Prokofi Caparidzenin Heykeli Baki - Wikipedia
Prokofi Caparidzenin heykəli — 26 Bakı Komissarlarından biri olmuş Prokofi Caparidzenin şərəfinə Bakıda yerləşmiş abidə. Abidə Azadlıq və Vaqif prospektlərinin kəsişməsində yerləşirdi. Heykəltaraş Ömər Eldarov[1], Memar isə Rasim Əliyev[2] olmuşdur. Abidə 1980-ci ildə ucaldılmışdır[2]. Bu heykələ görə Ömər Eldarova 1982-ci ildə Azərbaycan SSR-in dövlət mükafatı verilmişdir[1]. 27 - 28 aprel 2009-cu il tarixlərində Prokofi Caparidzenin heykəli demontaj olundu. Həmin ərəfələrdə Məşədi Əzizbəyovun heykəli də demontaj olundu.[3] 2012-ci ildə heykəlin yerində Koroğlu heykəli ucaldıldı. Heykəlin müəllifi Məşədi Əzizbəyovun heykəlinin müəllifi Tokay Məmmədov olmuşdur[4].
Prokofi Caparidzenin heykəli | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Bakı |
Heykəltaraş | Ömər Eldarov |
Memar | Rasim Əliyev |
Tikilib | 1980 |
Material | Bürünc, Qranit |
İstinadlar
redaktə- ↑ 1 2 Eldarov Ömər Həsən oğlu. . 2-ci. M.: Təsviri incəsənət. 1985. 564.
- ↑ 1 2 Voronov Nikita Vasilyeviç. Sovet monumental heykəltaraşlığı, 1960-1980. M.: İncəsənət. 1984. 210.
189.
Eldarov Ö., memar. Əliyev R.
A.Caparidze heykəli. Bürünc, qranit. 1980. Bakı. - ↑ "Əzizbəyov və Caparidzenin heykəlləri əvvəlki yerinə qaytarılmayacaq". 2016-04-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-10.
- ↑ "В Баку установлен памятник Кероглу". 2014-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-10.