Pec Universiteti - Wikipedia
Peç Universiteti (ing. University of Pécs, hun. Pécsi Tudományegyetem, rəsmi qısaldılması PTE), Macarıstanın Peç şəhərində yerləşir və ölkənin ən qədim universitetidir. 10 fakültə, 32 klinika və s. bölmələri olan universitet, ölkənin ən böyük ali təhsil universitetlərindən biridir. Burada macar, ingilis və alman dilində təhsil proqramları tədris olunur. Həmçinin, universitet geniş beynəlxalq treyninqlər və dərəcə proqramları təklif edir, yüksək səviyyəli bilik transferi və tədqiqat platformlarını təmin edir. PTE-nin təxminən 26000 tələbə və 2000 professor və müəllim heyəti var.[2] On fakültədə verilən geniş təhsil proqramları demək olar bütün elmi sahələri əhatə edir. Tələbələr bakalavr, magistratura və doktorantura pilləsində təhsil ala bilərlər.[3]
Peç Universiteti PTE, UP | |
---|---|
Pécsi Tudományegyetem | |
46°04′27″ şm. e. 18°14′15″ ş. u.HGYO | |
Əsası qoyulub | 1367[1] |
Tip | Dövlət |
Rektor | József Bódis |
Tələbə sayı | təxminən 26 min |
Şəhər | Peç |
Ölkə | |
Ünvan | Pécs, 48-as tér 1, 7622 Macarıstan |
Sayt |
pte.hu international.pte.hu |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəPeçin ali təhsil tarixi 1367-ci ildən başlayır. Böyük Lui , yepiskop şəhəri hesab edilən Peçdə universitetin əsasının qoyulmasına sərəncam verdi. Bir neçə mərhələlərdən sonra, Peç Universitetinin əsası qoyuldu və Universitet regionda təhsil sahəsində ən məşhur və aparıcı universitetlərdən biri oldu.[4] Tarixi orta əsrlərə gedən universitet, öz adət-ənənələrini qorumaqla bərabər, eyni zamanda müasir və dinamikayla inkişaf edən Avropa ali təhsil institutu adını da özündə daşıyır və müxtəlif təhsil, mədəniyyət, idman və istirahət imkanları da yaradır.
- 1367 – Böyük Lui, Peç şəhərində Macarıstanın ilk universitetinin əsasını qoyur
- 1746 – yepiskop Ziqmond Bereni (Zsigmond Berényi) Peçdə teologiya kollecinin əsasını qoyur
- 1785 – II İosif (Joseph II), Kral Akademiyasının Dyör (Győr) şəhərindən Peç şəhərinə keçirilməsinə dair sərəncam verir
- 1802 – Kral Akaemiyası öz əvvəlki yerinə qayıdır
- 1835 – yepiskop İnyak Çepeşi (Ignác Szepesy), Peçdə Lyceum Quinque-Ecclesiae litseyinin əsasını qoyur
- 1923 – Macar Kral Erjebet (Erzsébet) Universiteti Pojon (Pozsony, Bratislava) şəhərindən Peçə köçür
- 1940 — Humanitar Elmlər Fakültəsinin bir hissəsi Seqet (Szeget) şəhərinə, bir hissəsi isə Kolojvar (Kolozsvár, Kluj) şəhərinə köçür
- 1951 – Tibb Məktəbi müstəqillik əldə edir və Peç Tibb Universiteti adı ilə fəaliyyət göstərir. Bununla da Peç Universitetində yalnız Hüquq Fakültəsi qalır
- 1975 – Peçdə Biznes və İqtisadiyyat Fakültəsinin əsası qoyulur, əvvəllər isə bu fakültə Budapeşt Karl Marks Universitetinin bir hissəsi kimi fəaliyyət göstərirdi
- 1982 – Müəllim Hazırlıq Kolleci, Hüquq və Biznes və İqtisadiyyat Faküultələri ilə birləşir. Yeni institut Yanoş Pannoniusun (Janus Pannonius) adını daşıyır
- 1990 – Peç Tibb Universitetində Səhiyyə Elmləri Fakültəsinin əsası qoyulur
- 1992 – Təhsil Fakültəsi, Humanitar və Elmlər Fakültələri ilə birləşir
- 1995 – Pollak Mihay (Pollack Mihály) Texniki Kolleci, Yanoş Pannonius Universiteti ilə birləşir
- 1996 – Musiqi və Vizual İncəsənət Fakültəsinin əsası qoyulur
- 2000 – Yanoş Pannonius Universiteti, Peç Tibb Universiteti və İlyeş Dyula (Illyés Gyula) Müəllim Hazırlıq Kolleci, Peç Universiteti adı altında birləşirlər. Məhz bu zaman hal-hazırkı Peç Universitetinin əsası qoyulur
- 2004 – Pollak Mihay Texniki Kolleci, Pollak Mihay Mühəndislik Fakültəsi adı ilə tam hüquqlu fakultet adını qazanır
- 2005 – Peç Universitetində Böyüklər üçün Təhsil və İnsan Resursları İnkişafı Fakültəsinin onuncu fakültəsi kimi əsası qoyulur
- 2006 – Səhiyyə Elmləri Kolleci, Səhiyyə Elmləri Fakültəsi adı ilə universitet səviyyəsində fakültə olur.[5]
Təhsil infrastrukturu
redaktəUniversitet, Avropa universitetlərinə xas olan ənənəvi struktura malikdir. Universitetin başında rektor və üç vitse-rektordan ibarət heyət durur. Hər biri fərqli akademik sahə üzrə cavabdehdir. Fakültələrə dekanlar başçılıq edir və fakiltələr geniş akademik sahələri əhatə edir. Sonuncular, institutlar və departamentlərə bölünürlər, onlar tələbələrlə sıx əlaqədə olurlar və akademik proqramlar üzrə cavabdehdirlər.[6]
Təhsil sistemi
redaktəBolonya təhsil sisteminin uğurlu implementasiyası nəticəsində tələbələr dinamik, qarşılıqlı Avropa ali təhsil sisteminə malik olurlar. Ənənəvi kollec və universitet dərsləri əvəzinə, tələbələr ilk olaraq bakalavr (MA və ya BSc), daha sonra isə magistratura (MA və ya MSc) pillələrində təhsil alırlar. Elmə bir neçə illərini həsr etmək istəyən tələbələr isə həmçinin doktorantura (PhD və ya DLA) dərəcəsini də oxuyub qazana bilərlər.
Araşdırma və elm
redaktəUniversitet nəzdində tibb və elmi tədqiqatlar üçün Sentaqotay (Szentágothai) Tədqiqat Mərkəzi fəaliyyət göstərir. Univeritetin geniş elmi və incəsənət sahələrini əhatə edən 21 doktor məktəbi var.
Səhiyyə sistemi
redaktəPeç Universitetinin Klinika Mərkəzi, Macarıstanın ən böyük səhiyyə mərkəzlərindən biridir. 28 klinikası və təxminən 3 min heyət üzvü olan mərkəz, Peçdə və ətraf regionda uzun illər səhiyyəni təmin edir. Mərkəz, həmçinin tibb təhsili alan tələbələrə və peşəkar səhiyyə işçilərinə pratkiki təhsilin verilməsində aktiv rol oyanyır. Tibb Məktəbi və Səhiyyə Elmləri Fakültəsi ilə sıx əməkdaşlıq edən mərkəz, yüksək səviyyəli bilik və müasir tibbi texnkasını özündə cəmləşdirir.[7]
Fakültələr və tədris olunan ixitsaslar
redaktə- Biznes və İqtisadiyyat Fakültəsi
- Səhiyyə Elmləri Fakültəsi
- Humanitar Elmləri Fakültəsi
- Hüquq Fakültəsi
- Tibb Məktəbi
- Musiqi və Vizual İncəsənət Fakültəsi
- Elmlər Fakültəsi
- Pollak Mihay Mühəndislik və İnformasiya Texnologiyası Fakültəsi
- Böyüklər üçün Təhsil Fakültəsi və İnsan Resursları İnkişafı
- İlyeş Dyula adına Fakültə Son iki fakültə 1 sentyabr 2015-ci ildən etibarən bir fakültə olaraq Mədəniyyət Elmləri, Təhsil və Regonal İnkişaf Fakültəsi çərçivəsində birləşdi[5]. Peç Universitetinin Seksard (Szekszárd) şəhərində müstəqil fakültəsi var, Kapoşvar (Kaposvár), Sombatel (Szombathely) və Zalaeqerseq (Zalaegerszeg) şəhərlərində təhsil proqramlarını da təşkil edir.
Hüquq Fakültəsi
redaktəDepartamentlər:
- Konstitusiya Hüququ departamenti
- Cinayyət və Mülki Proseduru departamenti
- Cinayət Hüququ departamenti
- İqtsadiyyat və Ticarət Hüququ departamenti
- Hüquq Fəlsəfəsi və Sosial Nəzəriyyə
- Hüquq Tarixi departamenti
- Hüquq Administrasiyası departamenti
- Cinayət Hüququ və Kriminologiya departamenti
- Əmək Hüququ və Sosial Müdafiə Hüququ departamenti
- Beynəlxalq və Avropa Hüququ departamenti
- Maliyyə Hüququ departamenti
- Mülki Hüquq departamenti
- Roma Hüququ departamenti[8]
Tibb Məktəbi
redaktəƏsas elm departamentləri:
- Anatomiya
- Davranış Elmləri
- Bioanaiz
- Biokimya və Tibbi Kimya
- Biofizika
- Mərkəzi Elektron Mikroskop Laboratoriyası
- Əczaçı Biotexnologiyası departamenti
- Ailə Tibbi
- Məhkəmə Tibbi
- Xüsusi Məqsədlər üçün Dillər
- Tibbi Bilogiya
- Əməliyyat üzrə Tibb
- Orqanik və Əczaçı Kimyası
- Patopsixologiya və Qerontologiya
- Əczaçı Biologiyası
- Əczaçı Kimya
- Əczaçı Texnologiyasə və Bioəczaçılıq
- Əczaçılıq/Mərkəzi Klinik Əcaçılığı
- Farmokoqnoziya
- Farmokologiya və Farmoterapiya
- Farmoterapiya bölməsi
- Psixologiya
- İctimai Səhiyyə
- İdman
- Cərrahi Tədqiqat və Texnika Universitetin müxtəlif tibb sahələrinə aid klinikaları (anasteziologiya, intensiv terapiya, stomatologiya, ağız, üz-çənə cərrahiyəsi, mamaçalıq, ginekologiya, damar cərrahiyəsi və s.) və praktiki xəstəxanaları var.[9]
Humanitar Elmlər Fakültəsi
redaktəİnstitutlar:
- İngilisşunaslıq İnstitutu
- Fəlsəfə və İncəzənət Nəzəriyyəsi İnstitutu
- Almanşunaslıq İnstitutu
- Macar dili və ədəbiyyatı İnstitutu
- Təhsil İnstututu
- Psixologiya İnstitutu
- Romaşunaslıq İnstitutu (Fransızşunaslıq, İtalyanşunaslıq, İspanşunaslıq, İbero-Amerikanşunaslıq)
- Slavyanşunaslıq İnstitutu (Rusşunaslıq, Xorvatşunaslıq)
- Sosial əlaqələr İnstitutu
- Sosialşunaslıq və mediyaşunaslıq İnstitutu
- Tarix İnstitutu
- Xüsusi məqsədlər üçün xarici dillərin öyrədilmə mərkəzi
Mədəniyyət Elmləri, Təhsil və Regonal İnkişaf Fakültəsi
redaktəPeç Universitetinin Senatı, Mədəniyyət Elmləri, Təhsil və Regonal İnkişaf Fakültəsinin əsasının qoyulmasına dair təklifi qəbul etdi və 1 sentyabr 2015-ci ildə Peç Universitetinin Böyüklər üçün Təhsil və İnsan Resursları İnkişafı fakültəsi və İlyeş Dyula fakültəsinin birləşməsi nəticəsinə yeni fakültənin əsası qoyuldu.[11] Böyüklər üçün Təhsil və İnsan Resursları İnkişafı fakültəsi – İnstitutlar :
- İlyeş Dyula Müəllim Hazırlığı İnstitutu
- Böyüklər üçün təhsil və İnsan Resursları İnkişafı İnstitutu
- Mədəniyyər, Kitabxana və Sosial Elmlər İnstitutu
- Qida və Regional İqtisadi İnkişaf İnstitutu[12]
İlyeş Dyula fakültəsi – İnstitutlar:
- Biznes və Turizm İnstitutu
- Təhsil İnstitutu
- Ədəbiyyat və Dillər İnstitutu
- Sosial iş və Əminamanlıq İnstitutu
Biznes və İqtisadiyyat Fakültəsi
redaktəFakültədaxili departamentləri, mərkəzləri və institutları:
- Biznes Administrasiyası İnstitutu
- Biznes İqtisadiyyatı, Korportiv Maliyyə və Mühasibat departamenti
- Konsaltinq departamenti
- İdarəçilik/Menecment departamenti
- Marketinq departamenti
- Strateji Elmlər departamenti Biznes Metodologiya İnstitutu:
- Biznes İnformasiya Sistemləri departamenti
- Statisika və Ekonometrika departamenti
- Əməliyyat İdarəçiliyi/Menecmenti və Qərarvermə elmləri departamenti
- Tərcüməçilik və Biznes Terminologiyası departamenti
- Biznes və İqtisadi İnkişaf Mərkəzi
- İqtisadiyyat və Refional Elmlər İnstitutu[14]
Musiqi və Vizual İncəsənət Fakültəsi
redaktəYanoş Universitet Teatrı (Janus Egyetemi Színház, qısaca JESZ), Musiqi və Vizual İncəsənət fakültəsinin teatrıdır.[15]
Mühəndislik və İnformasiya Texnologiyası Fakültəsi
redaktəFakültəyə, 1800-cü illərdə bir çox ictimai binaları, kilsələri və sarayları layihələşdirməklə dünya şöhrəti qazanmış memar Mihay Polakın adı verilib. 2012-ci ildə fakültə tam olaraq Pollak Mihay Mühəndislik və İnformasiya Texnologiyası fakültəsi kimi adlanmağa başlanıb.[16] Memarlıq İnstitutunun Mühəndislik Fakültəsi, memarlıq proqramlarını təklif edir. Bütün dərslər ingilis dilindədir. İnstituda bu departamentlər daxildir:
- Enerji Dizaynı departamenti
- Bina Tikintisi departamenti
- Memarlıq Dizaynı departamenti
- Şəhərsalma departamenti
- Daxili və Ətraf Dizaynı departamenti
- Memarlıq və Vizual Elmlər departament[17]
Elmlər Fakültəsi
redaktəFakültənin institutları:
- Biologiya İnstitutu
- Fizika İnstitutu
- Coğrafiya İnstitutu
- Kimya İnstitutu
- Idman və Fiziki Hazırlıq İnstitutu[18]
Reytinqi
redaktəÖlkənin ən qədim universiteti olmaqdan başqa, Peç Universiteti həmçinin beynəlxalq miqyasda da görkəmli yer tutur. Beynəlxalq reytinqlərdə həm ümumilikdə universitet, həm də onun ayrı-ayrı fakültələri aparıcı mövqelərdə qərarlaşıblar.
Dünya Universitet Reytinqləri Mərkəzinin (Center for World University Rankings (CWUR) 2015-ci ildə elan etdiyi siyahıya görə, Peç Universiteti 863-cü yerdə qərarlaşıb. Belə də, universitet hələ də dünyada olan ali təhsil institutlarının 3,6% daxil olur. [19]
Nəticələr səkkiz kriteriya əsasında əldə edilib. Bunlar arasında təhsilin keyfiyyəti, məzunarın iş tapma şansları, professor və müəllim heyətinin mükəmməlliyi, nəşrlərin sayı, həmin nəşrlərə olan sitatların reytinqi və patentlərin sayı daxildir.[20]
URAP University Ranking by Academic Performance-a görə Peç Universiteti 28 000 ali təhsil institutları arasında 2013-cü ildə 815-ci yeri tutub. Bu reytinq məşhur beynəlxalq tədqiqatlar institutu tərəfindən aparılıb. Bu nəticə onu göstərir ki, universitet dünyada olan ali təhsil isntututlarının 3% daxil olur. Kriteriyalar arasında bunları qeyd etmək olar : təhsil keyfiyyəti, sitat indeksi, ümumi nəşr və sitat təsiri və beynəlxalq əməkdaşlıq. Bu göstəricilərə əsasən, Peç Universiteti yaxınlıqda olan Zalsburq, Split, Osnabruk, Qrats universitetlərindən öndədir.[21]
Webometrics-ə (Ranking Web of World Universities) görə, Peç Universiteri 2015-ci ildə dünyanın 1000 ən yaxşı təhsil institutları arasında 880-ci yerdədir.[22] Webometrics, ali təhsil instututlarının dünyanın ən geniş internet bazalı akademik reytinqini elan edən qurumdur. 2004-cü ildən bəri hər altı aydan bir müstəqil obyektiv elmi araşdırma, Cybermetrics Lab tərəfindən aparılır və dünyanın bütün yerlərindən olan universitetlərin internetdə və dünya şəbəkəsində olan və təsir etdiyi bütün düzgün, genişəhatəli, yenilənmiş və xeyirli informasiya nəzərə alınır.[23]
U-Multirank-a görə, Peç Universitetinin Biznes və İqtisadiyyat fakültəsi 412 biznes məktəbləri arasında 56-cı yeri tutur. Bu innovativ sistemdə əsasən beş indikator göstərici istifadə edilir : ümumi araşdırma nəticələri, təhsil keyfiyyəti, beynəlxalq oriyentasiya pilləsi, bilik transferi və regional öhdəlik.[24]
Məşhur QS Dünya Universitet Reytinqinə əsasən (QS World University Ranking), Peç Universiteti universitetlərin 201–250 pillələrində qərarlaşıb. Bundan başqa, İngilis Dil və Ədəbiyyat Kursu top 200 arasında 53-cü yeri tutur.[25]
Milli reytinqə gəlincə, ölkdə daxili universitetlərin reytinqini tərtib edən HVG Diploma-ya görə, Peç Universiteti dördüncü yeri tutur, professor və müəllim heyətinin keyfiyyətinə görə isə ikinci yerdə qərarlaşıb. Bu reytinq əsasən bu prinsiplərə uyğun tərtib edilir : tələbələrin və müəllim heyətinin sayı və daimiliyi və institusional inforstruktura, metodologiyanın etimadlığı. Fakültələrə gəlincə, Humanitar Elmlər fakültəsi , Musiqi və Vizuarl İncəsənət fakültəsi və Pollak Mihay Mühəndislik və İnformasiya texnologiyası fakültəsi son yeddi ildə ən yaxşı göstəricilərini əldə ediblər.[26][27]
Məşhur məzunları və əməkdaşları
redaktəElm
redaktə- Dr. Dyörd Bujaki (György Buzsáky, Dr.) — Beyin tədqiqatçısı, Beyin Mükafatı 2011, Tibb Məktəbinin məzunu (1974)
- Dr. Andraş Büki (András Büki, Dr.) – neyrocərrah, professor, klinikanın director əvəzedicisi, Beynəlxalq Neyrotravma Cəmiyyətinin prezidenti, Tibb Məktəbinin məzunu (1990)
- Dr. Zoltan Oletiç (Zoltán Oletics) – X-Culture beynəlxalq iqtisadiyyat yarışmasının qalibi, Biznes və İqtisadiyyat fakültəsinin məzunu
Biznes və İdarəçilik/Menecment
redaktə- Monika Debreçen (Mónika Debreczeni) — Vyan (Vylyan) şərabçılıq zavodunun sahibi
- İştvan Façko (István Facskó, Dr.) – Samsung-un Baş İcraçı Direktoru
- Mark Martselka (Márk Marzelka) — Azimuth Film-in meneceri
- Levente Mişinqer (Levente Mischinger) — Morgan Stanley-nin vitse-prezidenti (Nyu York)
- Attila Nad (Attila Nagy) – Autópálya şirkətinin Baş İcraçı Direktoru, Münəhdislik fakültəsinin məzunu
- Laslo Paraq (László Parragh, Dr.) — Macar Ticarət və president of the Hungarian Commercial and Sənayə Palatalarının prezidenti, Hüquq Fakültəsinin məzunu
- Levente Turçan Şipoş (Levente Turcsányi Sipos) — Cardif Biztosító şirkətinin biznes inkişafı meneceri
- Arpad Vöröş (Árpád Vörös) – Tipton-un Baş İcraçı Direktoru, Mühəndislik fakültəsinin məzunu
Administrasiya
redaktə- Dr. Adam Antal (Ádám Antal, Dr.) – fəxri doctor və professor, Konstitusiya Məhkəməsininin keçmiş hakimi, Hüquq fakültəsinin məzunu (1953).
- Dr. Peder Darak (Péter Darák, Dr) – macar hüquqşunas, Ali Məkhəmənin hakimi, Hüquq fakültəsinin məzunu (1988)
- Laslo Domonkoş (László Domonkos) – iqtisadçı, Dövlət Audit Ofisinin prezidenti (2010), Biznes və İqtisadiyyat fakültəsinin məzunu (1988)
- Dr. Laslo Kiş (László Kiss, Dr.) – macar hüquqşunas, Konstitusiya Məhkəməsinin hakimi, Hüquq fakültəsinin məzunu (1975)
Siyasət
redaktə- Dr. İbolya David (Ibolya Dávid, Dr.) – keçmiş Ədliyyə Naziri (1998–2002), Hüquq fakültəsinin məzunu (1981)
- Tibor Quyaş (Tibor Gulyás) – HOÖK-un prezidenti, Humanitar Elmlər fakültəsinin məzunu
- Ferenç Dyürçan (Ferenc Gyurcsány) – siyasətçi, keçmiş Baş nazir (2004–2009), Humanitar Elmlər (1987) və Biznes və İqtisadiyyat (1990) fakültələrinin məzunu
- Dr. Peter Hopal (Péter Hoppál, Dr.) – Mədəniyyət katibi, Biznes və İqtisadiyyat fakültəsinin məzunu
- Dr. İştvan Kolber (István Kolber, Dr.) – keçmiş Regional İnkişaf naziri (2004–2006), Hüquq fakültəsinin məzunu (1981)
- Dr.Monika Lampert (Mónika Lamperth, Dr.) — keçmiş Daxili İşlər Naziri (2002–2006), Hüquq fakültəsinin məzunu (1981)
- Dr. Ferenç Madl (Ferenc Mádl, Dr.) — Seçeni (Szechenyi) mükafatı qalibi hüquqşunas, PTE-nin fəxri doktoru, Macarıstan Respublikasının keçmiş prezidenti (2000–2005)
- Dr. Yoşef Petritei (József Petrétei, Dr.) – keçmiş Ədliyyə Naziri (2004–2007), Hüquq fakültəsinin məzunu (1983)
- Dr. Yenu Raç (Jenő Rácz, Dr.) — keçmiş Səhiyyə Naziri (2004–2006), Hüquq fakültəsinin məzunu (1977)
- Dr. Laslo Şoyom (László Sólyom, Dr.) – Hüquqşunas, Macarıstan Respublikasının keçmiş prezidenti (2005–2010), Hüquq fakültəsinin məzunu (1965)
- Dr. Katalin Sili (Katalin Szili, Dr.) – hüquqşunas, keçmiş parlament prezidenti (2002–2009), Hüquq fakültəsinin məzunu (1981)
İdman
redaktə- Diana Baloq (Diána Balogh) – aerobka üzrə dünya çempionu, PTE-PEAC aerobika qrupunun üzvü
- Anita Borşoş (Anita Borsos) – aerobika üzrə dünya çempionu, PTE-PEAC aerobika qrupunun üzvü
- Tünde Fekete (Tünde Fekete) — bikini fitnes modeli
- Yojef Qarami (József Garami) – futbolçu, MTK-nın məşqçisi
- Anita Horvat (Anita Horváth) — aerobika üzrə dünya çempionu, PTE-PEAC aerobika qrupunun üzvü
- Bricitta Hüşe (Brigitta Hüse) – şou rəqqas, Avropa və Dünya çempionu
- Attila Katuş (Attila Katus) — aerobika üzrə dünya çempionu
- Aqneş Kişdaroçi (Ágnes Kisdaróczi) — üzrə dünya çempionu, PTE-PEAC aerobika qrupunun üzvü
- Tamaş Şorş (Tamás Sors) – üzgüçülük üzrə London Paraolimiya çempionu
- Rita Şpaiç (Rita Spaits) — aerobika üzrə Avropa çempionu, PTE-PEAC böyüklər üçün fitnes qrupunun üzvü
- Romeri Sendördi (Romeo Szentgyörgyi) – aerobika üzrə altıqat dünya çempionu
- David Jombori (Dávid Zombori) – stolüstü tennisçi, Avropa Çempionatının bürünc mükafatçısı
- Döndi Jolnay (Gyöngyi Zsolnay) – PVSK-nin basketbolçusu[28]
Kampusda tələbə həyatı
redaktə2010-cu ildə Peç şəhəri Avropanın Mədəniyyət Paytaxtı seçilmişdi. Ali məktəbin kampusu da bu ada layiqdir və tələbələrin mədəni inkişafına xidmət edir.[29]
Universitetin idman həyatı, TTK İdman Mərkəzi tərəfindən idarə olunur. Mərkəz, tələbələrə geniş idman imkanları yaradır, həmçinin hərkəs üçün maraqlı və mümkün ola biləcək müxtəlif proqramlar təşkil edir.
Peç Universitetinin Atletik Klubu (PEAC), 1923-cü ildə yaradılıb. Burada tələbələr 12 bölmə üzrə (tenis, qadınlar və kişilər arası həndbol, qadınlar və kişilər arası basketbol, futbol, su idmanı, qadınlar və kişilər arası voleybol, oxatma, qılıncoynatma) idmanla məşğul ola bilərlər. Peç Universitetinin Atletik Klubu, Macarıstanın ən dinamik inkişaf edən idman klubudur.
Rəqs Universiteti, Peç Universitetinin 2000-ci ildən bəri ən əsas layihəsidir. Ümumilikdə, Macarıstan ali təhsilində unikal istirahət proqramıdır. Orta hesabla hər semestr 20 rəqs və hərəkət dərsləri keçirilir. Dərslər əsasən ödənişsizdir və ya minimal ödəniş tələb olunur.[30] Universitet, 2005-ci ildə " Eyni zamanda göbək rəqsini yerinə yetirən ən çox insan " nominasiyası üzrə Ginnes rekordunu təyin edib.[31]
Beynəlxalq Elmlər Mərkəzi, Macar dili kurslarını, müxtəlif təhsil sahələri üzrə İngilis dili hazırlıq kursları, hər yay və qış mövsümlərndə ənənəvi və məşhur inensiv kursları təşkil edir.[32]
Macar Elmləri və Tədbiqi Linqvistika Mərkəzində tələbələr macar dilini xarici dil kimi öyrənə bilərlər. Mərkəz, bütün səviyyələr üzrə ümumi dil inkişafını təmin edən dərsləri təşkil edir, daha çox kommunikativ bacarığa üstünlük verir (danışıq, dinləmək, oxumaq və yazmaq).[33]
Əcnəbi Dil Mərkəzi, fakültələrdən müstəqil universitet bölməsidir. Mərkəz, maraqlananlara əcnəbi dil xidmətləri göstərir. Avropa ölkələri və qonşu ölkələri dillərində bütün il boyu dil kursları təşkil edilir.[34]
AEGEE-Peç, ən böyük Avropa Tələbə Təşkilatlarından biridir. Təşkilat, macar və beynəlxalq tələbələr üçün müxtəlif peşəkar və istirahət proqramları təklif edir. Bu tədbirlər yerli insanlarla tanış olmaq, yeni dostlar əldə etmək və qiymətsiz xatirələr qazanmaq imkanı yaradır.[35]
Ali məktəbdə Erasmus, digər mübadilə proqramları ilə gələn əcnəbilərin həyatını maraqlı etmək üçün müxtəlif tədbirlər (ölkələrin təqdimatı, görməli yerlərə gəzinti və s.) keçirilir.[36]
Həmçinin bax
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Ana səhifə". 2019-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-10.
- ↑ "Pte.hu: The University of Pécs". 2015-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ "Pte.hu: Faculties of the UP". 2015-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ "UP Story - 650 years". 2015-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ 1 2 "Faculty of Adult Education and Human Resources Development". 2015-10-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ "Faculties of the UP". 2015-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ "Facts & figures about the UP". 2016-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ "Departments". 2015-11-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ "Departments". 2016-04-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ "General Description". 2015-03-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ "Faculty of Cultural Sciences, Education and Regional Development". 2015-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ "Institutions". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ "Welcome from the Dean". 2015-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ "Faculty of Business and Economics". 2017-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ "The Faculty of Music and Visual Arts". 2022-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ "The Architecture education". 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ "Education". 2016-01-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ "Organizaton". 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ "UP among the top 3.6 percent of higher educational institutions !". 2015-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ "2015/University-of-Pecs.html The 2015 edition of the ranking has been released". 2015-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ "University of Pecs". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ "University of Pecs". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ "The UP among the best universities of the world". 2015-10-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ "Teaching & Learning Rankings: Business Studies Programmes". 2015-11-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ "University of Pécs". 2016-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ "Recognitions". 2015-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ "Rankings". 2015-12-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ "Famous Alumni". 2020-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ [ http://international.pte.hu/the_european_capital_of_culture Arxivləşdirilib 2015-10-31 at the Wayback Machine European Capital of Culture]
- ↑ "Sports". 2015-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ "Dancing University". 2022-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ "Hungarian language courses". 2015-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ "International Student Organizations of the UP". 2015-11-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ "Foreign Language Centre of the University of Pécs". 2015-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ "AEGEE-Pécs". 2015-10-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
- ↑ "Culture and Entertainment". 2015-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.