Pusqu - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Pusqu — Bir yerdə gizlənib adamı vəya ovu pusma, güdmə, gözləmə deməkdir. Adamı və ya ovu güdmək, gözləmək, pusmaq üçün gizlənilən yer, marıq yeri, pusquyeri adlanır.
Hərbi pusqu
redaktəDüşməni və ya terror qruplaşmasının canlı qüvvəsini, texnikasının ələ keçirmək və ya məhv etmək üçün göstərilən fəlaliyyətdir. Pusqu düzlüşləri Xətt üzrə, L, Z, T, V hərfləri şəklində qurulur.
Pusqunun məqsədi
- Terroristlərin, düşmənin, cinayətkarların pusquya düşən qüvvələrini məhv etmək yada ələ keçirmək.
- Cinayətkarların yaxşı silahlanmış qüvvələrini, silah və sursatı az olan kiçik qüvvələrlə məhv etmək.
- Terrorist qrupların sərbəst hərəkətlərini çətinləşdirmək.
- Cinayətkarların silah, sursat və yemək yollarını kəsərək onları möhtac qoymaq.
- Cinayətkarların əsas adamlarını yada liderlərini məhv etmək və ya ələ keçirmək.
Pusqunun növləri
redaktəYerlərinə görə pusqular:
- Nöqtə pusqusu
- Bölgə pusqusu
Hədəfə olan məsafələrə görə pusqular:
- Yaxın pusqu
- Uzaq pusqu
Hazırlıq müddətinə görə pusqular:
- Tələsik pusqu
- Hazırlıqlı pusqu
Digər mənaları
redaktəPusqudan ov əldə etmək üçündə istifadə edilir. Əsasən ovçular meşəlik, dağlıq ərazilərdə ümumiyyətlə gizlənmək üçün əlverişli yerlərdə heyvanları ovlamaq üçün pusqu qurub gözləyirlər və ov hədəfə gələn kimi onu məhv edib ondan qida və ya müxtəlif məqsədlər üçün istifadə edirlər.