Pirebedil Tarix Muzeyi - Wikipedia
Pirəbədil Tarix Muzeyi — Şabran rayonu Pirəbədil kəndində muzey.
Pirəbədil Tarix Muzeyi | |
---|---|
| |
Əsası qoyulub | 1862 |
Açılış tarixi | 1988 |
Mövzu | Tarix |
Ölkə | Azərbaycan |
Yerləşir | Şabran rayonu Pirəbədil kəndi |
Kolleksiyası | 2451 eksponat |
Direktor | Pərvanə Mirzəyeva |
Telefon | 35-3-70-67 |
İş rejimi | 1-7- ci günlər, saat 9:00-17:00 |
Muzeyin tarixi
redaktəPirəbədil Tarix Muzeyi 1968-ci ildə Qəzənfər Musabəyovun ev muzeyi adı ilə Şabran rayonu Pirəbədil kəndində açılmışdır. Muzey Qəzənfər Musabəyovun atası Mahmudağa bəyə məxsus olan malikanədə yerləşir. Muzey Musabəyovun 80 illik yubleyi münasibətilə açılan aşılaraq binanın iki otağında yerləşdirilmişdir.1988-ci ildə Musabəyovun 100 illik yubleyi münasibətilə bina tamamilə təmin olunmuş bütünlüklə muzeyin istifadəsinə verilmişdir. 2013-cü ildən muzeyin adı dəyişdirilərək ″ Pirəbədil Tarix Muzeyi″ adı verilmişdir.[1]
Memarlıq xüsusiyyətləri
redaktəMalikanə 1862-ci ildə bişmiş kərpicdən tikilmiş 2 mərtəbə 14 otaqdan, eyvan və aynabənddən ibarətdir. Musabəyovun 80 illik yubleyi münasibətilə açılan muzey binanın iki otaqında yerləşdirilmişdir. 1988-ci ildə Musabəyovun 100 illik yubleyi münasibətilə bina tamamilə təmir olunmuş bütünlüklə muzeyin istifadəsinə verilmişdir. 2013-cü ildən muzeyin adı dəyişdirilərək Pirəbədil Tarix Muzeyi adı ilə adlandırılmışdır.[2]
Muzeyin eksponatları
redaktəMuzey hal-hazırda müstəqil muzey kimi fəaliyyət göstərir. Muzeydə 2451 eksponat toplanmışdır. Bunlardan 749 ekspozisiyada nümaiş etdirilir.
Pirəbədil xalçası haqqında
redaktəAzərbaycan xalçaları rəng və texniki xüsusiyyətlərinə görə 4 əsas xalçaçılıq məktəbinə bölünür.
Quba-Şirvan xalçaları arasında Pirəbədil çeşnili xalça xüsusi yer tutur. Bu çeşnili xalçanın toxunmasının və Pirəbədil adını daşımasının çox maraqlı bir tarixi var. Pirəbədil kəndi 1927 ci ilə qədər Quba qəzasının Pirəbədil nahiyyəsi adlanıb.Qəzənfər Musabəyovun əmisi Məhəmməd Əfəndiyev XX əsrin əvvəllərində Bakı şəhərində dövlət qulluğunda çalışıb.1909-cu ildə Rusiyadan məlumat gəlir ki, 1912 ci ildə Sant-Peterburqda xaça simpoziumu keçiriləcək. Həmin məlumatla yanaşı bir xalça çeşnisi gəlir. Tələb olunur ki bu çeşnidə həmin simpoziumda iştirak etmək üçün bir xalça toxunsun.Bu xalçanın toxunmasında təbii ipəkdən və boyalardan istifadə olunmalıydı. Məhəmməd bəyin qardaşı Mahmudağanın üçüncü xanımı olan Qubalı qızı Diba xanıma müraciət edilir. Diba xanım bu məsuliyyəti üzərinə götürür və işə başlayır. Bir il ərzində Diba xanım ev şəraitində cəhrə-darağla xaçanın ipini, sapını hazırlayır və təbii rənglərlə-ot kökləri ağac qabığları ağac yarpaqları ilə ipləri rəngləyir. Qaynı qızları Gülər və Münəvvəri yanına yançı götürüb xalçanı toxumağa başlayır. Xalça Sant-Peterburqa aparılır. 1912 ci ildə keçirilən "XALÇA SİMPOZİUMUNDA" həmin xalça birinci yeri tutur və qızıl medala layiq görülür. Xalçanı toxuyanlar üçün hərəsinə 1000 manat pul mükafatı göndərilir.Həmin çeşni ilk dəfə Pirəbədil kəndində xalçaya toxunduğu üçün dövlət tərəfindən ona "PİRƏBƏDİL ÇEŞNİSİ" adı verilir. Bir ingilis taciri bu xalçanı alır İngiltərəyə aparır. Qeyri rəsmi məlumata görə həmin xalça İngiltərədə Viktoriya muzeyində qorunur.