Payam Turk - Wikipedia
Payam Turk (fars. پیام تورک; 22 noyabr 1990[1], Biləsuvar, Ərdəbil ostanı[1]) — Cənubi Azərbaycanlı reper.[2] 11 uşaqlı bir ailənin sonbeşiyi olan Payam hal-hazırda anası ilə birlikdə Ərdəbil şəhərində yaşayır. O, İranda musiqi qadağaları və çətinliklərinə baxmayaraq ayaqda qala bilmiş, səsi ilə təkcə Ərdəbili deyil, ölkə sərhədlərini belə aşmağı bacarmış reperdir.
Payam Turk | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Payam Amani |
Doğum tarixi | 22 noyabr 1990[1] (34 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | repçi |
Fəaliyyət illəri | 2010 - (günümüz) |
Janrlar | Rep, Hip-hop |
Albom şirkəti | mikpro LLC |
Əlaqələri | Uran, Murad Arif, İslam Şirvani, Yener Çevik |
Hazırda Azərbaycanın ən çox dinlənilən reperi kimi tanınan Payam, Şimali Azərbaycan və Türkiyədə də çox sayda dinləyici qazanıb. Youtube platforması vasitəsilə məşhurlaşan sənətkarın bir neçə mahınısı milyonlarla baxış qazanmışdır.
Həyatı
redaktəFəaliyyəti
redaktəPayam repə başlamadan illər öncə şeir yazmağla məşğul olurdu. Məktəb illərində fars dilli repçi MZ ləqəbli dostu Payam Turku fars repi ilə tanış etdi. Onun ritm üstündə fars yazmaların görüb, dinləyib və bunun türkünü yazmaq qərarına gəlir. 2010-cu ildən musiqi fəaliyyətinə başlayır.[3]
2012-ci ildə “Demə Dəişil” adlı albom çıxarır. Elə o illərdədə MZ ilə Wave Records adlı studio açaraq, onu böyütmək və leybl yaramaq istəyirdilər. Ancaq İranda repin qadağa olduğu üçün dövlət tərəfindən təhditlər gəlir və qrup bağlanır.
2019-2020-ci illərdə şəxsi və cəmiyyətdə olan problemlərlə bağlı "Dostum", "Nənə" və "Üzü Qaralar" adlı musiqiləri yayımladı və İranda populyarlaşdı.
2020-ci il II Qarabağ Müharibəsində Uran ilə birgə "Azərbaycanım" adlı sinql yayımlanır.
2021-ci ildə İslam Şirvani ilə birgə "Mənəm Türk" adlı treki yayımlanır. O, ölkədəki türklüyə qarşı aparılan assimilyasiya siyasətinə qarşı çıxıb, türklüyü ilə fəxr etdiyini söyləyir. Eyni zamanda o, zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsini nəzərə alaraq quzeydə çıxan günəşin güneydə parladığını deyir. Hazırda bu trek “Youtube”-da 30 milyondan çox baxış qazanıb.[4]
2023-cü ildə Yener Çevik ilə birlikdə “Mənəm Türk” mahnısının yeni bir formatda “Menem Türk” adlı trekini klip ilə birgə yayımlayır.
Diskoqrafiya
redaktəSinqllar
redaktə- Nifrətim Artır Sənə (2013)
- Xoruz Bazarı (2015)
- Bekarçılıq (2015)
- Balaca Qadın (2015)
- Dəli Aşiq (2016)
- Sən Gedəndən Sonra (2016)
- Yalançılar (2017)
- İsmail (2017)
- Repin Ağı (2017)
- Heydər Baba (2018)
- Bu Dünya (2018)
- Dostum (2019)
- Nənə (2019)
- Qonşular (2019)
- Üzü Qaralar (2020)
- Balaca Qız 2 (2020)
- Ölüm Günü (2020)
- Gəl (2020)
- Rona (2020)
- Duxtur (2021)
- Xala (2021)
- Mənəm Türk (2021)
- Uşaq (2021)
- Gecə Yarı (2021)
- Instagram (2021)
- Güdmə (2022)
- Elizabet (2022)
- Qorxma (2022)
- Vətən I (2023)
- Vətən II (2023)
- Vətən III (2023)
- İblis (2023)
- Menem Türk (ft. Yener Çevik) (2023)
- Pahlavi (2023)
- Şuşam (ft. Murad Arif) (2023)
- Alma (2024)
- Öp (2024)
- Lotu (2024)
- Kef (2024)
Albomlar
redaktəPayam Turkun diskoqrafiyasına 1 studiya EP albomu daxildir.
Ad | İl | Albomun üz qabığı | Qeyd |
---|---|---|---|
Qaranlıq | 2021 |
| |
İstinadlar
redaktə- ↑ 1 2 3 4 https://web.archive.org/web/20230107134646/https://www.etekyazi.com/payam-turk-guneyin-cilpaq-uzu/.
- ↑ "Arxivlənmiş surət". 2023-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-03.
- ↑ "Interview With Rap Artist Payam Turk: My Music Breaks Stereotypes Around Azerbaijani-Turkish in Iran". 2023-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-07.
- ↑ "Payam Türk: Güneyin çılpaq üzü". 2023-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-07.
Xarici keçidlər
redaktəPayam Turk — Facebook səhifəsi
Payam Turk — Instagram səhifəsi
Payam Turk — Twitter hesabı
Payam Turk — Tiktok hesabı
Payam Turk — Telegram kanalı
Payam Turk — YouTube kanalı
Payam Turk — SoundCloud hesabı