Prezident Milli Kitabxanasi Turkiye - Wikipedia
Prezident Milli Kitabxanası (Cumhurbaşkanlığı Millet Kütüphanesi)[1] — Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən kitabxana. Kitabxana 134 müxtəlif dildə 4 milyondan çox kitab və 120 milyon elektron nəşr kolleksiyası ilə ölkənin ən böyük kitabxanası sayılır.[2]
Prezident Milli Kitabxanası | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | 20 fevral 2020 |
Sayt | mk.gov.tr |
Vikianbarda əlaqəli mediafayllar |
Kitabxananın quraşdırma işlərinə 2016-cı ildə başlananmışdır. 21 fevral 2020-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğan dünyanın ən böyük kolleksiyasına malik olan Prezident Kitabxanasının rəsmi açılışını etdi.[3]
Prezident kitabxanası ölkədə çap olunan materialların bir nüsxəsini qəbul etməklə yanaşı, depozitar kitabxana kimi Türkiyənin diplomatik missiyasının olduğu hər bir ölkədən Xarici İşlər Nazirliyi ilə birgə kitablar qəbul edir.[4]
Burada bir çox digər əlyazmalar və nadir kitablar arasında türk alimi Mahmud Kaşğari[5] tərəfindən 1072-74-cü illərdə tərtib edilmiş türk dillərinin ilk dolğun lüğəti olan Divanü Lüğat-it-Türk yerləşir.[6]
Tarixi
redaktəKitabxana layihəsi 2016-cı ildə Türkiyə ziyalılarının, kitabxanaçıların və QHT-ların səyləri ilə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb və 2020-ci ilin fevralında açılışı olub.[7]
Prezident Kitabxanası Türkiyə Cümhuriyyəti tarixində ən böyük vahid kitabxana sərmayəsidir.[8] O, həm də Türkiyəyə inteqrasiya olunmuş kitab konveyer sistemindən istifadə edən ilk kitabxanadır.[8]
Məşhur xeyriyyəçilər
redaktəŞəxsi kolleksiyalarından kitabxanaya hədiyyə edən şəxslərə aşağıdakılar daxildir:[7]
- Prezident Ərdoğan[9]
- Özbəkistan, Hindistan, Çili, Çin, Fransa və Belarus səfirləri
- Tarixçi İlbər Ortaylı[10]
- Ədəbiyyatşünas və tarixçi Əbdülbaqi Gölpınarlı
- Ud ustası və bəstəkar Cinucen Tanrıkorur
- Yazıçı Şefik Can
- Keçmiş nazir Həsən Cəlal Gözəl
- Yazar və jurnalist Mehmed Şevket Eygi və s.
Bundan əlavə, Fransa Prezidenti Emmanuel Makron Prezident Kitabxanası ilə ölkəsinin milli kitabxanası arasında ədəbiyyat sahəsində əməkdaşlıq təklif etmək üçün xüsusi elçi nümayəndə göndərmişdi.[7]
Şöbələri
redaktəPrezident Kompleksinin daxilində yerləşən kitabxana 125 000 kv.m. və eyni vaxtda 5 000-ə qədər oxucu qəbul edə bilər.[11] Kitabxana binası ağ və yaşıl mərmərlə bəzədilib, ənənəvi Səlcuqlu, Osmanlı və müasir motivlərdən istifadə olunub.[12]
Kitabxana daxilində 4 milyondan çox kitab və çap materialı, Osmanlı arxivindən 45 milyon sənəd, Türkiyə Əlyazmalar Qurumuna tabe olan 300 min əlyazma var.[13] Bura Milli akademik şəbəkə və İnformasiya mərkəzinə və Prezidentliyə məxsus 46 məlumat bazasından 550 min elektron kitab, 6,5 milyon elektron tezis, 120 milyon məqalə və 60 min elektron jurnal daxildir.
Bu informasiya resurslarının oxuculara təqdimat xidmətləri müasir kitabxanaçılıq anlayışı ilə təmin edilir. Prezident Milli Kitabxanası Türkiyənin ən böyük kitabxanasıdır və öz kolleksiyaları və xidmətlərinə görə dünyanın qabaqcıl kitabxanaları arasında yer alıb.
Prezident Kitabxanasında əlil arabası istifadəçiləri üçün xüsusi yerlər nəzərdə tutulmuşdur və ölkənin aparıcı telekommunikasiya şirkətləri Turkcell və Türk Telekom görmə və eşitmə məhdudiyyətli istifadəçiləri üçün texnologiya otaqları hazırlanmışdır.[14]
Cihannüma zalı
redaktə16 Böyük Türk İmperatorluğunu təmsil edən 16 sütunla bəzədilmiş Cihannüma zalı 3500 kv.m. sahədə 200.000 kitab kolleksiyasına malikdir və eyni vaxtda 224 oxucu üçün nəzərdə tutulmuşdur.[14] Cihannüma zalının günbəzinin hündürlüyü 32 m., eni isə 27 m.[8]
Zalın günbəzində “Ələk” surəsinin 4-cü və 5-ci ayələrinin türkcə tərcüməsi var: “O, qələmlə yazmağı öyrədəndir. İnsanlara bilmədiklərini öyrədir”.[7]
Türkiyənin diplomatik missiyası olduğu ölkələrin mədəniyyəti və tarixi ilə bağlı Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində gətirilən kitablar Cihannuma zalında sərgilənir.[14]
Kolleksiyaları və eksponatları
redaktəNadir əsərlər kitabxanası
redaktəNadir əsərlər kitabxanası 1699 m² sahədə 226 nəfərlik yer tutumuna malikdir. Kitabxana 2 mərtəbəlidir və 8 qrup iş otağı var. Qapalı rəf sistemi ilə oxuculara xidmət göstərən kitabxanada 50 000-ə yaxın nadir əsərdən ibarət kolleksiya və bu əsərlərin rəqəmsal formaları mövcuddur. Bu işlərin rəqəmsallaşdırılması davam edir və artıq tamamlanan işlərə kitabxanadakı oxucu kompüterlərindən daxil olmaq mümkündür.
Nadir Kitablar kitabxanasında əlyazmalar, Osmanlı türkcəsi çap əsərləri, şəkil və qravüralardan ibarət əsərlər, çapdan çıxmış və məhdud sayda nəşr edilmiş əsərlər, 1900-cü ildən əvvəl qərb dillərində çap olunmuş əsərlər var. Dövlət Arxivləri Başkanlığı tərəfindən rəqəmsallaşdırılan 45 milyon sənədə və Türkiyə Əlyazmalar Təşkilatı tərəfindən rəqəmsallaşdırılan əlyazmaların məzmununa Nadir Əsərlər Kitabxanasından daxil olmaq mümkündür.
Nadir əsərlər kitabxanasında Abdülbaki Gölpınarlının əlyazmaları və Mehmet Şövkətin kolleksiyaları da daxildir.[8]
Elmi kitabxana
redaktəElmi kitabxanada 20 minə yaxın kitab və qrup dərsləri üçün 20 otaq var.[8]
Nəsrəddin Hoca Uşaq Kitabxanası
redaktəMəşhur Səlcuqlu satirik Nəsrəddin Hocanın adını daşıyan Nəsrəddin Hoca Uşaq Kitabxanası 25 min kitab kolleksiyası və multimedia bölməsi ilə 5-10 yaş arası oxucuların istifadəsinə verilir.[8] Uşaq Kitabxanası ənənəvi türk sənədləri ilə bağlı fəaliyyət göstərir.[14]
Gənclər Kitabxanası
redaktə10 və 15 yaş arası oxucuların istifadəsinə verilən Gənclər Kitabxanası 12 min kitab kolleksiyasına malikdir və fərdi və qrup iş otaqlarından ibarətdir.[8]
Multimedia Kitabxanası
redaktəMultimedia kitabxanası sensor ekranlarla təchiz edilmiş və TRT arxivlərinə və 10.000-ə yaxın audiovizual materiala çıxışı təmin edən 4 rəqəmsal kabinet üçün 12 ayrı kabinetdən ibarətdir.[8]
Dövri nəşrlər zalı
redaktəDövri nəşrlər zalı 1550 jurnal və qəzet kolleksiyasına malikdir və tam səhifəli sensor ekranlarda 60 dildə 120 ölkədən 7000 gündəlik qəzet və jurnaldan ibarət 90 günlük arxivə çıxış, habelə kataloq axtarışı təklif edir.[8]
Oxu zalları
redaktəOxu zalları 300.000 kitab kolleksiyası, 32 qrup iş otağı və 8 istirahət otağı var.[8]
Konfrans zalı
redaktə4 sinxron tərcümə kabineti olan Konfrans zalı beynəlxalq konfrans və görüşlərə ev sahibliyi etmək üçün nəzərdə tutulub.[8]
Onlayn, elektron və rəqəmsal resurslar
redaktəPrezident Kitabxanası aşağıdakıları təqdim edir:[8]
- Dövlət Arxivindən 45 milyon sənəd
- Türkiyə Əlyazmalar Qurumundan 300 min əlyazma[15]
- Türk Akademik Şəbəkə və İnformasiya Mərkəzi və Rəyasət Heyətinin abunə olduğu 46 məlumat bazasından 550 min elektron kitab, 6,5 milyon e-dissertasiya, 120 milyon məqalə, 60 min elektron jurnal.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2023-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-30.
- ↑ "Arxivlənmiş surət". 2020-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-30.
- ↑ "Erdoğan opens Turkey's largest library under presidential complex - Türkiye News". Hürriyet Daily News (ingilis). 2023-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-11.
- ↑ "Arxivlənmiş surət". 2020-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-31.
- ↑ Kemal H. Karpat, Studies on Turkish Politics and Society:Selected Articles and Essays, (Brill, 2004), 441.
- ↑ "Arxivlənmiş surət". 2023-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-31.
- ↑ 1 2 3 4 "Türkiye'nin en büyük kütüphanesi perşembe günü açılacak". TRT Haber. May 31, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 19, 2020.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 "Cumhurbaşkanlığı Millet Kütüphanesi aziz milletimize, şehrimize, ülkemize ve tüm dünyaya hayırlı olsun. #MilletKütüphanesi". T.C. Cumhurbaşkanlığı. May 31, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 20, 2020.
- ↑ "Başkan Erdoğan'dan Cumhurbaşkanlığı Kütüphanesi'ne özel bağış". Yeni Asır. January 12, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 20, 2020.
- ↑ "İlber Ortaylı kütüphanesini Cumhurbaşkanlığı Külliyesi'ne bağışladı". NTV. October 3, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 21, 2020.
- ↑ "Arxivlənmiş surət". 2023-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-30.
- ↑ "Arxivlənmiş surət". 2020-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-31.
- ↑ https://web.archive.org/web/20160828035908/https://www.dailysabah.com/history/2015/12/18/ancient-manuscripts-digitalized-in-turkey-for-wider-access
- ↑ 1 2 3 4 "Turkey's largest library to be disabled-friendly". Anadolu Agency. February 22, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 19, 2020.
- ↑ "Ancient manuscripts digitalized in Turkey for wider access". Daily Sabah. August 28, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 20, 2020.
Xarici keçidlər
redaktə- The Nation’s Library, Presidency of the Republic of Türkiye