Pyacca Navona - Wikipedia
Pyaçça Navona və ya Navona meydanı (it. Piazza Navona) — Roma şəhərinin ən görməli yerlərindən biri, qədim və mərkəzi meydanı. Meydan cənubdan şimala doğru uzanan düzbucaqlı formasındadır. XV əsrdən 1869-cu ilədək şəhər bazarı yerləşmiş bu meydan XVII əsrdən etibarən barokko üslubunda yenidən tikilmişdir. Meydana lat. Sanctae Agnetis in Agone (1652, memar, Cirolamo Rainaldi) daxil olmaqla iki kilsə və X İnokentiya üçün 1644–1650 ci illərdə tikilmiş Palaçço Pamfili daxil olmaqla bir neçə saraylar açılırlar.
Pyaçça Navona | |
---|---|
Piazza Navona | |
Ümumi məlumatlar | |
Ölkə | |
Uzunluğu | 275 m |
Eni | 106 m |
Tarixi
redaktəIV əsrə qədər bu yerdə aqon (q.yun. ἀγών) — idman yarışları keçirilirdi. Bu sözdən də indiki meydanın adı formalaşmışdır: orta əsrlərdə — campus agonis və ya in agone, sonralar n’agone və nəhayət indiki navone/navona şəklini almışdır[2]. Orta əsrlərdə meydan Aleksandr Severin sirki kimi də adlandırılmışdır. Bir çox orta əsrlərə aid yazılarda Campus agonis və ya agon kimi xatırlanmaqdadır[2].
Antik
redaktəE.ə. 46 cı ildə Mars çölündə Qay Yuli Sezar atlet yarışları üçün müvvəqqəti arena hazırlatdırır. Sonralar bu arena Domisian tərəfindən 85 ci ildə genişləndirilir[3]. 275 m uzunu və 106 m eni olan bu meydan o vaxtlar 15 000 tamaşaçı tutumuna malik idi[4]. Arena incəsənət əsərləri ilə xüsusən qədim yunan stilində bəzədilir. Burada qaçış, diskatma, yumruq döyüşü (lat. agon capitolinus) kimi yarışlar keçirilirmiş. O zaman arenanın ətrafı travertin daşından yonulmuş tağlarla əhatələnmişdir. Bu tağlar arasında sənətkar və ticarət dükanları, fahişəxanalar yerləşirdi[5].
Orta əsrlər
redaktəArenanın fahişəxanalar yerləşdiyi tağlar hissəsində — məsihçi Aqnesin göndərildiyi və şəhid edildiyi[6] yerdə ilk kilsə tikilmişdir.
Rəvayətə görə məsihçiliyin təqib edildiyi dövrdə imperator Domisian məsihçi Aqnesin qarşısına şərt qoyur; ya o, Roma tanrına qurban verməli ya da rüsvayçılıqla fahişəxanaya göndəriləcək. Bundan imtina edə Aqnesin fitva ilə hücum çəkən kütlə paltarını cırıb zindana salırlar. Aqnesin saçları dərhal uzanaraq onun ayıbını örtür. Bu zaman agah olan mələk ona şəffaf bir örpək gətirmiş olur. Möcüzə dava edir; qızı zorlamaq istəyən hər bir kişi onu görcək ehtirasdan düşmüş olaraq utancaq bir şəkildə fahişəxananı tərk edirlər. Onun bəxtsiz sevgilisi Aqnesə baş çəkərkən qəflətən ölür. Onun atasının xahişi ilə Aqnes öz duaları ilə onu dirildir. Onu cadugərlikdə ittiham edərək tonqala atırlar, lakin tonqal sönür və əsgərlərdən biri onu xəncərlə öldürür. Kilsənin tikilməsi üçün xeyirdua 1123 cü ildə papa II Kalikste tərəfindən verilmişdir. Barokk üslublu Müqəddəs Aqnes kilsəsi 1652 ci ildə memar Ciralamo Raynaldi tərəfindən inşasına başlanılmışdır. Onun fasadı 1652 — 1655 ci illərdə Barromini tərəfindən tikilmişdir. Tikilinin açılışı 17 yanvar 1672 ci ildə olmuşdur. Arenanın tribuna hissəsində evlər tikilməyə başladığından qapalı meydan halına düşməyə başlayır. Arenanın forması bu günədək dəyişilməz qalmaqdadır.
Barokko
redaktə1470 ci ildə Antonio Pamfili meydanın cənub-şərqində üç ədəd ev alır. 1644 cü ildə onun nəslindən olan sonradan papa X İnnokentiya olmuş, Covanni Battista Cirolamo Raynaldiyə və Françesko Borrominiyə “Palaçço Pamfili” sarayını tikməyi tapşırır. papa X İnnokentiyanın qohumu Donna Olimpiya bütün meydanı antik imperator forumutək “Forum Pamphilj” şəklində tikdirir. Bu zaman Barromini meydanı antik lat. “Aqua Virgo” bulağınadək uzadır. 1649 cu ildə Bernini “Dörd çay fəvvarəsi”ni (it.Fontana dei Quattro Fiumi) tikir. Meydanın mərkəzində isə “Via Appia”dan tapılmış obelisk ucaldılır. Cakomo della Porta tərəfindən tikilmiş daha iki qədim fəvvarə: “Mavr” və “Neptun” Bernini tərəfindən yenidən qurulur, lakin sonuncu görkəmlərini isə XIX əsrdə almış olurlar.
İstifadəsi
redaktəMeydan ərazisi yarmarka və sərgiləmələr üçün, bayramlar və istirahət üçün romalıların sevimli yeri sayılır. Burada keçmişdən dəbdəbəli mərasimlər keçirilmişdir. 1492 ci ildə ispanlar bu meydanda öz San Cakomo delli Spanioli kilsələrinin önündə Qranada əmirliyini almalarını bayramla qeyd emişlər. Fransa istilası zamanı isə at yarışlarına — “Corsi del Fantino” meydan olmuşdur.
Tikililəri
redaktəKilsələr
redaktə- Müqəddəs Aqnes kilsəsi kilsəsi
- Santa Mariya del Anima kilsəsi
Fəvvarələr
redaktə- “Mavr” fəvvarəsi meydanın cənubunda yerləşir, XVI əsrədək fiqursuz olmuş, sonralar Covanni Lorenso Bernini mavr skulpturunu hazırlamışdır[7], yerdə qalan fiqurlar isə XIX əsrə aiddirlər.
- “Neptun” fəvvarəsi meydanın şimalında yerləşir. Fəvvarə özü XVI əsrə, fiqurları isə XIX əsrə aiddir.
- “Dörd çay” fəvvarəsi (it. Fontana dei Quattro Fiumi) Covanni Lorenso Bernini tərəfindən ucaldılmışdır. 1647—1651 illərdə tikilmiş fəvvarənin heykəllərlə dövrəyə alınmış Misir obeliski dünyanın dörd möhtəşəm çayını: Nil, Qanq, Dunay, La Platunu simvolizə edir. Skulpturlar üzərində işləri Covanni Lorenso Bernininin eskizləri əsnasında Françesko Baratta, Antonio Lambardo görmüşlər. Ağ mərmərdən şir və begemot fiqurlarını isə Laççaro Morelli hazırlamışdır.
Saraylar
redaktə- Palaçço Braski (it. Palazzo Braschi) — Papa VI Piyin qardaşı/bacısı oğlu Kozimo Morelli (it. Cosimo Morelli) tərəfindən tikdirilmiş əzəmətli bir saraydır. Saray 1792 ci ildə Palaçço Orsini və Caracciolo-Santobononun yerində inşa edilmişdir. Fransa istilası zamanı tikinti dayandırılır, 1811 ci ildə nəhayət yekunlaşmış olur. Bu sarayda Daxili İşlər nazirliyi yerləşir. II Dünya müharibəsindən sonra 1949 cu ilədək sarayda evakuasiya olunmuş ailələr yerləşdirilir. 1952 ci ildən sarayda Roma muzeyi yerləşir[8].
Sarayın küncündə hələ 1501 ci ildə aparılan inşaat zamanı e.ə. II əsrə aid olan tapılmış mərmər Paskvino heykəli (lat. Mastro Pasquino) yerləşir[9].
- Palaçço Pamfili (it. Palazzo Pamphilj) — 1650 ci ildə papa X İnokentiyanın sifarişi ilə tikilmişdir. Sarayın fasadı Raynaldinin, qalereyası, oval pilləkənləri və böyük zalı isə Barromininin işi sayılır. Papa sarayı baldızı Olimpi Madalçiniyə hədiyyə etmişdir. 1920 ci ildən sarayda Braziliya səfirliyi yerləşməkdədir.
- Palaçço Torres Lançelotti (it. Palazzo Torres Lancelotti) — 1552 ci ildə memar Pirro Liqorio tərəfindən maltalı Salerno arxiyepiskopu Lüdoviko de Torres üçün inşa edilmişdir..
- Palaçço de Kupis (it. Palazzo de Cupis) — 1450—1520 ci illərdə Covanni Domeniko və Bernardino de Kupisin sifarişi ilə inşa edilmişdir.
- (it. Palazetto del Vignola)
- (it. Palazzo del Pio Istituto di S. Spirito ed ospidali riuniti)
- (it. Palazzo Giovannola)
- (it. Palazzo Serafini Scaretti)
İstinadlar
redaktə- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ 1 2 Platner, Ernst u.a. Beschreibung der Stadt Rom. — Sttutgart, Tübingen.:373
- ↑ Suet. Dom. 5
- ↑ Lacus Curtius. Stadium Domitiani
- ↑ Hist. Aug. Elag. 26
- ↑ "Peter Cornelius Claussen, Sant Agnese in Agone, 2002, Stuttgart, 46-50". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-29.
- ↑ Platner, Ernst u.a. Beschreibung der Stadt Rom. — Sttutgart, Tübingen
- ↑ "Palazzo di Roma" (italyan). 2012-02-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-26.
- ↑ Amanda Claridge,Judith Toms,Tony Cubberley Rome: an Oxford archaeological guide.:211
- ↑ "Palazzo Serafini Scaretti". 2011-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-29.
- ↑ "Palazzo Giovannola". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-29.