Polsa Film Mektebi - Wikipedia
Polşa film məktəbi (pol. Polska Szkoła Filmowa) — 1955-1963-cü illərdə Polşa rejissor və ssenaristlərinin qeyri-rəsmi sosial və bədii birliyi.
Bədii xüsusiyyəti
redaktəPolşa kinematoqrafında yaradıcı prinsiplər və bədii üsullar italyan neorealizminin böyük təsiri altında formalaşmışdır. Bu istiqamətin inkişafında 1950-ci illərin əvvəlində sosialist düşərgəsinin ümumi liberal baxışları əsas təkan rolunu oynamışdır. Milli kinematoqrafın başlıca mövzusu İkinci Dünya müharibəsində, alman işğalı və Varşava üsyanı zamanı Polşanın iştirakının təhlili və Krayova ordusunun keçmiş əsgərlərinin taleyi olmuşdur. Baş verən demokratik dəyişikliklər müvəqqəti olaraq, bu hadisələr haqqında kifayət qədər açıq danışmağa imkan verdi. Sosialist bir dövlətdə siyasi senzura yaradıcı prosesə təsir etdi və bununla da Polşa kinematoqraf məktəbinin, ondan daha açıq ifadə edilən italyan neorealizmindən fərqlənməsinə səbəb oldu. Eyni zamanda, polyak müəlliflər Şərqi Avropada ilk dəfə olaraq, xarakterin milli özünəməxsusluğunu parlaq surətdə qabarda bilmiş və açıq-aşkar sosial realizmin nümunələrinin əleyhinə çıxış etmişdilər. Bununla yanaşı, iki əsas inkişaf təmayülü mövcud idi. Anje Vayda kimi gənc rejissorlar polyak xalqının qəhrəmanlıq nümunələrini müəyyən edirdilər.[1][2] Anje Munkun daxil olduğu ikinci dəstədə isə polyak xarakteri istehza, yumor və milli əsatirlərin ifşası vasitəsilə təhlil edilirdi.[3] Polşa film məktəbinin ən parlaq nümayəndələri sırasında Yeji Kavaleroviç, Voysex Yeji Has, Tadeuş Konviski kimi rejissorların adlarını çəkmək olar.
Kinematoqrafçılar və filmlər
redaktəAnje Vayda
redaktə- "Nəsil" (pol. «Pokolenie», 1955) — Roman Polanskinin iştirakı ilə çəkilmiş film;
- "Kanal" (pol. «Kanał», 1956) — Varşava üsyanının iştirakçıları haqqında trilogiyanın davamı;
- "Kül və almaz" (pol. «Popiół i diament», 1958) — trilogiyanın sonuncu hissəsi.
- "Hər şey satışdadır" (pol. «Wszystko na sprzedaż», 1968) — Polşa kinematoqrafı haqqında film;
- "Mərmər adam" (pol. «Człowiek z marmuru», 1977) — müharibədən sonrakı Polşada bir inşaatçı haqqında film.
- "Dəmir adam" (pol. «Człowiek z żelaza», 1981) — solidarnost və Qdansk tərsanəsindəki tətil haqqında film.
Anje Munk
redaktə- "Relslər üzərindəki adam" (pol. «Człowiek na torze», 1956) — sabotaj ittihamı ilə işdən qovulmuş bir nəfər haqqında;
- "Eroika" (pol. «Eroica», 1958) — faciə və komediya sərhədində tənzimlənmiş iki novella;
- "Çəpgöz xoşbəxtlik" (pol. «Zezowate szczęście», 1960) — təsadüfən islahetmə müəssisəsinə düşmüş uğursuz qəhrəmanın hekayəsi.
Yeji Kavaleroviç
redaktə- "Böyük müharibənin həqiqi sonu" (pol. «Prawdziwy koniec wielkiej wojny», 1957) — müharibə nəticəsində bir-birindən ayrı düşmüş ər-arvadın təkrar görüşü.
- "Qatar" (pol. «Pociąg», "Gecə qatarı" adı ilə də tanınır[4], 1959) — detektiv süjetli psixoloji dram.[5]
- "Mələklərin İoann anası" (pol. «Matka Joanna od Aniołów», 1961) — tarixi-psixoloji dram.[6]
Voysex Yeji Has
redaktəİstinadlar
redaktə- ↑ "Криштоф Метрак, «Всё на продажу» // «Фильм» (9 февраля 1969 года)". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-14.
- ↑ "«Золотая рыбка по имени Вайда» // «Le Monde diplomatique» (28 февраля 2008 года)". 2008-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-14.
- ↑ "«Анджей Мунк известный и неизвестный» // Польское радио (29 сентября 2007 года)". 2015-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-14.
- ↑ "Filmin IMDb səhifəsi". 2022-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-14.
- ↑ "Рецензия на фильм «Загадочный пассажир» на Strictly Film School". 2011-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-14.
- ↑ "Рецензия на фильм «Мать Иоанна от ангелов» на Strictly Film School". 2011-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-14.
Xarici keçidlər
redaktə- Сайт к 50-летию Польской школы кинематографа Arxivləşdirilib 2011-04-30 at the Wayback Machine (ing.)