Peyntbol - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Peyntbol (ing. Paintball — boyalı şar) — markerlər (pnevmatik oyun silahı) vasitəsilə, hədəfə dəydikdə parçalanaraq hədəfi boyayan və ya hədəfdə rəngli iz qoyan, içi boyalı (jelatin qabıqlı, qida boyasından ibarət) şarlar ataraq hədəfləri vurmaqdan ibarət olan komanda oyunudur.
Peyntbolun iki qlobal növü vardır: idman peyntbolu və taktiki peyntbol.
Avadanlıqlar
redaktəMütləq
redaktə- Peyntbol maskası. Oyunçu oyun ərazisində olduqda xüsusi olaraq peyntbol üçün yaradılmış bu maskanı mütləq taxmalıdır.
- Şarın maksimal uçuş sürəti — 91 m/san (327,6 km/saat) çox olmamalıdır və ya, qaydalara əsasən[1] — təqribən, 300 fut saniyədə olmalıdır. Şarın gözə dəyməsi çox pis nəticələnə bilər, hətta tamamilə gözün itirilməsinə gətirib çıxarada bilər.
- Marker (oyun silahı). Markerin özündən, qaz balonundan (sıxılmlş hava, karbon qazı) və şar tutumundan ("fider" ing. feederr— "şar ötürücü mexanizm", "loader" ing. loader — "şar yukləyici" və "hopper" ing. hopper — "maqazin") ibarətdir.
- Peyntbol boya şarları. Şarın qabıq örtüyü jelatin əsaslıdır. Şarın diamerti 17,17 mm (0,68 in), bu ümumişlək kalibrdir, çəkisi təqribən 3,2 qramdır. Həmçinin 14mm (0.55 in), 12.5mm (0.50 in), 10mm (0.40 in) və 6mm (0.24 in) ölçüdə şarlarda vardir ki, bu şarlar Azərbaycan peyntbolçuları arasında demək olar ki, istifadə edilmir.
Əlavə
redaktə- Tub (ing. the pod) — əlavə şarlar üçün tutumlar (100–200 şar yerləşir)
- Tubları gəzdirmək üçün — idman peyntbolunda istifadə olunan bel çantası Harnes (ing. harness) və ya taktiki peyntbolda istifadə edilən jilet.
- Xüsusi geyim — cersi (ing. jersey) və şalvar (xüsusi olaraq idman peyntbolu üçün yaradılmış) və ya kamuflyaj (taktiki peyntbol)
- Qolçaqlar, dizliklər, əlcək, qoruyucu şort və jilet, baş və boyun nayihəsini qorumaq üçün vasitələr
- Rəng atan və tüstü qumbarası, işıq-səs pirotexniki vasitələr (yalnız taktiki peyntbolda istifadə edilir)
- Şompol (ing. barrel swab, squeegee) — markerin lüləsini təmizləmək üçün vasitə
- əl radio-ötürücüsü (idman peyntbolunda istifadəsi qadağan olunub[1])
- "Mamba" — elastik, spiral formalı burulmuş, markeri hava balonu ilə birləşdirən şlanq, hava balonu beldə xüsusi çantada daşındıqda gərək olur (yalnız taktiki peyntbolda istifadə edilir).
Qaydalar
redaktəÖzünün və ya digər şəxsin markerindən atılmış, üzərinə şar dəydikdə (silaha dəydikdədə), diametri 2.5 sm və ya daha artıq boya izi qalan şəxs vurulmuş sayılır və oyunu tərk edir (markerin lüləsini yuxarı qaldıraraq oyun ərazisini tərk edir). Bəzən taktiki peyntbolda oyun vaxtında oyuna qayıtmaq üçün "respavn" deyilən qaydadan da istifadə edilir, bu qaydaya əsasən vurulmuş adam başlanğıc nöqtəyə qayıdaraq üstünü boy izlərindən təmizləyib müəyyən müdət gözlədikdən sonra yenidən oyuna girə bilər. Oyuna qayıdış oyun ssenarisində razılaşdırılmış qaydada həyata keçirilir. İdman peyntbolunda oyun vaxtı oyuna qayıdış qadağandır. Əgər şarın kiməsə dəydiyinə əminsinizsə və ya şübhəniz var ki, şar kiməsə dəyib və həmin adam oyunu tərk etməyir, onda "Hakim, yoxla!" qışqıraraq, hakimi çağırıb həmin şəxsi yoxlatmaq lazımdır (idman peyntbolunda qadağandır). Həmçinin oyun hakimləri oyun qaydalarına əməl etməyən oyunçuları oyundan çıxara bilərlər.
Yerli peyntbol qaydalarında yan ətraflara (əl və ya əyaq) iki şar, bədən və ya başa bir şar dəydikdə oyunu tərk etmək lazımdır (silaha dəymiş şar sayılmır).
Təhlükəsizlik
redaktəOyunçu oyun ərazisində olduqda mütləq qaydada maskanı taxmalıdır.
Oyun ərazisindən kənarda markerin tətik qoruyucusunda, lüləsi xüsusi qoruyucu torba ilə bağlı olmalıdır. Hətta qoruyucu ilə olduqda belə kənara markeri insanlara tuşlamaq qəti qadağandır. Təhlükəsizlik zonasında isə hər ehtimala qarşı polkarbonat eynəklər taxılmalıdır.
Çox yaxın məsafədən şarla vurmaq tövsiyə edilmir (bu həm ağrılı, həm də təhlükəlidir); əgər düşmənə nəzərə çarpmadan gizlincə yaxınlaşa bilmisinizsə "Aut!" deyərək onu şarla vurmadan oyundan çıxara bilərsiniz, həmən şəxs vurulmuş sayılır və əlini yuxarı qaldıraraq oyunu tərk etməlidir. Vurulmuş şəxsləri və hakimləri vurmaq qəti qadagandır.
15–20 metrdən markerdən atılmış şar insana dəydikdə agrılıdır, amma dözmək olar, daha yaxın məsafədən atılan şarın ağrısı isə şiddətlidir. Maskasız adama markerdən atılmış peyntbol şarı dişlərini sınırdığı və qoruyucusuz gözə dəydiyi, ağır nəticələrə gətirib çıxardığı hallarda olub[2]. Boyun nayihəsidə ağrili yer sayılır, çalışın oyun vaxtı boyun hissəsini şərf və ya şal ilə bağlayasız, həmçinin xüsusi qoruyucu sarğılarda mövcuddur.
Əgər oyun ərazisində qoruyucu geyimsiz kənar şəxs peyda olsa oyun mütləq qaydada dayandırılmalıdır. Oyun iştirakçılarının hamısı bu barədə xəbərdar edilməli və kənar şəxs oyun ərazisindən tezliklə uzaqlaşdırılmalıdır. Kənar şəxsin oyun ərazisindən uzaqlaşdırıldığına əmin olduqdan sonra oyunu davam etdirmək olar.
Narkotik və alkoqol sərxoşluğu halında oynamaq qəti qadağandır.
Oyun ssenariləri
redaktəÇoxlu sayda oyun ssenariləri mövcuddur. Açıq ərazilərdə, tərk edilmiş binalarda, fabrik və zavod ərazilərində, xüsusi olaraq oyun üçün hazırlanmış ərazilərdə, "respaun" qaydası ilə və ya onsuz oynalınır.
"Axıradək"
redaktəOyunun ən sadə ssenarisidir — oyun "divardan divara" başlayır, komandalar düşmən komandanın üzvlərini tam vuranadək davam edir. (Bu ssenari idman peyntbolunda müəyyən düzəlişlərlə tətbiq edilir)
"Hücum edənlər — müdafiə olunanlar"
redaktəBərabər olmayan tərkibli iki komanda oynayır. Zəif olan komanda qala tipli yerdə dairəvi müdafiədə oturur, güclü olan digər komanda isə hücum edərək qalanı tutmağa cəhd edir. Bu ssenari həm süni yaradılmış (müdafiə istehkamlarında, qalalarda və s.) həm də təbii (yüksəklik, dağ, ada və s.) yerlərdə oynanıla bilər.
"Bayraq tutma"
redaktəİki komanda oynayır. Məqsəd — düşmənin bayrağını onun bazasından və ya "mərkəzi bayrağı" götürərək öz bazalarına gətirməkdir.
"Hərə özü üçün"
redaktəHərə özü üçün oynayır. İlk siqnaldan sonra oyunçular oyun ərazisinin ortasından başlayırlar, hərə qaçaraq ərazidə ozünə bir yer seçir, ikinci siqnaldan sonra oyun başlayır. Axırda qalan tək oyunçu "Ən yaxşı atıcı" seçilərək qalib sayılır.
"Partizanlar"
redaktəBir komanda (partizanlar) meşədə müdafiə olunur, digər komanda hücum edənlər olur. Məqsəd müdafiə olunan vəya hücum edən komandanın üzvləri tam olaraq vurulmalıdırlar.
"Girovların azad olması"
redaktəİki komanda oynayır. Oyun başlananda oyunçular arasından seçilmiş "girovlar" düşmən əsirliyində olurlar, məqsəd "girovları" azad etməkdir.
"Onluq"
redaktəOyunçuların sayı adətən 10-dan artıq olmur, hər iştirakçıya düşməni vurmaq üçün 10 (20, 30, 50 və s. ola bilər) şar verilir, ən çox adam vurmuş oyunçu qalib sayılır.
"Duel"
redaktəİki oyunçu oynayır. Hər oyunçunun markerində bir ədəd peyntbol şarı olur. Hakimin göstərişindən sonra oyunçular öz yerlərinə keçirlər və hakimin siqnalından sonra oyun silahlarından bir-birinə atəş açırlar.
Həmçinin "Duel" 8 şarlıq maqazini olan peyntbol tapançası ilə də keçirilə bilər.
"Müşayiət"
redaktəİki komanda oynayır. Say nisbətiylə digər komandadan üç dəfə az olan "Terroristlər" və ya "Partizanlar" adlandırılan komanda oyun ərazisinə vaxt etibarıyla digər komandadan daha tez çıxaraq ərazidə pusqular və tələlər quraraq digər komandanı gözləyirlər. Sayca çox olan komanda isə oyun ərazisindən planda qeyd olunmuş yolla parlaq geyimli və ya işarəli VIP-şəxsi məqsəd nöqtəsinə sağ olaraq catdırmalıdırlar. Bu komanda üçün VIP-şəxsin vurulması oyunun uduzulması deməkdir. Ssenari üzrə oyun əsasən tikililəri olan böyük ərazilrdə ya da meşəlik ərazilərdə oynanılır.
"Ətçəkən"
redaktəİki komanda oynayır. Oyunçu vurulduqdan sonra, oyuna ayrılmış vaxt bitənədək, markeri qoruyucuya qoyub "respaun" nöqtəsinə qaçır, uzərindən boya izləri silindikdən sonra yenidən oyuna qayıdır.
Taktiki və güc strukturları üçün peyntbol
redaktəBu gün bir çox ölkələrdə (ABŞ, Almaniya, İngiltərə, İsrail və s.)[3] peyntboldan, cangüdənlərin və xüsusi xidmət orqanları əməkdaşlarının peşəkar hazırlığını yüksəltmək üçün istifadə edilir. Bu məqsədlər üçün odlu silahların tam görkəm və çəki oxşarı olan xüsusi hazırlanmış marker versiyaları var. Hazırlıq əraziləri real şəraitə uyğun çoxmərtəbəli binalardan və tikililərdən ibarət poliqonlardır. Burada hərbi, anti-terror, girovların azad olunması və sairə bu kimi əməliyyatların təlim məşqləri keçirilir. Xaricdə Antiterror (ing. Counter Terror Warfare School) və Antipartizan (ing. Counter Guerilla Warfare School) məktəbləri üçün xüsusi avadanlıqlarla təchiz olunmuş ilk belə poliqon ərazilər ABŞ və İsraildə istifadəyə verilmişdir.[3]
Azərbaycanda peyntbol
redaktə01 iyul 2014-cü ildə Azərbaycan Respublikası Peyntbol Federasiyası Avropa Peyntbol Federasiyasının tam hüquqlu üzvülüyünü əldə edib, eyni zamanda Avropa Peyntbol Federasiyasının Azərbaycandakı bütün rəsmi münasibətlərini tənzimləyən rəsmi orqan kimi tanınır.[4] Həmçinin Azərbaycan Peyntbol Federasiyası Qafqaz regionunda Avropa Peyntbol Federasiyasına üzv olan ilk təşkilatdır.
26 iyun 2014 — Azərbaycan silahlı qüvvələr günü silahlı qüvvələrin yaradılmasının 96 illiyi "ASAN Xidmət" mərkəzinin könüllüsü olan həqiqi hərbi xidmətə çağırışçılar arasında "QARABAĞ" peyntbol turniri,[5]
3 oktyabr 2014 — Gənclər İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Peyntbol Federasiyası ilə birgə "ASAN xidmət" mərkəzlərinin əməkdaşları arasında Peyntbol Turniri,[6]
4 oktyabr 2014 — Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasının və Azərbaycan Respublikası Peyntbol Federasiyasının təşkilatçılığı ilə Polis Akademiyasının kursantları arasında Peyntbol turniri,[7]
8–9 noyabr 2014 — Qəbələ şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və Konstitusiya gününə həsr edilmiş Hüquq mühafizə orqanları, silahlı qüvvələr və digər strukturların Peyntbol idman növü üzrə Respublika Çempionatı,[8]
22 noyabr 2014 — Azərbaycan Respublikası Peyntbol Federasiyasının təşkilatçılığı ilə Qarabağ müharibəsi veteranları və əlilliyi olan şəxslər arasında Peyntbol turniri,[9]
23 noyabr 2014 — Azərbaycan Respublikası Peyntbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Kütləvi İnformasiya Vasitələri arasında keçirilmiş Peyntbol Turniri,[10]
İstinadlar
redaktə- ↑ 1 2 Правила соревнований по пэйнтболу Arxivləşdirilib 2009-07-05 at the Wayback Machine Российской федерации пейнтбола.
- ↑ "Ранение игрока на игре "Стиляги — Форумы пейнтбол-online". 2016-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-12.
- ↑ 1 2 Пейнтбол — вчера и сегодня. О. Королёв. Журнал "Калашников. Оружие, боеприпасы, снаряжение", 6/2008.
- ↑ Avropa Peyntbol Federasiyasının üzvləri. Arxivləşdirilib 2022-01-23 at the Wayback Machine Avropa Peyntbol Federasiyasının üzvləri, 12/2016.
- ↑ "Arxivlənmiş surət". 2021-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-16.
- ↑ "Arxivlənmiş surət". 2015-06-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-16.
- ↑ http://az.azvision.az/haber_-42819-xeber.html[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2014-11-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-16.
- ↑ "Arxivlənmiş surət". 2017-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-16.
- ↑ "Arxivlənmiş surət". 2021-01-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-16.
Həmçinin bax
redaktə- Hardbol
- Straykbol