Pskov - Wikipedia
Pskov (rus. Псков) — Rusiya Federasiyasının şimal-qərbində şəhər.
Pskov | |
---|---|
Псков | |
57°49′ şm. e. 28°20′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 903 |
İlk məlumat | 903 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 45 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 8112 |
Poçt indeksi | 180000–180999 |
Digər | |
pskovgorod.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəPskov şəhəri mühüm sənaye mərkəzidir. Maşınqayırma (elektrik avadanlığı, radio detalları, süni və sintetik lif istehsalı üçün maşınlar və s.), yüngül (xüsusilə kətan emalı) sənaye inkişaf etmişdir. Pskovun mərkəzi hissəsində Kreml (Troitsa kilsəsi ilə) yerləşir. Miroj (təqribən 1156), İvan (1243), Snetoqor (1310) ən qədim tikililərindəndir. 1941-1944-cü illərdə şəhər demək olar ki, tamamilə dağıdılmış, müharibədən sonra bərpa, yenidənqurma işləri aparılmış, yaşayış evləri və ictimai binalar tikilmişdir[2].
Tarixi
redaktəPskov şəhərinin salnamələrdə ilk dəfə adı 903-cü ildə çəkilib. 1348-1510-cu illərdə müstəqil Pskov respublikasının paytaxtı olub. 1510-cu ildə Böyük Moskva knyazlığına birləşdirilmişdir. Livoniya ordeninə və Böyük Litva knyazlığına qarşı fəal mübarizə aparmışdır. Sinfi zidiyyətlərin kəskinləşməsi nəticəsində 1608-1611 və 1650-ci illərdə Pskovda üsyanlar baş vermişdi. XIII-XVI əsrlərdə böyük ticarət, iqtisadiyyat və mədəniyyət mərkəzi olan Pskov XVII-XVIII əsrlərdə öz əhəmiyyətini itirdi.
Pskov üsyanı (1650)
redaktə1650-ci ildə Rusiyada baş vermiş bu üsyan antifodal səciyyəsi daşmışdır. 1949-1950-ci illərdəki qıtlıqla əlaqədar taxılın qiymətinin artması və möhtəkirlik üsyana bəhanə olmuşdur. Lakin üsyan məğlub olmuş, üsyan rəhbərləri sürgün olunmuşdur.
Pskov XX əsrdə
redaktə1900-cü il fevralın 26-dan mayın 9-dək V.İ. Lenin Pskovda yaşamışdır. 1912-ci ildə Pskovda tramvay yolu açımışdır. Böyük Vətən Müharibəsinin başlanmasından 3 il sonra şəhər Almaniya tərəfindən işğal olunmuş, 3,5 min dinc sakin həlak olmuşdur. 1944-cü il, iyulun 23-də şəhər azad olunmuşdur.
Əhali
redaktə2016-cı ilin siyahıyaalmasına görə Pskov şəhərinin əhalisi — 208 145 nəfərdir. Əhalinin sıxlığı isə hər 1 kvadrat kilometrə 2177 nəfərdir. Pskov vilayətinin 2 ən böyük şəhərindən birincisidir (İkincisi Velikiye Lüki şəhəridir).
Əhali dinamikası (illər üzrə)
redaktə- 1825 — 8685 nəfər
- 1840 — 10 269 nəfər
- 1870 — 18 831 nəfər
- 1910 — 32 856 nəfər
- 1920 — 29 004 nəfər
- 1944 — 143 nəfər
- 1959 — 81 270 nəfər
- 1970 — 127 000 nəfər
- 1985 — 194 000 nəfər
- 1990 — 205 000 nəfər
- 1995 — 207 000 nəfər
- 2000 — 201 500 nəfər
- 2010 — 203 279 nəfər
- 2013 — 206 154 nəfər
- 2016 — 208 145 nəfər
Əhalinin tərkibi (2010-cu il)
redaktə- Ruslar — 87, 36 % (177580 nəfər)
- Ukraynalılar — 1,45 % (2952 nəfər)
- Belaruslar — 0,87 % (1761 nəfər)
- Ermənilər — 0,47 % (950 nəfər)
- Qaraçılar — 0,23 % (477 nəfər)
- Tatarlar — 0,20% (402 nəfər)
- Azərbaycanlılar — 0,19% (379 nəfər)
- Özbəklər — 0,08% (157 nəfər)
- Yəhudilər — 0,08% (157 nəfər)
- Çuvaşlar — 0,06% (131 nəfər)
- Almanlar — 0,06% (121 nəfər)
- Moldavanlar — 0,06% (120 nəfər)
- Latışlar — 0,05% (110 nəfər)
- Polyaklar — 0,05% (99 nəfər)
Pskov şəhərindən digər şəhərlərə qədər məsafə
redaktə- Pskov — Vilnüs ~ 430 km
- Pskov — Pyarnu ~ 347 km
- Pskov — Tallin ~ 345 km
- Pskov — Vıru ~ 97 km
- Pskov — Dauqavpils ~ 264 km
- Pskov — Riqa ~ 283 km
- Pskov — Kalininqrad ~ 553 km
- Pskov — Moskva ~ 743 km
- Pskov — Sankt-Peterburq ~ 278 km
- Pskov — Tver ~ 578 km
- Pskov — Kiyev ~ 945 km
Qardaşlaşmış şəhərlər
redaktəMədəniyyət
redaktəMuzeylər
redaktəPskov dövlət tarix-memarlıq və rəssamlıq muzeyinə daxildir:
- Rəsm qalereyası
- Miroj monastırı
- Poqankin otağı
- Muzeyin mərkəzi binası
- Fərmanlar otağı
- V.İ.Leninin kirayə yaşadığı ev-muzeyi
- "Qığılcım" ("Искра") ev muzeyi
- Yuri Sneqalskinin kirayə-muzeyi
Pskov kinemotoqrafiyada
redaktə- Aleksandr Nevski (film, 1938). Rejissor — Sergey Eyzenşteyn
- İki kapitan (film, 1955). Rejissor — Vladimir Vengerov
- Amerikalı (film, 1998). Rejissor — Dmitri Mesxiev
Pskov musiqidə
redaktə- Nikolay Rimski-Korsakov. "Pskov qulluqçusu" operası. 1827.
- Sergey Prokofyev. "Aleksandr Nevski" filminə mahnı. 1938.
Teatr
redaktə- A.S. Puşkin adına Pskov akademik dram teatrı
- Pskov kukla teatrı
- Pskov filarmoniyası
- Pskov filarmoniyasının simfonik orkestrı
Kinoteatr
redaktə- "Qələbə" kinoteatrı
- "Oktyabr" kinoteatrı
- "Miraj Sinema" kinoteatrı
Qalereya
redaktə-
Pskov Velikiy çayının sahilində yerləşir.
-
Aleksandr Nevski kilsəsi
-
Pskovda veçe. Viktor Vasnetsovun şəkili
İstinadlar
redaktə- ↑ https://pskovstat.gks.ru/storage/mediabank/NAS230403_1.htm.
- ↑ Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VIII ҹилд: Прадо—Спринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. 606 с.