Pyer Ogust Renuar - Wikipedia
Pyer-Ogüst Renuar (fr. Pierre-Auguste Renoir [pjɛʁ oɡyst ʁənwaʁ];25 fevral 1841[1][2][…], Limoj, Yuxarı Vyenna[5][6] – 3 dekabr 1919[3][1][…] və ya 17 dekabr 1919[4], Kan-syur-Mer[7][6]) — fransız rəssam, impressionizmin yaradıcılarından biri.
Pyer-Ogüst Renuar | |
---|---|
fr. Pierre-Auguste Renoir fr. Auguste Renoir | |
Doğum adı | Pierre Auguste Renoir |
Doğum tarixi | 25 fevral 1841[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 3 dekabr 1919[3][1][…] (78 yaşında) və ya 17 dekabr 1919[4] (78 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı |
Fəaliyyəti | rəssam, heykəltaraş, illüstrasiyaçı[d], rəssam-qravürçü[d], boyakar[d], memarlıq çertyojçusu[d], qrafika ustası[d] |
Təhsili |
|
Janrlar | portret rəssamlığı[d], nü[5], mifologiya rəssamlığı[d][5], peyzaj[5], Animalistika[5], məişət janrı[5], Marina[5], portret[5], dini incəsənət[d][5], natürmort[5] |
Stil | impressionizm[8] |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və yaradıcılığı
redaktəPyer-Ogüst Renuar 1841-ci il fevralın 25-də Fransanın Limoges şəhərində anadan olub. Atası dərzi olan Renuar ailənin dördüncü uşağı idi. Ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün 4 yaşında Parisə köçmək məcburiyyətində qalırlar. O, 13 yaşında ailəsinə maddi yardım etmək üçün işləməyə başlayır. İlk işi çini qablar düzəldən emalatxanada qabların üstünə şəkil çəkmək olur. Renuar rəssamlıqla burada tanış olur. Çini qabların üstündə rəssamlığın texniki tərəflərini öyrənir. Günortaya qədər çini qablara rəsmlər çəkir, günortadan sonra isə Luvr Muzeyinə gedib, orada usta rəssamların əsərlərin surətini kətana köçürürdü. Onun rəssamlıq zövqü beləcə formalaşmağa başlamışdır.
Fransız impressionisti Ogüst Renuarın yaradıcılığında insan təsvirləri — qadın və uşaq portretləri xüsusi yer tutur. Fransız impressionistləri əsasən mənzərə janrına üstünlük verdikləri halda, Renuar ailəvi gəzintilərə, rəqs səhnələrinə, süjetli məişət tablolarına üz tutardı.
O uzun illər işləyib pul yığdıqdan sonra 1862-ci ildə İncəsənət məktəbinə adını yazdırdı. Məktəbdə rəssam Qleyrenin emalatxanasında işləməyə başladı. Bazille, Monet, Sisley kimi gənc rəssamlarla burada tanış oldu.
İllər sonra yaranacaq impersionizm cərəyanı beləcə meydana çıxırdı. Renuar Kourbet tərzinə uyğun olaraq tünd rəgnlərə üstünlük versə də, rəssam tanışları daha açıq rənglərdən istifadə edirdilər.
Növbəti il onlara başqa gənc rəssamlar da qoşuldu. Vaxtlarının çoxunu Luvr Muzeyində və Fontaneybl meşəsində keçirirdilər. Meşədə rəsm çəkdiyi günlərin birində Diaz la Pena adlı ispan rəssamı ilə tanış oldu. Barbizon məktəbinin keçmiş müəllimi olan Diazdan təbiətə sevgini və rəngləri necə istifadə etməyi öyrəndi. Diaz, ona gördüyü mənzərənin rəngələrini daha parlaq bir formada kətana köçürtməli olduğunu göstərdi.Əsərlərindən biri 1863-cü ildə rəsm sərgisinə qəbul edilmişdisə də, sonradan qalareya sahibi bu rəsmdən imtina etdi. Renuarın sevdiyi rəssam Kourbet belə həmin illərdə rəsm sərgilərinə buraxılmırdı.
Sərgidə nümayiş olunmayan əsərin müştəri tapmağı olduqca çətin idi. 1863-cü il sərgisinə heç bir dostunun rəsmi qəbul edilməmişdi. 1867-ci ilə qədər onun rəsmləri sərgiyə qəbul edilmədi. Münsiflər heyəti onun əsərlərini həddən artıq yenilikçi kimi qiymətləndirirdi. 1868-ci ildə "Lize" adlı əsəri sərgiyə qəbul olundu. 29 yaşlı rəssamın əsəri Parisdə böyük səs-küyə səbəb oldu.[9]
1870-ci ildə Almaniyanın Fransaya qarşı savaşa başlaması Renuarın yaşamında və yaradıcılığında dəyişikliyə səbəb oldu. Cəbhəyə gedən rəssam sonradan xəstəliyi üzündən ordudan tərxis edildi. Yenidən yaradıcılığa başlayan sənətkar iki məşhur əsərini yaratdı. Onlardan biri dostunun sevgilisinin portreti, o birisi isə "Qadın tutuquşu ilə" əsəri idi. Bu əsərdə yenə də əsas obraz sevimli Liza idi.[10]
1874-cü ildə Renuarın səyləri nəticəsində fotoqraf Nadarın studiyasında sərgini açmaq mümkün olur. Bu sərgi sayəsində xalq bu rəssamları tanımağa başladı. Renuar bu sərgiyə "Luca" adlı əsəri ilə qatılmışdı.
Renuar 1870–1880-ci illər arasında imperssionalizmin ən gözəl əsərlərini yaratdı. 1880-ci ildə sevdiyi model Alina Çarioqot ilə evləndi. 1881-ci ildə İtaliyaya səyahət etdi. Bu səfərdən sonra rəsm həyatında yeni bir dövr başlandı. O, bu hadisəni belə şərh edirdi: "İtaliyada Raffaellonun rəsmlərini gördükdən sonra rəsmlərimdə bir qırılma oldu. İmpersionizmin ən son nöqtəsinə çatdıqdan sonra anladım ki, əslində mən nə rəsm çəkməyi, nə rəngləməyi bacarmıram".
1895-ci ildə Renuar artrit xəstəliyinin kəskin formasından əziyyət çəkirdi. Onun barmaqları əcaib hala düşmüşdü, əli fırça tutmurdu. Fırçanı onun əlinə bağlayırdılar. Ömrünün son günlərinə qədər metr hər gün molbert önünə keçib sol əliylə sağ əlinə dəstək verərək səbrlə işləyirdi. Xəstəlik öz işini görürdü, işləmək hər gün bir az daha çətinləşirdi, barmaqları iflic olmuş, fiziki ağrılardan, mütəmadi yuxusuzluqdan əzab çəkən qoca rəssam rəsm əsərləri yaratmaqda davam edirdi.
Renuar yaradıcılığının ən yüksək nöqtəsinə çatdığı zaman amansız xəstəliyə tutulur. 1903-cü ildə ölkənin cənubundakı Caqnes şəhərinə köçür. 1915-ci ildə həyat yoldaşı, dörd il sonra — 1919-cu ildə isə Renuar vəfat edir.[9]
Qalereya
redaktə-
1866
-
1868
-
1868
-
1872
-
1873
-
1874
-
1874
-
1875
-
1875
-
1876
-
1876
-
1876
-
1877
-
1878
-
1879
-
1879
-
1880
-
1881
-
1881
-
1882
-
1882–1883
-
1883
-
1883
-
1883
-
1883
-
1885
-
1885
-
1885
-
1885
-
1887
-
1888
-
1894
-
1894
-
19 əsr
-
1895
-
1896
-
1908
-
1910
-
1917
-
1919
-
1875
-
1876
-
1910
-
1910
-
1867
-
1875
-
1883
-
1887
-
1888
-
1895
-
1910
-
1910
-
1914
-
1916
-
1918
Əsərləri
redaktə- "Böyük çimərlik"
- "Lize"
- "Yaz çiçəkləri"
- "Esmeralda avaralar arasında rəqs edir"
- "Liza çətirlə"
- "Luca"
- "Günəş işığında çılpaq"
- "Gəzinti"
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Auguste Renoir (nid.).
- ↑ 1 2 Renoir, Auguste (ing.). // The Enciclopædia Britannica 12 London, NYC: 1922. Vol. XXXII Pacific Ocean Islands to Zuloaga. P. 268.
- ↑ 1 2 Renoir, Auguste, 1841-1919 // Olomouc City Library regional database (çeş.).
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 RKDartists (nid.).
- ↑ 1 2 3 4 The Fine Art Archive.
- ↑ 1 2 Union List of Artist Names (ing.).
- ↑ https://www.metmuseum.org/toah/hd/augu/hd_augu.htm.
- ↑ 1 2 "Fırçanı barmaqlarına bağlayan rəssam". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-02.
- ↑ "İmpressionizmdən klassisizmə". 2020-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-02.