Polsa Tarixi - Wikipedia
Polşa tarixi (pol. Historia Polski) — e.ə. IV əsrdən başlamış VII əsrə qədər olan dövrdə polyakların etnogenezi, X əsrdə hakimiyyətə gəlmiş knyaz Meşkodan müasir Polşa dövlətinə qədər olan tarix.
Qədim dövr
redaktəPolşanın cənubunda Neandertal insanın yaşayış yerlərinin izləri tapılmışdır. Paleolit dövrü əsasən ölkənin cənubunda, Visla və Odra ərazilərində yayılmışdır. Polşa bu bölgə 100-150 min il əvvəl həll etməyə başladı. Buz dövrünün sonunda Neandertalları buzlaqların geri çəkilməsiylə Baltik sahillərində Neandertal insan Kromanyon ilə əvəz edilmişdir . E.ə. III və II minilliyin birinci yarısı Polşadakı Neolit dövrünün çiçəklənməsi maldarlıq cə əkinçiliyin primitiv formalarının meydana çıxması, cənubda keramika mədəniyyəti daşıyıcılarının yayılması ilə bağlı idi.
Orta əsrlər
redaktə877-ci ildə Kiçik Polşa ərazisi Böyük Moraviya dövləti tərəfindən işğal edildikdən sonra Qnezno şəhəri paytaxt olmaqla Böyük Polşa ərazisi Polşa dövlətinin yaranması üçün əsas mərkəz oldu. Polşa dövlətinin banisi və ilk hökmdarı Pyastovlar nəslindən olan knyaz Stefan I Meşko (960-992) olmuşdur. O, 966-cı ildə qərb adətləri üzrə Xristian dinini qəbul etmişdir. I Meşkodan sonra hakimiyyətə gələn oğlu, Pyastovlar sülaləsindən olan I Cəsur Boleslav (992-1025) xarici siyasətini genişləndirərək bir çox ərazilərə çoxsaylı yürüşlər etmiş Polşanı qüdrətli dövlətə çevirmişdir. Onun dövründə Polşa knyazlığı özünün ən güclü dövrünü yaşayırdı. Polşa və Vistula çayları arasında yaşamış olan İslav qəbilələrinin qurmuş olduğu bir dövlətdir. O zamanki bu İslavlara "yayla insanları" mənasını verən "Polane" deyilirdi. Zamanla bu ad Polşa halına çevrildi.
Pyastovlar sülaləsinin sonuncu kralı, Laketokun oğlu III Kazimir (1333-1370) dövründə XIV əsrin 40-cı illərində Vladimir-Volın, Lutsk, Lvov, Ostriq və sair şəhərlərdə baş verən xalq qiyamları alman mühacirlərinin əksəriyyətinin qırğını ilə nəticələndi. Daxili çəkişmələr nəticəsində zəifləyən Qaliç-Volın knyazlığı XIV əsrin II yarısında öz müstəqilliyini itirdi, onun qərb əraziləri Polşa tərəfindən işğal olundu. Yerdə qalan ərazilər Böyük Litva knyazlığının tərkibinə qatıldı. Həm Polşa, həm də Litva dövlətləri alman torpaqları ilə sıx ticarət əlaqələrinin qurulmasında maraqlı idilər. III Kazimir 1349-cu ildə qərbi-rus şəhərlərində yaşayan alman mənşəli sənətkarların, tacirlərin hüquqlarının daha da genişləndirilməsinə yönələn fərman imzaladı. ABŞ tarixçisi Orest Subtelninin yazdığına görə, XIV əsrin sonlarına Volının, Qalitsiyanın şəhərlərində «almanlara məxsus onlarla sənətkar sexləri, tacir gildiyaları fəaliyyət göstərirdi». XIV-XV əsrlərdə Maqdeburq şəhər hüququnun Polşa və qərbi-rus şəhərlərində qəbul edilməsi bu ərazilərə alman millətindən olan çoxsaylı ticarət adamlarının, sənətkarların köçməsinə səbəb oldu. Qərbi-rus şəhərləri — Syanokda, Lutskda, Koveldə, Vladimir-Volında, Torçində, Striydə, Lvovda və sair şəhərlərdə alman sənətkarlarının, tacirlərinin məhəllələri meydana gəlmişdi. Onlar german və rus torpaqları arasındakı ticarət əlaqələrində vasitəçi rolunu yerinə yetirirdilər.
Polşa tarixinin ən maraqlı səhifələrindən biri Reç Pospolita dövlətidir. Reç Pospolita Polşa Krallığı Taxt-tacı və Böyük Litva Knyazlığı arasında 1569-cu ilin iyul ayında imzalanmış Lüblin uniyasına əsasən yaradılmış federativ dövlət olmuşdur. Əsasən müasir Polşa, Ukrayna, Belarus, Litva, Latviya və qismən Rusiya, Estoniya, Moldova və Slovakiya torpaqlarında yerləşmişdir. Dövlət başçısı funksiyasını seym tərəfindən ömürlük seçilən monarx icra edirdi. Reç Pospolitada mövcud olan spesifik siyasi quruluş şlyaxta demokratiyası adlandırılır. 1575-ci ilə Reç Pospolitada hakimiyyətə Stefan Batori hakiməyyətə gəldi. Onun Rusiya ilə münasibəti yaxşı deyildi. Stefan Batori Livoniya müharibəsinə başladı və müharibə Rusiyanın məğlubiyyəti ilə başa çatdı. Stefan Batorinin ölümündən sonra kral III Sigizmun hakimiyyətə gəldi. Rusiyannın təhlükə törədə biləcəyini nəzərə alan Reç Pospolita feodalları 1609-cu ildə Rus çarlığı ərazisinə ordu yeritdi. Lakin Reç Pospolita kralı III Sigizmundun Moskvanı tutmaq istəyi boşa çıxdı. 1618-ci ildə Rus çarlığı ilə Reç Pospolita arasında Duelino sülh müqaviləsi imzalandı. Smolensk və Çerniqov-Seversk torpaqları Reç Pospolitaya verildi.
Yeni dövr
redaktəPolşa XIV əsrdən XVII əsrə qədər keçən müddət içində Avropada güclü bir dövlət halında idi. "Üç parçalanmadan" ilki 1772-ci il tarixinə qədər olan müxtəlif xanədanlıqlar idarəsində idi. Bu tarixdən etibarən Polşanın çöküş dövrü başladı. 1772-ci il tarixində Prussiya, Rusiya və Avstriya, ölkə torpaqlarını aralarında paylaşdılar. Bunu 1793-cü və 1795-ci illər paylaşmaları izlədi. Polşanın əlində yalnız şərq Prussiya əraziləri qaldı.
Ən yeni dövr
redaktəBirinci dünya müharibəsindən sonra uzun mübarizə və çətinliklərdən sonra 1918-ci ildə Versal sülh müqaviləsi ilə müstəqilliyi təmin edildi. Polşa 1918-ci il 7 noyabrda müstəqil ölkə elan edildi. Polşada hakimiyyətə Polşa Sosialist Partiyasının rəhbəri olan Yozef Pilsudski gəldi. Polşanın qərb sərhədləri Versal müqaviləsi ilə müəyyənləşdirilmişdi. 1919-cu il 28 iyunda Polşa nümayəndələri ona imza atmışdılar. Lakin şərq sərhədlərini müəyyən etməkdə Antanta dövlətləri Polşaya fəaliyyət azadlığı vermişdilər. Hətta 1919-cu ilin dekabr ayında Antantanın Ali Şurası şərqdə Polşanın sərhəd xəttini təsdiq etdi. Bu, şərti olaraq Kerzon xətti adlandırıldı. 1921-ci ilin martında Riqada Sovet-Polşa müqaviləsi imzalandı. Həmin müqaviləyə əsasən Qərbi Belorus və Qərbi Ukrayna əraziləri Polşanın tərkibində qaldı. 1921-ci il 12 martda ölkənin konstitusiyası qəbul olundu. Konstitusiyada respublika quruluşu təsbit edildi. Pilsudkinin səlahiyyət müddəti bitdiyi üçün bütün vəzifələrindən imtina etdi. Lakin ölkədə vəziyyət getdikcə pisləşir, siyasi didişmələr, milli münaqişələr ölkəni idarəolunmaz vəziyyətə salırdı. 1926-cı ildə ölkədə hərbi çevriliş baş verdi. Y.Pilsudki yenidən hakimiyyətə gəldi. O, 1935-ci ilə kimi dövlətin başçısı oldu. Bu illər öz mahiyyətinə görə Polşa tarixinə sanasion (sağlamlaşdırma) dövrü kimi daxil olmuşdur. Polşa xarici siyasətdə antisovet və antialman siyasəti yeridirdi. Bu da, 1939-cu ildə Polşanın SSRİ və Almaniya arasında bölüşdürülməsi ilə nəticələndi.
1939-cu ilin sentyabrında Polşaya Almaniyanın hücumu başlamış, az sonra sovet ordusu müdaxilə etmişdir. İşğal dövründə Polşa mədəniyyətini məhv etmək, Polşa xalqını işğalçı alman və sovet qüvvələrinə tabe etmək üçün Polşa ərazisi nasist Almaniyası və Sovet İttifaqı (SSRİ) arasında bölündü[1].1939-cu ildə sovetlər tərəfindən işğal edilmiş Polşa torpaqları 1941-ci ilin yay-payız mövsümündə Almaniyanın SSRİ-yə müvəffəqiyyətli hücumu zamanı faşist Almaniyası tərəfindən ələ keçirildi. Bir neçə ilik mübarizədən sonra Qızıl Ordu alman işğalçılarını dayandıra və nasist ordusunu SSRİ-dən, Polşadan və Mərkəzi və Şərqi Avropanın yerdə qalan hissəsində qova bildi.[2]. Barbarossdan əvvəl nasist Almaniyası ilə Sovet İttifaqı öz aralarında Polşaya qarşı siyasi münasibətlərini müəyyənləşdirmişdilər. Daha çox diqqəti cəlb edən isə dörd Gestapo-NKVD konfransı idi. Hansı ki işğalçılar Polşa müqavimət hərakatı ilə necə mübarizə edilməsi və gələcəkdə Polşanın necə məhv edilməsi planlarını müzakirə etmişlər[3].Hər iki işğalçı tərəf Polşanın suverinliyinin, Polşa mədəniyyətinin, polyak xalqının mövcudluğu üçün eyni düşmən idi, bunları məhv etməyə çalışmışdı. Demək olar ki 6 milyon nəfər vətəndaş – Polşa əhalisinin 21,4 %-i, 1939-1945-ci illər arasında – Polşanın işğalı nəticəsəndə, həlak olmuşdur[4][5][6]. Həlak olanların yarısını Polşa yəhudiləri təşkil edirdi. Həlak olanların 90 %-dən şoxu qeyri-hərbi itki idi. Belə ki Polşa vətəndaşlarının çox hissəsi almanlar və sovetlər tərəfindən müxtəlif qəsdlərə məruz qalmışdır. Ümumiyyətlə, Polşanın müharibəyə qədərki ərazisinin alman işğalı dövründə – 1939-1945-ci illərdə, almanlar 5 470 000 – 5 670 000 nəfər polşalını, o cümlədən 3 000 000 nəfər yəhudini öldürmüşlər[5][6].
1947-ci ildə edilən seçkilərdə kommunistlər hökuməti qurdular və ölkəni Rusiyanın peyki vəziyyətinə gətirdilər. İkinci dünya müharibəsinin bu çətin günlərindən sonra Polşa, Rusiyaya(Sovet Sosialist Respublikaları İttifaqı) verilən 178.842 km²-lik bölgəyə qarşı 1945-ci ildə Alman torpaqlarından 102.400 km²-lik bir bölgəni götürdü. Oder-Neisse xəttinin şərqində qalan bu bölgə Sileziya, Pomeraniya, Qərb Prussiya və Şərq Prussiya da daxil idi. Polşa idarəsinə kommunistlərin gəlməsiylə, böyük mülkiyyətlər qaldırıldı, sənayelər milliləşdirildi, məktəblərdəki təhsil sistemləri kommunistləşdirildi. İstehsal azaldı. Bütün bunların nəticəsində 1956-cı ildə Poznanda üsyan çıxdı.
1970-ci ildə yeni ağır vergilər və həddindən artıq qiymət yüksəlmələri yeni üsyanlara yol açtı. 1980-ci ildə hadisələr daha şiddətləndi. Lenin limanlarında inkişaf edən "İşçi Tətilləri" sonunda, işçinin yanında olduğunu söyləyən kommunist idarə "21 imtiyazı" vermək məcburiyyətində qaldı. Qdansk adıyla bilinən bu tətillər sonunda, müstəqil işçi peşələri qurma haqqı əldə edildi.
Hadisələrin gedişindən hürkən Rusiyanın təhdidləri ölkədə hərbi vəziyyət elanına səbəb oldu. İşçi qiyamlarını təşkil edən Həmrəylik Peşəsi liderləri həbs olundu. 1982-ci ildə ABŞ-nin təzyiqi nəticəsi hərbi vəziyyət qaldırıldı. 1983-cü ildə yenə Qdanskda Lenin Limanlarında hökumət əleyhdarı göstərilər edildi. 1 mayda Polşa işçiləri, İşçi hökumətindən haqqlarını tələb etmək üzrə "İşçi Bayramını" tətillərlə qeyd etdilər. Əsgəri idarə işçilərə bəzi haqqlar verdi. 1985-ci ildə seçkilərindən sonra hakimiyyətə keçən Voyçex Yaruzelski, Qərblə əlaqələrini inkişaf etdirməyə çalışdı. Artan iqtisadi problemlər 1988-ci ildə böyük bir tətil dalğasına səbəb oldu. 1989-cu ilin iyununda edilən seçkilərdə, o tarixə qədər iqtidarda olan Birləşmiş İşçi Partiyası ağır məğlubiyyətə uğradı. Həmrəylik Peşəsinin təklifi üzərinə Tadeuş Mazovetski başçılığında bir koalisiya hökuməti quruldu. 1990-cı ildəki dövlət başçılığı seçkilərini Lex Valensa qazandı. Lex Valensadan sonra Aleksandr Kvasnevski (1995-2005), Lex Kaçinski (2005-2010), Bronislav Komorovski (2010-2015) Polşa prezidenti olmuşdur.
Ədəbiyyat
redaktə- Великая хроника о Польше, Руси и их соседях XI-XIII вв. / Пер. с лат. В. Л. Панина. Под ред. В. Л. Янина. Сост. Л. М. Попова, Н. И. Щавелева. — М.: Изд-во МГУ, 1987. — 264 с.: ил.
- Галл Аноним. Хроника и деяния князей или правителей польских / Пред., пер. и прим. Л. М. Поповой. — М.: Изд-во АН СССР, 1961. — 172 с. — (Памятники средневековой истории народов Центральной и Восточной Европы).
- Длугош Ян. Грюнвальдская битва. — М.-Л.: Изд-во АН СССР, 1962. — 214 с. — (Литературные памятники).
- Щавелева Н. И. Хроника магистра Винцентия Кадлубека // В кн.: Щавелева Н. И. Польские латиноязычные средневековые источники. — М.: Наука, 1990. — (Древнейшие источники по истории народов СССР). — С. 76-140.
- Щавелева Н. И. Древняя Русь в Польской истории Яна Длугоша (книги I - VI). Текст, перевод, комментарий. — М.: Памятники исторической мысли, 2004. — 496 с.: ил. — (Древнейшие источники по истории Восточной Европы). — ISBN 5-88451-135-3.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Polşanın Xarici İşlər Nazirliyi (2014). Polşanın Almanlar Tərəfindən İşğalı. Vaşinqton: Dale Street Books. pp. 10–28. ISBN 9781941656105.
- ↑ Judit Olsak-Qlass (Yanvar 1999). "Review of Piotrowski's Poland's Holocaust" Arxivləşdirilib 2008-03-05 at the Wayback Machine. Sarmatian Review.
Hitler, gettolar, həbsə girmə, tranzit, əmək və məhv düşərgələri, toplanması, kütləvi deportasiya etmə, xalqın edamı, ölüm cəzası, ölüm gedişi, məhrumluq, aclıq, xəstəlik və məruz qalma, həm 'Hitler və Stalinin insanlıq xarici siyasətinə' şahidlik edir Və 'həm Yəhudiləri, həm də Xristianları Polşa vətəndaşlarının tamamilə məhv edilməsini açıqca məqsəd qoydu. Hər iki rejim də sistematik bir soyqırım proqramı təsdiqlədi.
- ↑ "Səhv zehinləri bu toplantısının bir nəticəsi olaraq milyonlarla günahsız Musəvi, Slavyan və digər Avropa insanlarının uğradığı terminal qorxu, Qərb sivilizasiyasının tarixi və bütövlüyü üzərində insani mülahizə ilə birlikdə silinməz bir ləkə təşkil edir" (Note: "bu görüşmə" ən məşhur üçüncüyə aiddir (Zakopane) konferans). Kovqvest, Robert (1991). "Stalin: Dövlətlərin Qırıcısı". Nyu York, : Vikinq. ISBN 0-670-84089-0
- ↑ Tadeusz Piotrowski. Poland's Holocaust: Ethnic Strife, Collaboration with Occupying Forces and Genocide... McFarland & Company. 1997. səh. 295. ISBN 0-7864-0371-3. See also review Arxivləşdirilib 2016-06-29 at the Wayback Machine
- ↑ 1 2 AFP/Expatica, Polish experts lower nation's WWII death toll Arxivləşdirilib 2012-04-06 at the Wayback Machine, expatica.com, 30 August 2009
- ↑ 1 2 Polska 1939–1945. Straty osobowe i ofiary represji pod dwiema okupacjami, ed. Tomasz Szarota and Wojciech Materski, Warszawa, IPN 2009, ISBN 978-83-7629-067-6 (Introduction reproduced here Arxivləşdirilib 2012-03-23 at the Wayback Machine)