Psixoaktiv Maddelerin Rekreativ Istifadesi - Wikipedia
Psixoaktiv maddələrin rekreativ istifadəsi (ing. Recreational drug use) — psixoloji aktiv maddələrin zövq və ya digər məqsədlər üçün tibbi göstəricilərlə əlaqəli olmayan dövri və ya epizodik istifadəsi.[1] Bu istifadə çox vaxt fərdin ictimai fəaliyyəti ilə əlaqələndirilir, tipik nümunələr şənliklər, klublar və barlarda istifadədir. Preparatların istifadəsi, qanuni və qeyri-qanuni olmaqla iki yerə bölünür. Eyni zamanda, rekreativ preparat və ya rekreativ psixoaktiv maddə termini ilə də vurğulanır. Vaxtaşırı və ya bəzən zövq, məmnunluq hissi, o cümlədən sosial münasibətlər və qrup rekreasiyası üçün istifadə olunan bir dərman və ya maddədir.[2][3][4][5]
Bir çox psixoaktiv maddələrin tez-tez istifadəsi bu maddələrdən asılılığı və müxtəlif sağlamlıq problemlərinə səbəb olur.
Rekreativ preparatlara — pivə, şərab və likörlər də daxil olmaqla bütün spirtli içkilər, marixuana və qaşiş; nikotin, qəhvə, çay və sərinləşdirici içkilər də daxil olmaqla bütün kofein məhsulları və resept ilə əlaqəli olmayan dərmanlar aiddir. 2015-ci ildə aparılan araşdırmalar nəticəsində, 15–65 yaş arası insanların təxminən 5% -nin ən azı bir dəfə qanunsuz narkotik istifadə etdiyi hesablanmışdır.[6]
İstifadə
redaktəBir çox tədqiqatçı narkotikin rekreativ istifadəsinin etiologiyasını araşdırmışdır. Genetik, şəxsiyyət növü, psixoloji problemlər, özünü müalicə, cinsiyyət, yaş, ani hiss, insanın təməl ehtiyacları, maraq, ailə və sevgi problemləri, məktəbdə və ya işdə uğursuzluqlar, sosial-iqtisadi streslər, həmyaşıdların təzyiqi, yetkinlik yaşına çatmayanların cinayətkarlığı, tarixi amillər və ya sosial-mədəni təsirlər ən geniş müşahidə olunan nəzəriyyələrdir.
Lakin, müşahidədə ortaq bir nəzəriyyəyə gəlinmədi. Bunun əvəzinə mütəxəssislər biopsikososial model tətbiq etməyə meyil etmişdir. Genetika, psixi sağlamlıq və ya travmatik təcrübələrdən asılı olmayaraq, müəyyən dərman növlərinin və narkotik maddələrin istifadəsində sosial amillər böyük rol oynayır.
Zərərlər
redaktəBir çox psixoaktiv maddənin istifadəsinin sağlamlığa zərərlə əlaqəli olduğu göz qabağındadır. Psixoaktiv maddələrin rekreativ istifadəsinin zərərini, o cümlədən natamam öyrənilməmiş təsiri olan yeni maddələrin istifadəsini təsdiqləyən çoxsaylı tədqiqatlar mövcuddur. Bu maddələrin çox fərqli nəticələri ola bilər. Onların bir çoxunun istifadəsi ağır fiziki və zehni asılılığa, həmçinin müxtəlif fizioloji pozğunluqlara və xəstəliklərə səbəb ola bilər. Məsələn, uzun müddətli alkoqol istehlakı qaraciyər serozuna və ürək-damar sistemi xəstəliklərinə səbəb ola bilər, tütün çəkmə bəd-xassəli şişlərin meydana gəlməsinə kömək edir, ürək infarktı riskini artırır, opiat, barbituratlar, amfetaminlərin istifadəsi tez-tez psixoza, qaraciyər və böyrək funksiyalarına və digər problemlərə yol açır. Psixoaktiv maddələrin istifadəsindəki müəyyən bir təhlükə dozanın həddindən artıq aşılması ilə baş verir.
Sağlamlığa birbaşa zərərlə yanaşı, rekreativ dərmanların istifadəsi ilə HİV infeksiyası kimi müxtəlif infeksiyaların yayılması arasında əlaqə var.
Statistik göstəricilər
redaktəCəmiyyət
redaktəQeyd olunur ki, psixoaktiv maddələrin rekreativ istifadəsi çox vaxt cəmiyyətlə əlaqələndirilir. İstifadələr şənliklərdə, gəzintilərdə, tətildə, klublarda və ya digər rekreasiya məkanlarında baş verə bilər. Tezlik həftəlik istifadədən, aylıq, nadir, epizodik istifadəyə qədər dəyişə bilər. Bu maddələrin istifadəsinin yayılması olduqca yüksəkdir: məsələn, ABŞ-da əhalinin təxminən 9%-inin marixuananı sınamış olduğu hesablanmışdır. Rusiyada psixoaktiv maddələrin, xüsusən də spirtin rekreativ istifadəsi ilə bağlı problemlər uzun müddətdir davam edir. Dərman istifadəsi üçün yaş həddi azalır və fərqli dərmanların istifadəsinin nəticələri barədə məlumatlılıq səviyyəsi aşağıdır. Xüsusi bir narkotik mədəniyyəti belə mövcuddur.
Azərbaycanda istifadə
redaktəAzərbaycan Respublikası Qanunvericiliyinə əsasən ölkədə narkotik və psixotrop maddələrin istifadəsi və əkilməsi qeyri-qanunidir və həbs ilə nəticələnə bilər. Bununla yanaşı, narkotik maddələrin tanıdılması, təşviq edilməsi də qeyri-leqaldır, həbs və ya maddi cəza ilə müşahidə olunur.
Qalereya
redaktə-
Niderlandda marixuana satışı
-
Həb formalı MDMA
-
Rus vodkası
İstinadlar
redaktə- ↑ J. Ayd, Frank. Lexicon of psychiatry, neurology, and the neurosciences (2nd). Amerika Birləşmiş Ştatları: Lippincott Williams & Wilkins. 2000. səh. 96. ISBN 0781724686. 16 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 may 2020.
- ↑ The American Heritage. — Houghton Mifflin Company, 2007.
- ↑ Mosby's Medical Dictionary, 8th edition. — Elsiever, 2009.
- ↑ McGraw-Hill Concise Dictionary of Modern Medicine.. — The McGraw-Hill Companies, Inc., 2002.
- ↑ Collins Cobuild Advanced Learner’s English Dictionary. New Digital Edition. — HarperCollins Publishers, 2008.
- ↑ Nations, United. Global Overview of Drug Demand and Supply (PDF). Amerika Birləşmiş Ştatları: World Drug Report 2017. 2017. səh. 13. ISBN 978-92-1-148291-1. 11 November 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 may 2020.