Prezident Heyder Eliyev Tanker - Wikipedia
Prezident Heydər Əliyev — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi QSC-ə (ASCO) aid olan gəmilərdən biri. Gəmi Heydər Əliyevin adını daşıyır.
Prezident Heydər Əliyev | |
---|---|
Ölkə | Azərbaycan |
Mənşə ölkə | |
Təşkilat | Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Nəqliyyat Donanması[1] |
Sahibi | Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi[2] |
Növü | tanker |
Uzunluğu | 149,9 m |
Eni | 17,3 m |
Kütləsi | 13800 t |
|
Texniki göstəriciləri
redaktəGəmis Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin nəqliyyat donanmasına məxsus ən nəhəng tankerlərdən biridir. Uzunluğu 149,9 metr, eni 17,3 metr olan tankerin tam yükgötürmə qabiliyyəti 13,8 min tondur. Gəmi maye yüklərin daşınmasında istismar edilir.[3]
Poçt markası üzərində
redaktə2008-ci ilin iyul ayının 21-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 150 illiyinə həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 20 qəpik, tirajı isə 20070 ədəd olan həmin markalardan biri "Prezident Heydər Əliyev" gəmisinə həsr olunmuşdur[4][5].
Təmirdən sonra
redaktəPrezident Heydər Əliyev gəmisi "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və istismara qaytarılıb.
Gəmidə təmir zamanı tankerin sualtı və suüstü hissələri, göyərtəsi təmizlənərək rənglənib. Yük anbarlarında və ballast çənlərində gövdə-qaynaq işləri görülüb. Boru işləri yerinə yetirilib. Eyni zamanda köməkçi mühərriklər, boru sistemləri, mexanizmləri təmir olunub, yeni nasoslar quraşdırılıb.[6] Gəmi üzrə elektrik-quraşdırma və avtomatika, eləcə də gövdə-qaynaq işləri yerinə yetirilib.[7]
Bununla yanaşı, "Prezident Heydər Əliyev" gəmisinin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.[7]
İstinadlar
redaktə- ↑ ""Prezident Heydər Əliyev" tankerinin əsaslı təmiri başa çatıb" (az.). https://ikisahil.az. Archived from the original on 2023-02-14. İstifadə tarixi: 14 fev 2023.
- ↑ https://ikisahil.az/post/169092-prezident-heyder-eliyev-tankerinin-esasli-temiri-basha-chatib.
- ↑ ""Prezident Heydər Əliyev" tankeri". /www.gununsesi.info. 14 fevral 2018. Archived from the original on 2022-10-19.
- ↑ 150th Anniversary of the Caspian Shipping Company — "H. Aliyev". wnsstamps.ch Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine (ing.)
- ↑ 21.07.2008. Kaspian Şippinq kompaniyasının 150 illiyinə həsr olunmuş marka. azermarka.az Arxivləşdirilib 2018-01-17 at the Wayback Machine (az.)
- ↑ ""Prezident Heydər Əliyev" tankeri istismara qaytarılıb" (az.). https://report.az. Archived from the original on 2023-02-14.
- ↑ 1 2 ""Prezident Heydər Əliyev" tankerinin əsaslı təmiri yekunlaşıb" (az.). https://az.trend.az. Archived from the original on 2023-02-14.
Xarici keçidlər
redaktə- ""Prezident Heydər Əliyev" tankeri istismara qaytarılıb" (az.). https://report.az. 14.02.2023 tarixində arxivləşdirilib.
- ""Prezident Heydər Əliyev" tankerinin əsaslı təmiri yekunlaşıb" (az.). https://az.trend.az. 14.02.2023 tarixində arxivləşdirilib.
- "Tankerlər" (az.). https://www.asco.az. 14.02.2023 tarixində arxivləşdirilib.