələrdə saxlanılmışdır.
Həbsdən sonra 1973-cü ildə İrəvana qayıtsa da burada inzibati nəzarət altında yerləşdirilmişdir. 5 fevral 1974-cü ildən DTK-nın həbs mərkəzinə yerləşdirilmiş, daha sonra qayda pozuntusuna görə 2 il yenidən düşərgələrdə saxlanılmışdır.
1987-ci ildən İrəvana dönmüş və tərəfdarları ilə birlikdə Ermənistanın Milli Müqəddəratını Təyinetmə Partiyasını yaratmışdır.
1988-ci ildə erməni separatizminə qarşı çıxmış, Azərbaycanla münasibətləri korlamağın ermənilərin ziyanına olduğunu bəyan etmişdir. 1988-ci ilin fevralında Sumqayıtda erməni əhalisinə qarşı baş verən faciəvi hadisələrin təşkilində sovet hakimiyyətini ittiham etmiş və bunun üstündə onu vətəndaşlıqdan məhrum edərək, onu Efiopiyaya deportasiya ediblər. O, etiraf edirdi ki,
"Sumqayıt hadisələri Moskva tərəfindən təşkil olunmuşdu"[1]
Təzyiqlərə baxmayaraq, o, 1988–1992-ci illərdə SSRİ-də erməni milli xalq hərəkatının lideri olmuş; "Demokratiya və müstəqillik" adlı beynəlxalq təşkilatın sədri seçilmişdir.
Parlamentdə
redaktə1990–1995-ci illərdə Ermənistan SSR Ali Sovetinin deputatı və Ermənistan SSR Ali Sovetinin Dövlət müstəqilliyi və milli siyasət üçün təsdiq daimi komitəsinin üzvü olmuşdur.
1995–1999-cu illərdə də Ermənistan parlamentinin üzvü olmuş və Xarici əlaqələr daimi komitəsinin üzvü idi.
Ermənistan prezidentliyinə namizəd
redaktə- 2003-cü ilin fevralında Ermənistan prezidentliyinə namizəd olmuşdur.
- 2012-ci ilin dekabrında yenidən Ermənistan prezidentliyinə namizədliyini irəli sürmüşdür.
Mənbə
redaktə- AYRİKYAN — SÜLHPƏRVƏR ERMƏNİ DİSSİDENTİ Arxivləşdirilib 2013-02-04 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ Akif Nağı. Qarabağ müharibəsi. (Qısa tarix), Bakı, "MBM-R", 2009. səh. 24. Arxivləşdirilib 2022-07-05 at the Wayback Machine (az.)