Piter Zeyeman - Wikipedia
Piter Ziman (25 may 1865[4][5][…] – 9 oktyabr 1943[6][4][…], Amsterdam[2][6][…]) — Oksford, Gettingen, Strasburq, Qlazqo, Brüssel və Paris Univesitetlərinin fəxri doktoru, dünya şöhrətli fizik, Fizika üzrə Nobel mükafatı laureatı.
Piter Zeyeman | |
---|---|
nid. Pieter Zeeman | |
| |
Doğum tarixi | |
Doğum yeri | Hollandiya, Zonnenmayr kəndi |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | Hollandiya, Amsterdam |
Elm sahəsi | fizika |
İş yerləri |
|
Alma-mater | ali |
Təhsili | |
Elmi rəhbəri | Heyke Kamerlinq Onnes |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəPiter Zeyeman 1865-ci ildə Hollandiyanın Zonnenmayr kəndində, din xadimi ailəsində dünyaya gəlmişdir. Gəncliyində latın və yunan dillərini öyrənmiş Ziman elmi tədqiqatlara maraq göstərmiş və 1885-ci ildə Leyden universitetinə daxil olmuşdur. Orada məşhur fiziklər Hayke Kamerlinq-Onnes və Hendrik Lorensin rəhbərliyi altında elmi fəaliyyətlə məşğul olmuşdur. Yüksək səviyyədə elmi təcrübə aparmaq bacarığı ona 1892-ci ildə Harlem Elmi Cəmiyyətinin qızıl medalını qazandırmış və bir il sonra doktorluq elmi dərəcəsi almasına təkan vermişdir.
Fəaliyyəti
redaktəZimanın əsas təcrübə sahəsi maqnetizm və işıq hadisəsinə aid idi. Piter Zimanadək yalnız iki maqnit-optik halı bilinirdi. Bunların biri şotland fiziki Kerr, digəri isə ingilis alimi Maykl Faradey tərəfindən kəşf edilmişdi. Ziman isə işığın özünü deyil, mənbəyini tapmaq üçün bir sıra təcrübələr aparmışdır. Onun əsas məqsədi 1860-cı illərdə Maksvell tərəfindən yaradılan, daha sonra Lorensin inkişaf etdirdiyi elektromaqnit nəzəriyyəsinin araşdırılması idi.
Maksvell nəzəri olaraq işığın elektromaqnit sahələrindən ibarət olduğunu bildirmişdi. Onun nəzəriyyəsi alman fiziki Henrix Hersin araşdırmaları ilə isbat olunmuşdu. Bu nəzəriyyə daha sonra Lorens tərəfindən inkişaf etdirilsə də, təcrübi nəticələr kifayət qədər yaxşı deyildi. Ziman da ilk təcrübələrində uğursuzluğa düçar olmuşdu. Lakin buna baxmayaraq, mətanətini itirməmiş və təcrübələrini davam etdirmişdi.
Həmin dövrdə təcrübələrdə ABŞ fiziki Roulendin hazırladığı həssas cihazdan istifadə edilirdi. O, Lorenslə birgə keçirilən çoxsaylı təcrübələrdən sonra nəhayət elektromaqnit dalğalarının spektrlərə parçalandığını aşkar etmişdidi. Bu hadisə "Ziman effekti" adını almışdır.
Spektrlərin parçalanması, elektrik yüklənməsinin vibrasiya edən hissəciklərlə mütənasibliyini, həmçinin onun mənfi yükləndiyini aşkara çıxarmışdır. Bu nəticələr Lorensin elektron haqqında fikirlərini təsdiqləmiş, həmçinin onun kəşf etdiyi elektronun 1897-ci ildə Tompson tərəfindən qaz vakuum borularında elektrik boşalması nəticəsində kəşf edilən elektronla eyni olduğunu isbat etmişdir. Ziman effekti atomun quruluşunu araşdırmağa kömək edən əsas vasitələrdən biridir. Spektral xəttlərin üç deyil, daha çox hissəyə parçalandığının kəşf ediməsi daha sonralar Kvant nəzəriyyəsinin isbatında çox mühüm rol oynamışdır.
1902-ci ildə Piter Ziman və Hendrik Lorens "maqnetizmin şüalanmaya təsirini aşkara çıxaran tədqiqatların əhəmiyyətinə görə" fizika üzrə Nobel mükafatına layiq görülmüşlər.
Piter Ziman 1908-ci ildə Amsterdam Universitetində Fizika İnstitutunun direktoru vəzifəsinə təyin olunmuş və 1923-cü ildə burada yeni fizika laborotoriyasını yaratmışdır. Ölümündən sonra həmin laborotoriyaya Zimanın adı verilmişdir.
Kəşfləri və mükafatları
redaktəAlimin sonrakı fəaliyyəti işığın şəffaf materiallar üzərində (şüşə və kvars kimi) dəqiq sürətini ölçmək olmuşdur. O, dəyişikliklərin təkcə işığın sürətindən və fərqli mühitdə sınmasından deyil, həm də işığın tezliyindən asılı olduğunu aşkara çıxarmışdır. Zimanın nəticələri o dövrdə Albert Eynşteynin kəşf etdiyi nisbilik nəzəriyyəsilə uzlaşırdı. Fizik həmçinin, elektriklə yüklənmiş atomları çəkilərinə görə fərqləndirmək məqsədilə kombinə edilmiş maqnit-elektrik pozulmalarının metodikasını işləmiş və bir neçə yeni izotoplar (müxtəlif çəkili, lakin nüvəsi eyni olan kimyəvi element) kəşf etmişdir.
Ziman mədəni, yumşaq təbiətli, ətrafındakılarla mülayim davranan insan olmuşdur. O öz istəyi ilə elmi fəaliyyətinə son qoyaraq 1935-ci ildə Amsterdam Universitetini tərk etmişdir.
Piter Ziman Oksford, Gettingen, Strasburq, Qlazqo, Brüssel və Paris Univesitetlərinin fəxri doktoru adını almış, London Kral Cəmiyyətinin Rumford və ABŞ Milli Elmlər Akademiyasının Dreyper medalları, Fransa Elmlər Akademiyasının Vayld mükafatı ilə təltif edilmişdir.
Dünya şöhrətli fizik 1943-cü ildə vəfat etmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 dataset Library TU Delft. 2017.
- ↑ 1 2 3 4 5 6 7 Album Academicum. 2007.
- ↑ 1 2 www.pas.va (ing.).
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Pieter Zeeman. 2009.
- ↑ 1 2 Зееман Питер // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.