Pir Din - Wikipedia
Pir və ya ocaq — Azərbaycanda dini etiqad və inamla bağlı ibadət və sitayiş yeri.
Etimologiya
redaktə"Pir" sözü Azərbaycan dilinə farscadan (پیر) keçmişdir, "qoca adam" deməkdir.[1] "Ocaq" sözü qədim türk dilindən təkamül etmiş, "od" sözü və "+caq" şəkilçisindən əmələ gəlmişdir.[2]
Tarixi
redaktəPirlər Azərbaycanda paqanizm dövründən məlumdur. İnsanlar möcüzə gücünə malik olduğu inanılan ağac (dağdağan, qarağac və s.), dağ, böyük daş, müqəddəs din xadimlərinin, təriqət başçılarının qəbir və türbələrini pir hesab etmişdilər. Qəbilə, icma və ailə ilə bağlı olan bu məfhum əslində qədim etiqadların, yəni əcdadlara sitayişin qalığı kimi təzahür etmişdir. Pirlər sonsuzluq, şikəstlik, ruhi və cismani xəstəliklər kimi naçar dərdlərə imdad diləyənlərin və qəlbində niyyət tutanların nəzir-niyaz, ibadət və "müalicə" yeri olmuşdur. Pirlərə nəzir verilirdi. Din xadimlərinin insanları aldadaraq pirləri qazanc mənbəyinə çevirməsi Azərbaycanın qabaqcıl ziyalılarının kəskin tənqidinə səbəb olmuşdur. 1920-ci ildə Bakı əməliyyatı ilə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra dövlət tərəfindən pirlərə qarşı kampaniya başladılmışdı.[3]
Populyar mədəniyyətdə
redaktəNəriman Nərimanov və Əbdürrəhim bəy Haqverdiyev "Pir" əsərlərində pirlərin mürtəce mahiyyətə malik olduğunu irəli sürərək tənqid etmişdilər.[3]
İstinadlar
redaktə- ↑ "PİR". 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
- ↑ "ocak". 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
- ↑ 1 2 Пир // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 534.