Piridin - Wikipedia
Piridin -bir azot atomundan ibarət altı həlqəli tsiklik quruluşa malik aromatik birləşmədir. Formulu - C5H5N
Piridin | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | C5H5N |
Molyar kütlə | 79,101q/mol q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 0,9819q/cm3 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | -41,6 °C °S |
Qaynama nöqtəsi | 115,6 °C °S |
Buxarın təzyiqi | 2.133,16 Pa[1] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 110-86-1 |
PubChem | 1049 |
SMILES |
c1ccccc1 C1=CC=CC=C1 |
RTECS | UR8400000 |
ChEBI | 16227 |
ChemSpider | 1020 |
Alınması
redaktəPiridin hələ əlkimyaçılar dövründən məlumdur. 1851- ci ildə Şotland kimyaçısı Tomas Anderson tərəfindən alınmışdır. Piridin almaq üçün əsas xammal daşkömür qatranıdır. Sənayedə piridini 2:1 nisbətində asetilen və hidrogen sianiddən 2HC≡CH + HC≡N→C5H5N. və ya katalizator iştirakı ilə nitrildən sintez edirlər. Katalizatir olaraq kobalt birləşməsi götürülür
Xassələri
redaktəPiridin maye şəklində olub kəskin iyə malikdir, rəngsizdir, suda və digər üzvi həlledicilərdə həll olur. Piridin zəif əsasdır, qüvvətli mineral turşularla duz əmələ gətirir. Həmçinin ikiqat duzlar və kompleks birləşmələr əmələ gətirir.
Piridin alifatik aminlərə nisbətən daha zəif əsasdır. Onun sulu məhlulu lakmusu göy rəngə boyayır.
Piridin üçlü aminlərin xassələrini göstərir: N-oksidlər, N-alkilpiridin duzları əmələ gətirir. Eyni zamanda piridin aromatik xassələrə malikdir.
Tətbiqi
redaktəBoyaq madələri , dərman maddələri istehsalında, analitik kimyada, əksər üzvi və qeyri üzvi madələr üçün həlledici kimi istifadə edilir. Piridin toksik madədir, insanın əsəb sisteminə, dərisinə təsir edir.
Mənbə
redaktə- Пиридин — статья из Большой советской энциклопедии.
- Д. А. Хардин. Пиридин // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
- Berg. L., Harrison J.M., Montgomery C.W., Ind. Eng. Chem., 1945, v.37, 585.
- Waldron J.W., пат. США 2454019, ноябрь 16, 1948.
- Arndt F., Nachtwey P., Ber. deut. chem. Gesell., 1926, 59B, 448.