Planariler - Wikipedia
Planarılər (lat. Planariidae) — yastı qurdların kirpikli qurdlar sinfinə aid fəsilə.
Planarilər | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Xarici quruluşu və həyat tərzi
redaktəPlanarinin bədəni yastı və uzusov olub, kirpikİərlə örtülüdür. Onun uzunluğu 1, 5-3 sm-dir. Bədənin ön ucunda iki çıxıntı və onun da yanında bir cüt göz yerləşir. Gölməçələrdə və durğun sularda yaşayır. Ona su altında olan cisimlərin üzərində, sualtı ağacların yarpaqları altında və ya gövdələrində rast gəlmək olar.
Hərəkəti
redaktəPlanari epiteli qatının üzərindəki kirpikİərin hərəkəti, əzələlərin yığılıb-açılması vasitəsilə müxtəlif cür hərəkət edir.
İkitərəfli simmetriya. Planarinin bədəni boyunca ortadan bir müstəvi keçirsək, onun hər iki yanı-bədənin sağ və sol tərəfi bir-birinin güzgüdə əksi kimi gorünər. Belə quruluşa ikitərəfli simmetriyalı quruluş deyilir. Yastı qurdların və bunlardan yüksəkdə dayanan heyvanların demək olar ki, əksəriyyətində ikitərəfli simmetriya vardır.
Əzələləri
redaktəPlanarinin bədəni xaricdən kirpikİərlə örtülmüşdür. Dəri birqatlı epitelidən ibarətdir. Epitelinin altında halqavarı və uzununa əzələlər yerləşmişdir. Əzələlər dəri örtüyünə sıx bitişmiş və dəriəzələ kisəsi əmələ gətirmişdir. Bundan əlavə heyvanın bel tərəfindən qarın tərəfinə doğru uzanan topa halında əzələlər də vardır. Əzələ sistemi heyvanın müxtəlif istiqamətli hərəkətlər etməsini təmin edir.
Qidalanması
redaktəPlanari yırtıcı heyvandır. O,kiçik su hey-vanları ilə qidalanır. Ağız bədənin orta hissəsində yerləşir. Ağız udlağa, o isə bağırsağa keçir. Bağırsaq kor qurtarır. Ağız həm qidanın udulmasına, həm də həzm olunmamış bərk qida qalıqlarının xaric olunmasına xidmət edir.
Tənəffüsü
redaktəPlanarinin xüsusi tənəffüs orqanı yoxdur. O, suda həll olmuş oksigeni bütün bədən səthi ilə qəbul edir. Planarinin ifrazat sistemi bədənin yanlarında yerləşən iki ədəd ifrazat borusundan və bunlardan çıxan kapillyarlardan ibarətdir. Kapillyarların sərbəst ucu ulduzvari hüceyrə ilə qurtarır. Bu hüceyrələr bədəndə əmələ gələn lazımsız maddələri toplayıb borucuqlara axıdır, oradan isə onlar xaric edilir. Bu cür ifrazat sistemi protonefridi adlanır. Sinir sistemi. Bir cüt sinir düyünü və onlardan çıxan iki sinir sütunundan ibarətdir. Sinir sütunları arasında köndələn sinir atmaları vardır.
Çoxalması
redaktəPlanari hermafroditdir. Bədənin ön hissəsində oval şəklində iki yumurtalıqda yumurta hüceyrələr, qovuqcuq şəkilli çoxlu saylı toxumluqda isə spermatozoidlər yetişir. Mayalanma baş verir. Yumurtalar xaricə tək-tək deyil, ümumi qabıqla əhatə olunmuş topa halında çıxarılır.
Regenerasiya
redaktəHidrada olduğu kimi, planaridə də regenerasiya qabiliyyəti vardır, başqa sözlə, bədənin itirilmiş hissəsini bərpa etməyə malikdir.
Mənbə
redaktə[1] Arxivləşdirilib 2010-01-26 at the Wayback Machine