Qis Sarayi - Wikipedia
Qış sarayı (rus. Зи́мний дворе́ц) — Sankt-Peterburq, Rusiyada yerləşən və 1732–1917-ci illərdə Rusiya monarxlarının rəsmi iqamətgahı olan məşhur saray kompleksidir. I Pyotrun Qış sarayının yerində 1730–1837-ci illərdə inşa edilmiş və Saray sahili və Saray meydanı arasında yerləşən kompleksin əsas binası yanğından zədələnmiş və bərpa edilmişdir.[1] 1917-ci ildə sarayda baş vermiş üsyan Sovet rəssamlığında, Sergey Eyzenşteynin 1927-ci ildə ekranlaşdırdığı və Rusiya inqilabının simvollarından biri sayılan "Oktyabr" filmində canlandırılmışdır.
Qış sarayı | |
---|---|
Зимний дворец | |
59°56′25″ şm. e. 30°18′50″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Sankt-Peterburq |
Yerləşir | Saray meydanı |
Memar | Françesko Bartolomeo Rastrelli |
Sifarişçi | I Yekaterina |
Tikilmə tarixi | əsası qoyulub:1754 |
Üslubu | Yelezaveta barokkosu |
Vəziyyəti | Muzey |
Rəsmi sayt | hermitagemuseum.org/wps/… |
Tipi | Mədəni |
Kriteriya | i,ii,iv,vi |
Təyin edilib | 1990 |
İstinad nöm. | 540 |
Dövlət | Rusiya |
Region | Avropa |
İstinad nöm. | 7810514003 |
Mühafizə dərəcəsi | Federal |
Sayt | Rəsmi sayt |
Vikianbarda əlaqəli mediafayllar |
Saray Rusiya imperiyasının gücünü və qüdrətini nümayiş etdirən monumental memarlıq abidəsi kimi inşa edilmişdi. Bu saraydan Rusiya çarları[2] 22,400,000 kvadrat kilometr (8,600,000 sq mi) (Yer kürəsinin torpaq sahəsinin 1/6 hissəsi) əraziyə və XIX əsrin sonuna kimi 125 milyon insana hökm etmişlər. Sarayın inşa edilməsində bir çox memarlar çalışsalar da, onlar arasında Yelezaveta barokkosu üslubunun əsas simalarından olan Bartolomeo Rastrellinin adı xüsusilə qeyd edilir. Yaşıl və ağ rəng çalarlarının sintezi şəklində işlənmiş və uzunsov düzbucaqlı formasında olan sarayın əsas fasadı 250 m uzunluğunda və 30 m (100 ft) hündürlüyündədir. Qış sarayının 1.786 qapısı, 1.945 pəncərəsi, 1.500 otağı və 117 pilləkanı var. 1837-ci il yenilənməsi sarayın eksteryerini dəyişməsə də, otaqların interyeri müxtəlif zövqlərə uyğun olaraq, yenidən işlənmişdir ki, tədqiqatçılar bu otaqların interyerini "XIX əsr Rokoko üslubuna uyğun" olduğunu bildirirlər.[3]
1905-ci il Qanlı Bazar qırğınları etirazçıların Qış sarayına doğru yürüşə başlamasından sonra baş vermişdir, lakin həmin dövrdə artıq monarx ailəsi yaşamaq üçün Çarskoe selodakı Aleksandr sarayına üstünlük verirdi və yalnız vacib dövlət işləri üçün Qış sarayına gəlirdi. 1917-ci il Fevral inqilabından sonra saray bir müddət Aleksandr Kerenskinin rəhbərlik etdiyi Rusiya Respublikasının mərkəzi olmuşdur. Həmin ilin sonlarında, Sovet hökumətinin doğulduğu dövrdə Qış sarayı Qızıl Ordu dəstələrinin hücumuna məruz qalmışdır. Sarayın bir ay müddətində qarət edilməsi nəticəsində, şərab zirzəmilərindən o qədər içki içilmişdir ki, bu hadisə bəzən "tarixin ən böyük oğlan qonaqlığı" da adlandırılır. Bu gün bərpa edilmiş saray, Dövlət Ermitajı muzey kompleksinin əsas binalarından biri kimi fəaliyyət göstərir.
Tarixi
redaktəI Pyotrun Qış sarayı (1711–1753)
redaktə1698-ci ildə Böyük elçilikdən qayıdan I Pyotr Rusiyada Qərbləşdirmə siyasətinə və Çar Rusiyasını Avropanın əsas gücü olan Rusiya imperiyasına çevirməli olan islahatlara başladı.[4] Onun bu siyasəti 1703-cü ildə əsası qoyulmuş yeni şəhər Sankt-Peterburqun inşa edilməsində istifadə olunan materiallarda belə özünü göstərirdi.[5] Şəhərin memarlıq dizaynı, Bizans memarlığı ənənələrinin özündə əks etdirən Rus memarlığı, o zaman dəbdə olan Narışkin barokkosu və böyük Avropa şəhərlərinin memarlıq simasının qarışığı şəklində həll edilmişdir. Çar yeni şəhərin sonradan Pyotr barokkosu kimi tanınacaq flamand intibahı stilində dizayn edilməsini istəmiş və onun yeni sarayı da məhz bu stilə uyğunlaşdırılmışdı. Şəhərdə ilk hökmdar malikanəsi olan "I Pyotrun domiki" adıyla tanınmış və üzü Neva çayına doğru baxan təvazökar balaca ev 1704-cü ildə inşa edilmişdi. 1711-ci ildə həmin bina Petrovskaya sahilinə köçürülmüşdür və indi də orda qalmaqdadır.[6] Ərazi təmizləndikdən sonra, çar orada 1711–1712-ci illərdə böyük bir evin tikilməsini istəmişdi. Domeniko Trezzini tərəfindən dizayn edilmiş həmin bina indi birinci Qış sarayı adlandırılır.[7]
Yaşayış binalarının istehkam xarakteri daşımasına ehtiyac qalmadığı XVIII əsr Avropada kral memarlığının genişləndiyi və inkişaf etdiyi bir dövr idi. Hələ XVI əsrdə başlamış bu proses ilkin olaraq Avropanın müəyyən qədər güclü olan dövlətlərində sarayların qala tipli tikililərə çevrilməsi ilə nəticələndi. Bunun ən erkən və məşhur nümunələrindən biri XIV Lüdovikin Versal sarayı idi.
Əsasən 1710-cu ildə tamamlanmış Versal sarayı Avropa hökmdarlarının sarayları arasında özünə rəqib tanımırdı. Avropanın bütün Iayihələrini təkrar etməyə çalışan I Pyotr, Avropa krallarının saraylarına bənzər saray inşa olunmasını da arzu edirdi, lakin xələflərindən fərqli olaraq, I Pyotr Versal sarayı ilə rəqabət aparmaq fikrində deyildi.
Birinci qış sarayı kirəmit damla örtülü, iki mərtəbəli sadə bina idi.[8] Lakin, görünür I Pyotr ilk qış sarayından tez bezir və İkinci Qış sarayı 1721-ci ildə memar Georq İohann Mattarnovinin layihəsi əsasında inşa edilir. Mattarnovinin sarayı da Avropa paytaxtlarında olan kral sarayları ilə müqayisədə çox təvazökar təsiri bağışlamaqla, iki mərtəbəli və sütunlarla dəstəklənən bir bina idi.[9] I Pyotr 1725-ci ildə bu sarayda vəfat etmişdir.
Qış sarayı hələ yarımçıq olan şəhərin yeganə və ya ən dəbdəbəli sarayı deyildi, çünki, I Pyotr rus zadəganlarına şəhərdə saraylar inşa etdirməyi tapşırmışdı.[10] Lakin bu tapşırıq o qədər də yerinə yetirilməmişdi; Sankt-Peterburq az günəşli bataqlıq üzərində salınmışdı və orada yalnız kələm və salqam yetişirdi. İldə yalnız bir həftə isti hava olan şəhərdə yandırmaq üçün ağac kəsilməsi də qadağan edilmişdi. Yalnız I Pyotrun ikinci arvadı İmperatriça Yekaterina şəhər həyatının inkişaf etməsi üçün bəzi cəhdlər edirdi.[10]
Nəticədə, imperiyanın dörd bir yanından yüzlərlə qul şəhərin qısa zamanda inşa edilməsi və inkişafı üçün əraziyə gətirilmişdi.[11] Hesablamalara görə iyirmi il ərzində şəhərin inşası zamanı 200.000-dən artıq insan həlak olmuşdu.[11] Şəhəri "Qərbi Hindistanın bir-birinə söykənmiş daxmaları"na bənzədən dövrün diplomatlarından biri cəmi beş il sonra onu "sehrli sarayları olan möcüzəli şəhər" kimi təsvir edir.[12] Kikin sarayı və Menşikov sarayı da daxil olmaqla, həmin saraylardan bəziləri I Pyotrun sevdiyi flamand intibahı üslubunda inşa edilmişdi.
Qış sarayı 1725–1855-ci illərdə
redaktə1725-ci ildə I Pyotrun ölümü zamanı Sankt-Peterburq düşünüldüyü kimi mədəniyyət və sivilizasiya mərkəzi olmaqdan çox uzaq idi. Çar tərəfindən Sankt-Peterburqu inkişaf etdirməyə məcbur edilmiş zadəganların bir çoxu artıq şəhəri tərk etmişdi. Gecələr meydanlarda canavarların gəzməsinə baxmayaraq, təhkimli insanlar çarın yeni şəhərində inşaat işlərini aparmağa məcbur edilirdilər, Baltik donanması isə tez-tez üsyan edirdi.
I Pyotrdan sonra hakimiyyətə gəlmiş I Yekaterina 1727-ci ilə kimi hakimiyyətdə qalmışdır. I Yekaterinadan sonra isə hakimiyyətə I Pyotrun nəvəsi II Pyotr gəlmiş və onun sifarişi ilə 1727-ci ildə Mattarnovinin layihəsi əsasında inşa edilmiş ikinci Qış sarayı Domeniko Trezzinin layihəsi ilə əsaslı şəkildə genişləndirilmişdir.[6] 1711-ci ildə Yay sarayını dizayn edən Trezzini Pyotr barokkosu stilinin ən böyük təmsilçilərindən biri idi və o Mattarnovinin layihəsi əsasında inşa edilmiş ikinci Qış sarayını elə genişləndirdi və yenidən qurdu ki, bu bina üçüncü Qış sarayının iki əsas pavilyonundan biri oldu. İkinci saray da, üçüncü saray da Pyotr barokkosu stilində inşa edilmişdi.
1728-ci ildə üçüncü Qış sarayının tamamlanmasından qısa müddət sonra imperator ailəsi Sankt-Peterburqu tərk edərək Moskvaya yerləşdi və beləcə Qış sarayı əsas imperial malikanə statusunu itirdi. 1713-cü ildən paytaxt statusu daşıyan Sankt-Peterburq şəhəri bu statusu itirdi və Moskva paytaxt elan edildi. 1730-cu ildə II Pyotrun ölümündən sonra taxta I Pyotrun qardaşı qızı Kurlandiya və Semiqaliya hersoginyası Anna İohannovna keçdi.
Anna (1730–1740)
redaktəYeni imperatriça Sankt-Peterburqa sələflərindən daha çox diqqət göstərməyə başladı; 1732-ci ildə o, İmperator məhkəməsini yenidən Qış sarayına köçürdü və beləliklə Sankt-Peterburq yenidən paytaxt elan edildi və 1918-ci ilə kimi Rusiyanın paytaxtı oldu.
Üçüncü Qış sarayından imtina edən imperatriça yaxınlıqda yerləşən Apraksin sarayında məskunlaşdı.[6] 1732-ci ildə çariça memar Françesko Bartolomeo Rastrelliyə yaxınlıqda yerləşən binalarla birlikdə Apraksin sarayını yenidən layihələndirib genişlətməyi tapşırdı.[14] Beləliklə sonuncu olan dördüncü Qış sarayının əsasında I Pyotrun sarayı yox, admiral Fyodor Matveyeviç Apraksinin sarayı durdu.[6]
Baxmayaraq ki, imperatriça Anna məşhur deyildi və "darıxdırıcı, kobud, kök, sərt və kinli"[15] bir insan kimi tanınmışdı, məhkəməyə daha sivil və mədəni ruh gətirmək istəyirdi. O, qullar üçün xüsusi liverilər inşa etdirmişdi, həmçinin onun dövründə bal şərbəti və vodka, şampan və Burqundi ilə əvəzlənmişdir. O, boyarları evlərindəki sadə mebelləri qara və qırmızı ağac mebellərlə əvəzləməyə məcbur etmişdi[16], onun öz zövqünə uyöun olaraq, yaşadığı ev üçün qızıl unitaz və gümüşdən işlənərək rubinlərlə bəzədilmiş kətil hazırlanmışdı. Ölkdəki səfillik və kasıblığa baxmayaraq, o, ilk balını Qış sarayının yenicə tamamlanmış və Rusiyanın ortasında portağal bağını xatırladan yeni zalında təşkil etmişdi.[17] Dördüncü Qış sarayı Rastrellinin daimi layihəsi olmuş və inşaat işləri İmperatriça Annanın hakimiyyətinin sonuna kimi davam etmişdir.
I Yelizaveta (1741–1762)
redaktə1740-cı ildə İmperatriça Annanın ölümündən sonra hakimiyyətə körpə çar VI İvan gəlsə də, qısa müddət sonra o, I Pyotrun qızı I Yelizaveta tərəfindən hakimiyyətdən uzaqlaşdırıldı. Bütün hakimiyyət səlahiyyətlərini sevimliləri arasında bölüşdürən yeni imperatriça Yelezaveta, əsasən Qış sarayında keçən rahat həyat yolunu seçdi və onun bu həyatı sonradan rus tarixçisi Vasili Kluçevski tərəfindən "zər-zibalı səfalət" adlandırılmışdı.[18]
I Yelizavetanın hakimiyyəti dövründə Rastrelli sarayın planı üzrə inşaat işlərini davam etdirirdi, o, 1753-cü ildə tamamilə yeni bir plan işləyib hazırlamışdı ki, bugünkü Qış sarayı da məhz həmin plan əsasında inşa edilmişdi. Sarayın tezləşdirilmiş tamamlanma işləri, onu milli prestij simvolu hesab edən imperatriçanın şərəf məsələsinə dönmüşdü. Ən soyuq qış günləri də daxil olmaqla saray binası üzərində işlər bütün il ərzində davam etmişdi. Davam etməkdə olan Yeddi illik müharibənin həm rusları, həm də Rusiya ordusunu kasıblatması, sarayın istənilən səviyyədə inkişaf etdirilməsinə imkan vermədi. Dövlət vergilərinin qaldırılması nəticəsində sarayın inşa layihəsinə 859,555 rubl ayrılmışdı.[19] Sarayın inşaatında çalışan işçilərə aylıq maaş olaraq cəmi bir rubl verilməsinə baxmayaraq, xərclər büdcəni ötüb keçmişdi və imperatriçanın inşaat işlərinin sürətlə tamamlanması ilə bağlı arzusuna baxmayaraq, maddi çatışmazlıq üzündən tikinti bir müddətlik dayandırılmışdı. Əlavə büdcə toplamaq üçün duz və içkiyə qoyulmuş vergi bir daha qaldırılmış və həm də müharibə vergilərini ödəməyə məcbur olan rus xalqının vəziyyəti daha da ağırlaşmışdır. Yekun büdcə 2,500,000 rubl olmuşdur.[20] 1759-cu ildə I Yelizavetanın ölümünə az qalmış sarayın tamamlanmasına həqiqətən də az qalmışdı.
II Yekaterina (1762–1796)
redaktəİmperatriça I Yelezavetanın hakimiyyəti dövründə İmperatriça Anna və Holşteyn-Qottorp hersoqu Karl Frederixin oğlu olan hersoq Karl Peter Ulrix Rusiyaya gətirilərək III Pyotr adı ilə Rusiya taxtının varisi elan edilir, həmçinin Anhalt-Zerbst şahzadəsi Sofi Frederik Avqusta ilə evləndirilir. Evlilik uğursuz olsa da, III Pyotr ilə evləndirilmiş alman şahzadəsi sonradan Rusiya tarixində Böyük Yekaterina və ya II Yekaterina adı ilə tanınmış və həyatı Qış sarayı ilə bağlı olan ən güclü Rusiya hökmdarlarından biri olmuşdur. 1762-ci ildə III Pyotrun öldürüldüyü dövlət çevrilişindən sonra, Yekaterina Qış sarayının eyvanına çıxaraq həyəcanlı kütlə qarşısında yeddi yaşlı oğlu I Paveli hakimiyyətin varisi elan etmişdi.[21] Lakin o, oğlunu Rusiyanın yeni və güclü hökmdarı kimi təqdim etməmiş, əksinə bu vəzifəni öz boynuna götürmüşdü.
II Yekaterinanın himayə etdiyi memarlar İvan Starov və Cakomo Kvarenqi Qış sarayının daha da genişləndirilməsi və dəyişdirilməsi haqqında düşünürdülər.[3] Həmin vaxt sarayın cəub-qərb qanadında yerləşən opera evi, II Yekaterinanın ailə üzvləri üçün mənzillərin təmin olunması məqsədi ilə ləğv edilmişdir. 1790-cı ildə Neva Enfiladasının yaradılması üçün Kvarenqi Rastrellinin beş mərasim zalını yenidən dizayn etmişdir. II Yekaterina, həm də hazırda ümumilikdə Ermitaj adı (150 il sonra Qış sarayı da daxil olmaqla bütün kompleks bu adla məşhurlaşdı) ilə tanınan və qonşuluqda yerləşən üç geniş saraya malik idi.
II Yekaterina İmperator Rəssamlıq Akademiyasının binasını inşa etmiş fransız memarı Jan-Batist-Mişel Vallen-Delamotun işindən heyran olmuş və ona sarayın yeni qanadının inşa olunmasını həvalə etmişdir.[22] Bu bina saray yığıncaqlarının və digər mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuşdu. II Yekaterina binanı sələfi II Yekaterinanın sarayda şəxsi otaqlarını göstərmək üçün istifadə elədiyi adla – Ermitaj (Planda 14 nömrə ilə göstərilib) adlandırmışdır.
Ermitajın interyeri Qış sarayı ilə kontrast təşkil edəcək şəkildə işlənmişdi. Bəzi fikirlərə görə, Ermitajın inşa olunması məsləhətini II Yekaterinaya Jan Jak Russo vermişdir.[23] Özlüyündə isə həmin saray tamamilə başqa geniş bir bina olmaqla əsas sarayı digər binalarla və ekzotik heyvan və bitkilərlə bəzədilmiş həyətlə əlaqələndirirdi.[24] Onun incə detallara və təbiətə olan marağı sarayın mebel təchizatında və saraya toplanmış dəyərli sənət əsərləri kolleksiyasında da özünü göstərmişdi.[22]
Sarayın incəsənət kolleksiyası ekletik şəkildə təsadüflər nəticəsində, daha çox keyfiyyət yox, kəmiyyətə üstünlük verilməklə yığılmışdı. Alınmış incəsənət əsərlərinin bir çoxu saraya artıq kolleksiyanın bir hissəsi kimi gəlib çatırdı. İmperatriçanın Roma, Paris, Amsterdam və Londondakı səfirləri onun adından yüzlərlə dəyərsiz incəsənət əşyalarına baxır və alırdılar.[24]
Bu yolla, 1764–1781-ci illərdə II Yekaterina altı əsas kolleksiyanı aldı ki, onların da arasına Yohann Ernst Qotzkovski, Henrix von Bürhl, Pyer Krozat, Horas Uolpol, Silvestre-Rafael Bodoin və nəhayət 1787-ci ildə alınmış Con Lide Braunun kolleksiyaları daxil idi.[25] Bu geniş sənət kolleksiyalarına Rembrant, Rubens, Tisian, Rafael, Tyepolo, van Deyk və Reni kimi sənətkarların əsərləri daxil idi.[24] Əldə edilmiş 225 rəsm əsəri Qotskovski kolleksiyasını formalaşdırdı və bu kolleksiya II Yekaterinanın qürur mən bəyi hesab edilməyə başlandı. Çünki, Rusiya ilə müharibədə məğlub olan II Yekaterinanın rəqibi Prussiya kralı II Fridrix kolleksiyaların alınması üçün lazım olan məbləği ödəyə bilməmişdi. Bu kolleksiyaya Flamand və Holland rəssamlarının bir çox əsərləri də daxil idi ki, onlardan da ən məşhuru Halsın "Əlcəkli gənc oğlanın portreti" idi.[26] 1769-cu ildə Bruhl kolleksiyasından Qış sarayına daha iki dəyərli əsər gətirildi: Rembrandtın "Alimin portreti" və "Qırmızıda qoca kişinin portreti".
Bu manyakal kollektləşdirmənin səbəblərindən biri II Yekaterinanın öz intellektual anlayışlarını tanıtmaq arzusu ola bilərdi[27], lakin burada fundamental bir motivasiya da vardı: zəruriyyət. Cəmi iyirmi il əvvəl imperator sarayının təchizatı o qədər zəif idi ki, hər dəfə imperator Moskva və ya Sankt-Peterburqa köçdüyündə saray əşyaları olan yataqlar, güzgü, stol və stullar da daşınırdı.[28]
Qısa zamanda Ermitaj o qədər dolduruldu ki, artıq alınan yeni sənət əşyaları saraya sığmadı. II Yekaterinanın incəsənət kolleksiyası o qədər genişləndi ki, o, memar Yuri Velteni saraya yeni binanın əlavə edilməsi üçün vəzifələndirdi və sonradan bu bina Köhnə Ermitaj kimi tanındı. Sonradan II Yekaterina Cakomo Kvarenqi tərəfindən dizayn edilmiş Ermitaj teatrının inşasını da himayə etmişdir.[29] Bu inşaat işləri isə I Pyotrun tərəfindən inşa etdirilmiş III Qış sarayının sökülməsi ilə nəticələnmişdi.
İmperatriçanın Ermitajdakı həyatı incəsənət və Qış sarayı yaxınlığında yaşayan qonşularının əhatəsində keçirdi və o, burada kiçik gizli ziyafətlər verirdi. Qulluqçular bu ziyafətlərə buraxılmırdı və divarda yazılırdı "xahiş edirik sizə min dəfə təkrar etmədən, hara tapşırılıbsa, orada da oturun."[24]
II Yekaterina həm də, fransız mədəniyyətini təmsil edən hər şeyin Rusiya sarayında təmsil olunmasına ciddi maraq göstərirdi. O, Fransaya nifrət etsə də, bunu fransız mədəniyyəti və incəsənətinə aid etmək olmazdı.[27] Fransız dili sarayın əsas dilinə çevrilmişdi; rus dilindən yalnız xidmətçilərə müraciət zamanı istifadə edilirdi. Rus zadəganları Molyer, Jan Rasin və Pyer Kornel kimi fransız filosoflarının əsərlərini oxumağa təşviq edilirdilər.[27] Qış sarayı II Yekaterina aristokratiyasına aid olan və Qış sarayı kimi kəndlilərin qul əməyi nəticəsində inşa edilmiş digər saraylar üçün nümunə olmalı idi. Saraydakı həyat və yaşam tərzi onun divarlarından kənarda yaşanan həyatla daban-dabana ziddiyyət təşkil edirdi. 1767-ci ildə Qış sarayında həyatın zənginlik və dəbdəbənin zirvəsinə çatdığı zaman imperatriça Rusiyada təhkimçiliyin genişləndirilməsinə xidmət edən fərman imzaladı. II Yekaterinanın hakimiyyəti dövründə milyondan artıq kəndli qul vəziyyətinə salınmışdı.[30] Qış sarayında inşaat işləri isə 1796-cı ildə II Yekaterinanın həyatının son gününə kimi davam etmişdir.
I Pavel, I Aleksandr və I Nikolay (1796–1855)
redaktəII Yekaterinadan sonra Rusiyada hakimiyyətə I Pavel gəldi. Yeni çar, hakimiyyətinin ilk günlərində (Britaniya səfirinin verdiyi məlumata görə o, qeyri-sağlam ruhi vəziyyətdə idi[31]) Qış sarayının mühafizəsinin gücləndirilməsi üçün əlavə hərbi qüvvələrin ayrılması üçün göstəriş verdi və saray ətrafında hər metrdən bir xüsusi postlarda mühafizəçilər dayanmağa başladı. Öz təhlükəsizliyindən paranoik dərəcədə narahatlıq keçirən və abasından qalan hər şeyi rədd edən[32] I Pavel nəhayət Qış sarayını ümumiyyətlə tərk etmək qərarını verdi və Sankt-Peterburqda doğulduğu məkanda yeni bir imperator sarayı — Mixaylov qəsrini inşa etdirdi. Çar elan etdi ki, doğulduğu məkanda da ölmək istəyir. 1801-ci ildə saraya köçdükdən üç həftə sonra, I Pavel elə orada da qətlə yetirildi.[33]
I Paveldən sonra hakimiyyətə gələn onun 24 yaşlı oğlu I Aleksandr Napoleon müharibələrinin ən ağır dövründə Rusiyaya hökmdarlıq etdi. 1815-ci ildə Napoleonun məğlub edilməsindən sonra, I Aleksandrın keçmiş Fransa imperatriçası Jozefinanın incəsənət kolleksiyasını alması sayəsində Qış sarayının kolleksiyası yenidən zənginləşdirildi. Bir çoxu həyat yoldaşı Napoleon tərəfindən Jozefinaya hədiyyə edilmiş incəsənət ətərlərinin arasında qədim ustadların əsərləri, o cümlədən Rembrandtın "Xaçdan endirilmə" əsəri və Antonio Kanovanın dörd heykəli var idi.[26]
1825-ci ildə Rusiya taxtında I Aleksandrı, qardaşı I Nikolay əvəz etdi. Çar I Nikolay özündə sayaın tarixi görkəmini qoruyub saxlamaq məsuliyyəti hiss edirdi. Buna görə də, o, sarayın interyerində xüsusi dəyişikliklərə imkan vermədi, yalnız 1837-ci il yanğınından zərər çəkmiş hissələrin bərpa olunmasına diqqət ayırdı.[34]
Yanğın (1837)
redaktə1833-cü ildə Monferran parad zallarının yenidən dizayn edilməsi, həmçinin Feldmarşallar zalı və Kiçik taxt zalının (9 & 10) yaradılması haqqında sifariş alır. 1837-ci ildə sarayda bir yanğın baş verdi. Yanğının yaranma səbəbi bilinməsə də, yayılmasında Monferran ittiham edilir. Belə ki, çarın büdcənin məhdudlaşdırılması qərarından sonra, memar, daş materialların istifadəsi lazım olan yerlərdə də taxtadan istifadə etmişdi. Həmçinin, taxta materialın istifadəsi ilə yanaşı, yanğının yayılmasına başqa bir səbəb də olmuşdur; belə ki, memar otaqların taxta divarları arasında havanın hərəkəti üçün boşluqlar buraxmışdı ki, bu boşluqlar da yanğının daha sürətlə və hiss olunmadan otaqlara yayılmasına imkan vermişdi.[35]
Yanğının yayılmasından xəbər tutan saray mühafizəkarları qısa zamanda otaqlardakı əşyaların bir çoxunu Saray meydanındakı qarın üstünə boşaldaraq xilas edə bilmişdilər, lakin bu o qədər də əhəmiyyətli olmamışdı, çünki, Qış sarayının əsas bəzəyi həmişə, yüngül rəsm əsərləri yox, ağır qədim mebellər və kövrək bəzək əşyaları sayılırdı.[36] Yanğının qarşısını almaq üçün Çar təcili olaraq sarayın digər hissələrinə aparan üç yolun dağıdılmasını əmr etmiş və beləcə Ermitaj və burada saxlanan qiymətli sənət əsərləri xilas edilmişdi.[37] Rus şairi Vasili Jukovski yanğının şahidi olmuş və yanğını "səmaya çatan alov dilləri" kimi təsvir etmişdir. Yanğın bir neçə gün davam etmiş və Qış sarayının interyerinin böyük bir hissəsini məhv etmişdir.[35]
Sarayın nəhəng ölçülərini nəzərə almayan çar, onun ilin sonuna kimi bərpa olunmasını əmr etdi. Markiz de Küstin bu əmri təsvir etmək üçün "eşidilməmiş əmr" ifadəsindən istifadə edir. "Böyük şaxtalar zamanı 6000 nəfər sarayda daimi işlə təmin olunmuşdu; onlardan hər gün xeyli insan həyatını itirir, lakin həyatını itirməyə namizəd olan digər insanlarla əvəzlənirdilər.[38] İnşaat işlərinə, hələ Arakçayevin rəhbərliyi ilə orduda xidmət etdiyi zaman amansız insan kimi tanınmış Pyotr Kleynmixel rəhbərlik edirdi.[39]
Sarayın bərpa olunmasında sənaye dövrünün ən yeni texniki kəşflərindən istifadə edilmişdir. Sarayın damı metal karkas vasitəsiylə dəstəklənmişdi, böyük salların aşırımları isə dəmir tirlərlə bərkidilmişdi. Yanğından sonra, sarayın eksteryerinin böyük bir hissəsi, İordan pilləkəni və Böyük saray kilsəsinin interyeri memar Vasili Stasov tərəfindən orijinalda olduğu kimi bərpa edilmişdir. Sarayın ikinci böyük otağı olan Gerb zalı kimi bəzi otaqlar orijinalda olduğundan daha çox bəzədilmişdir.[37] Sarayın daha kiçik və şəxsi otaqları isə Aleksandr Briullov tərəfindən XIX əsrdə məşhur olan müxtəlif stillərdə, həmçinin otaq sahiblərinin iştirakı ilə qotikdən rokokoya kimi müxtəlif üslublarda işlənmişdir.[37] İmperial otaqlar arasında yerləşən Çarevnanın moruğu buduarı əlli il əvvəl II Yekaterinanın hakimiyyəti dövründə saray interyerində üstünlük təşkil etmiş rokoko stilində dizayn edilmişdir. Sarayın ən məşhur otaqlarından biri və Çariçanın qəbul məkanı olan Malaxit zalı yanğın zamanı Yaşma otağının məhv olmasından sonra yaradılmışdır. Böyük sarayda yaşamasına baxmayaraq, Çar özü sadəliyi sevirdi. Onun Qış sarayındakı yataq otağı spartan üslublu olmaqla heç bir bəzəyə malik deyildi, otaqda yalnız bir neçə xəritə, ikona yataq və saman döşək vardı.[40]
Son çarlar (1855–1905)
redaktə1732–1917-ci illərdə Qış sarayı Rusiya hökmdarlarının rəsmi iqamətgahı olsa da, bu 140 ilin az hissəsini Çar ailələri Qış sarayında keçirmişdi. Həqiqətən də Qış sarayında yaşamış son Çar 1855–1881-ci illərdə hakimiyyətdə olmuş və sui-qəsd nəticəsində öldürülmüş II Aleksandr olmuşdur. Onun hakimiyyəti dövründə sarayda bəzi dəyişikliklər baş vermişdir; 1861-ci ildə Markiz di Kavellinin qədim və arxeoloji incəsənət əsərləri kolleksiyası, 1865-ci ildə Leonardo da Vinçinin "Madonna və körpə" əsəri, saha sonra 1914-cü ildə isə Da Vinçinin ikinci əsəri "Benua Madonna" sarayın kolleksiyasına qatılmışdır.[41]
II Aleksandr tez-tez sui-qəsdlərə məruz qalırdı və həmin sui-qəsdlərdən biri də Qış sarayında törədilmişdi. Bu sui-qəsd "gülüşsüz fanatik" ləqəbli Andrey Jelyabov və onun sonradan həyat yoldaşı olmuş sevgilisi Sofiya Petrovskayanın rəhbərlik etdiyi "Narodnaya Volya" (Xalqın iradəsi) qruplaşması tərəfindən təşkil edilmişdi.[42] Keçmiş Sankt-Peterburq qubernatorunun qızı olan Petrovskaya saray xadimləri ilə yaxşı münasibətlərinə görə istədiyi informasiyanı rahatlıqla əldə edə bilirdi və onun əlaqələrinin köməkliyi ilə sarayın zirzəmisində aparılan təmir işləri haqqında məlumat sui-qəsdçilərin əlinə keçmişdi.[43] Beləcə, qrup üzvlərindən biri təlim keçmiş dülgər kimi sarayda işə başlayır. O, hər gün əmək alətləri arasında dinamit gizlədərək saraya gətirir və yemək otağının altında yerləşdirir. Dinamitin miqdarı o qədər çox olmuşdu ki, yemək otağı ilə zirzəminin arasında daha bir mərtəbənin olması, yemək otağının dağıdılmasına maneə törətməmişdi.[43] Plana görə, 17 fevral [K. T. 5 fevral] 1880-ci ildə dinamitlər partladılmalı və Çar ailəsi ilə birgə nahar etdiyi yerdə öldürülməli idi. Xoşbəxtlikdən həmin tarixdə Romanovlara Berlindən qonaq gəlmiş və il ərzində ilk dəfə şam yeməyi gecikdirilmişdi.[43] Ailənin rəsm otağından yemək otağına keçdiyi müddətdə dinamitlər partlamışdı. Partlayış o qədər güclü olmuşdu ki, səsi bütün Sankt-Peterburqda eşidilmişdi. Nəticədə Fin qvardiyasından 11 nəfər ölmüş, 30 nəfər isə yaralanmış, yemək otağı isə tamamilə dağılmışdı.[43]
1881-ci ildə nəhayət ki, üsyançılar istəklərinə nail olurlar və Çar II Aleksandr Sankt-Peterburq küçələrindən birində öldürülür. Bu hadisədən sonra Qış sarayı heç vaxt həqiqətən yaşayış məkanı olmur. Yeni çar III Aleksandr təhlükəsizlik xidməti qarşısında elə tapşırıqlar qoyur ki, Qış sarayında bu cür yüksək təhlükəsizliyin təmini mümkün olmur.[44] Bundan sonra çar ailəsi Sankt-Peterburqun 64 km-liyində (40 mil) yerləşən Böyük Qatçina Sarayında məskunlaşır. Qış sarayı ilə müqayisədə, 600 otaqlı, meşənin içərisində yerləşən və xəndəklərlə əhatə olunmuş Böyük Qatçina Sarayı rahat bir ailə evi idi.[44] Çar ailəsinin Sankt-Peterburqda əsas malikanəsi Ançikov sarayı təyin edildikdən sonra Qış sarayı yalnız rəsmi məqsədlər üçün istifadə olunur. Sarayın saxlanılması üçün hədsiz qida və şərab sərf edilirdi. Bu qədər çox xərc imperatorun da diqqətini çəkmiş, o, çirklənmədiyi halda masa örtüklərinin hər gün dəyişdirilməməsini, tamamilə istifadə olunmamış şam və sabunların yenisinin qoyulmamasını əmr etmişdi. Hətta omletlərə istifadə olunan yumurtaların miqdarı da azaldılmışdı.[45] Çar saray xərclərini azaltdığı dövrdə, imperial incəsənət kolleksiyasına və Ermitaja yeni sənət əsərləri toplamaqda davam etmişdir. Rəsmən, Ermitaj muzeyinin illik alımlarına 5000 rubl xərclənsə də, çatışmayan məbləğ çarın şəxsi büdcəsindən ödənilirdi.[26]
III Aleksandrın həyat yoldaşı İmperatriça Mariya Fyodrovna (Danimarka Daqmarı) 1885-ci ildə parad zallarının qarşısında, əvvəllər daşla döşənmiş ərazi olan sahədə bağça saldırmışdır. Saray memarı Nikolay Qornostayev sarayın əhəng divarları arasında qranit plitələrlə döşənmiş və fəvvarəli bağ dizayn etmişdir.[26]
1894-cü ildə III Aleksandrdan sonra hakimiyyətə oğlu II Nikolay keçmişdir. Sonuncu çar olan II Nikolay Qış sarayında atası üçün matəm mərasimi təşkil etmiş, həmçinin Aleksandra Fyodorovna ilə dəbdəbəli toy mərasimi də Qış sarayında olmuşdur.[46] Lakin mərasimdən sonra yeni cütlük də Qış sarayında qalmamış, dul imperatriça ilə birgə Ançikov sarayında yaşamışdır. Ançikov sarayında onlar ilkin olaraq altı kiçik otaqda məskunlaşmışdılar.[47]
1895-ci ildə II Nikolay və Aleksandra Çarskoe Seloda özləri üçün yeni sarayın — Aleksandr sarayının əsasını qoyur. Hakimiyyətləri dövründə bu saray onların sevimli yaşayış yeri olur, lakin 1895-ci ildən etibarən qış ərzində çar ailəsi Qış sarayında yaşamağa başlayır. Memar Aleksandr Krasovski sarayın şimal-qərb qanadında yerləşən Qotik kitabxana da daxil olmaqla, bütün otaqların yenidən dizayn edilməsi üçün vəzifələndirilir.[48]
1896-cı ildə II Nikolay Qış sarayında keçmiş parad meydanının yerində, çar ailəsinin şəxsi apartamentlərinin qarşısında yeni bağın (planda 35 nömrə ilə göstərilib) salınması göstərişini verir. Bağı saldırmaqda onun məqsədi insanların şəxsi otaqların pəncərələrinə yaxınlaşmasının qarşısını almaq idi. Bağ, Riqa şəhər bağ və parklarının direktoru olan landşaft memarı Georq Kufaldt tərəfindən dizayn edilmişdir.[49] Bu bağ sarayın dövrümüzə çatmış iki bağından biridir.
II Nikolayın hakimiyyəti dövründə saray həyatı sakitliyi ilə seçilmişdir ki, bunun da səbəbi çariçanın Sankt-Peterburq yüksək cəmiyyətinə inamsızlığı və təbiətdə vaxt keçirməyə meyl etməsidir.[50] İmperatriçanın fikrincə: "Sankt-Peterburq çürük şəhərdir və bu şəhərdə rus özülü yoxdur."[51] İmperatriçanın təsiri ilə əvvəllər tez-yez Qış sarayında təşkil edilən və güclü rus elitası nümayəndələrinin toplaşdığı qəbullar və ballar sona çatdırılmışdır. Ballar Ermitajda keçirilən tamaşalarla əvəzlənmişdir ki, onlar da heç kim üçün "əyləncəli deyildi"[50], bu səbəbdən də qısa zaman sonra tamaşalar dayandırılmışdı.[50]
Qış sarayında sonuncu imperial məclisi 1903-cü il 11 – 13 fevral tarixində I Alekseyin hakimiyyətə gəlməsinin qeyd edilməsi məqsədiylə keçirilən kostyumlu bal (Qış sarayında 1903-cü il balı) olmuşdur. Böyük knyaz Aleksandr Mixayloviç bu hadisəni belə xatırlayır: "imperiya tarixində son tamaşa bal…[lakin] yeni və düşmən Rusiya bala pəncərədən baxırdı…biz rəqs elədiyimiz müddətdə, işçilər qol döyürdülər və Yaxın Şərqdən gələn təhlükəli buludlar getdikcə aşağı enirdilər."[52] Bütün çar ailəsi XVII əsrin zadəgan geyim tərzinə uyğun zəngin paltarlar geyinmiş, bu mərasim üçün xüsusi olaraq Moskva Kremlindən gətirilmiş[53] çox dəyərli, orijinal zinət əşyaları ilə bəzənmişdilər, çar özü I Aleksey kimi, imperatriça isə Mariya Miloslavskaya kimi geyinmişdi, balda imperator ailəsinin birlikdə son fotosu çəkildi.[54]
1904-cü ildə Rusiya Yaponiya ilə müharibəyə başladı və yeni doğulmuş Çareviç Aleksey Nikolayeviç Romanovun xəstəliyi olduğu müəyyənləşdi; rahatlıq və təhlükəsizlik naminə, çar və imperatriça Qış sarayını və elitar cəmiyyəti (imperatriça tərəfindən dekant və əxlaqsız olmaqda günahlandırıldı[55]) həmişəlik tərk edərək Çarskoe Seloya köçdü. Qış sarayı öz möhtəşəmliyi ilə heyrət yaratmaqla Romanovların gücünü və hakimiyyətini təmsil edirdi, çar ailəsinin bu sarayı tərk etməsi isə, hələ süqutundan on il əvvəl sülalənin artıq mövcudiyyət səbəbini itirdiyini göstərirdi.
Romanovlar sülaləsinin süqutu (1905–1917)
redaktəÇar ailəsinin Qış sarayını tərk edib Çarskoe Selodakı Aleksandr sarayına köçməsindən sonra, Qış sarayı əvvəlki əhəmiyyətini itirərək yalnız rəsmi qəbulların keçirildiyi və dövlət işlərinin aparıldığı bir məkana çevrilmişdir.[56] İl ərzində çar ailəsi bir saraydan digərinə köçürdü: Martda ailə Krımdakı Livadia sarayına, mayda Peterhof sarayına (böyük saray yox, dövrümüzə çatmamış və əsas sarayın yerində olmuş XIX əsr villasında) köçürdülər, İyunda imperial yaxta olan Standartda dincəlir, Avqustda Polşanın Spala kəndində vaxt keçirir, Sentyabrda isə yenidən Krımdakı Livadia sarayına qayıdırdılar, Qış düşdükdə isə Çarskoe Seloya dönürdülər.[57]
1912-ci ildə Çar ailəsini yola salmaq üçün toplanmış zadəganlar qarşısında çıxış edən Çar Sankt-Peterburq haqqında fikirlərini dilə gətirərək deyir: "Mən bu bataqlıqda qalan sizlər üçün narahatam."[57] Buna baxmayaraq, Qış sarayı təkcə Çar ailəsinin evi kimi yox, həm də imperiya gücünün simvolu kimi qəbul edilirdi. Bu rolda saray XX əsrin əvvəllərində Rusiya tarixinin bir çox mühüm hadisələrinə şahidlik etmişdir. Bu hadisələrdən üçün Rusiya tarixində mühüm əhəmiyyətə malikdir: 1905-ci il Qanlı Bazar qırğını; 1906-cı ildə Müqəddəs Georq zalında (planda 13 nömrə ilə göstərilib) baş tutmuş ilk Dövlət Dumasının açılışı; 1917-ci ildə Qış sarayının inqilabçılar tərəfindən ələ keçirilməsi.
Qanlı bazar qırğını insanların Qış sarayına hücum edərək Çar hakimiyyəti üçün təhlükə yaratması nəticəsində baş vermişdir. Bu hadisə 22 yanvar [K. T. 9 yanvar] 1905-ci ildə baş vermişdi. Nümayişçilərin sonuncu dəfə gülləbəran edilməsi Müqəddəs İsaak kafedralı yaxınlığında, Aleksandr parkının girişində, Saray meydanında, Qış sarayının qarşısında baş vermişdir. Qırğın, rus ortodoks keşişi və işçi kütlənin tanınmış lideri Qapon atanın, Çarın fundamental dəyişikliklər etməsi və parlament çağırmasını tələb edən 100.000 silahsız işçiyə rəhbərlik edəcəyini açıqladıqdan sonra baş vermişdir.[58] Etirazçılar bilmirdilər ki, saray artıq sakini olmayan imperiya ikonudur və Çar artıq burada yaşamır. Çar keçirilməsi planlaşdırılan etiraz aksiyası haqqında məlumatlandırılmamışdı və bu səbəbdən də etirazçılarla görüşmək və onların petisiyasını qəbul etmək üçün öz nümayəndəsini göndərməmişdi.[58] Bundan əlavə Daxili İşlər Naziri əraziyə əlavə hərbi qüvvə cəlb etmişdi. Etirazçılar saraya yaxınlaşaraq dini ikonalar qaldırmağa və imperiyanın himnini oxumağa başlamışdılar ki, onlara atəş açıldı. İtkilərin sayı haqqında mübahisəli məlumatlar olsa da, orta hesabla 1000 nəfər kişi, qadın və uşağın yaralandığı və öldürüldüyü bildirilir. Sonradan Qanlı bazar qırğını adlandırılan hadisə Oxrana tərəfindən həyata keçirilmiş ciddi səhv addm olmaqla, Çar rejiminin süqutuna aparan yolu daha da qısaltmışdır. Bu qırğın həm də 1905-ci il inqilabı üçün katalizator rolunu oynamışdır.[59]
Həmin dövrdə, Rusiyanın öz siyasətində zərrə qədər də dəyişikliyə yer verməməsi, monarxiya ilə yanaşı Qış sarayının da taleyini təhlükə qarşısında qoymuşdu. 1913-cü ildə Romanovlar sülaləsi hakimiyyətə gəlməsinin 300 illik yubileyini qeyd edirdi, lakin bu hadisəni qeyd etmək üçün toplanan insan kütləsi seyrək olduğundan İmperatriça narazı qaldı və hakimiyyətin varisi xəstələndi. İmperator və imperatriça Qış sarayında bal keçirməkdən imtina etdi və yalnız iki kiçik qəbulla kifayətlənildi ki, bu qəbullarda da imperatriça iştirak etmədi.[60] 1914-cü ildə Rusiya Antantanın üzvü kimi müharibəyə girməyə məcbur oldu. Çar və çariça salutları qəbul etmək və döyüşə gedən ordu birləşmələrini yola salmaq üçün Qış sarayının eyvanına çıxmalı idilər, bu səbəbdən də onlar qısa müddətə saraya köçməyə məcbur oldular. Qəribədir ki, məxmər döşənmiş və bəzənmiş eyvanlarda ailə üzvlərinin ətrafında kütlə qarşısına çıxan Avropa monaxlarından fərqli olaraq, Çar və çariça heç bir bəzəyi olmayan boş eyvanın bir küncündə, rəngləri solmuş və az qala qopan köhnə dövlət gerbi yaxınlığında təkbaşına kütlə qarşısına çıxırdı. Döyüşə yola düşən hərbi birləşmələr İmperator və İmperatriçanı sarayın qarşısından keçərək salamlayırdı, müharibənin gedişində isə sarayın dövlət otaqlarından hospital kimi istifadə olunurdu.
Müharibənin ilkin mərhələsində Rusiya Mazur gölündə və Tannenberqdə ciddi itkilər verir və yaralıların hamısı Qış sarayına qayıdır. 1915-ci ildə saray, tamamilə Çareviç Aleksey Nikolayeviç Hospitalına çevrildi və onun dövlət zallarından palatalar kimi istifadə olunmağa başlandı. Feldmarşallar zalı sarğı otağı, Gerb zalı isə əməliyyat otağı kimi istifadə olunurdu. Kiçik taxt zalı həkimin qəbul otağı idi, lakin daha vacib xəstələr Nikolay zalında qəbul edilirdi. Tibb bacıları sarayın əvvəllər Romanovlar sülaləsi nümayəndələrinə aid olan daha uzaq otaqlarında məskunlaşmışdılar. 1912-ci ildə Qalereya əczaxanaya, İordan pilləkənlərinin vestibülü isə xəstələr üçün yeməkxanaya çevrildi.[61]
Müharibə Rusiya üçün pis nəticələndi və bu nəticələr Sankt-Peterburqa da ciddi təsir etdi. Çar imperatriçanı Çarskoe Seloda tək qoyub, orduya daha yaxşı rəhbərlik edə bilmək üçün cəbhəyə getdi. Bu həm Romanovlar sülaləsi, həm də Çar üçün görünməmiş bir addım idi, belə ki, Çarın yoxluğunda imperatriça sevimlisi Rasputinin məsləhəti ilə tez-tez dövlət xadimlərini işdən çıxarır və yenisini təyin edirdi. 1916-cı ildə Rasputinin zadəganlar tərəfindən öldürülməsindən sonra, qəzəblənən imperatriça daha sərt davranmağa başladı və vəziyyət daha da pisləşdi, bu isə Sankt-Peterburqda inqilab küləklərinin əsməsinə təkan verdi.
Həm müharibə, həm də ölkədəki vəziyyətdən çıxış yolu tapa bilməyən Çar II Nikolay 15 mart 1917-ci ildə qardaşı Knyaz Mixail Aleksandroviçin xeyrinə taxtdan əl çəkməyə məcbur oldu. Knyaz Mixail isə ordu və xalqın dəstəyi olmadan taxta gəlməkdən imtina etdi. Ölkədə Müvəqqəti Hökumət quruldu və Çar, imperatriça və onların uşaqları da daxil olmaqla imperator ailəsinin bir çox üzvləri həbs olundu. Həmin tarixdən sonra Romanovlar sülaləsinin heç bir üzvü Qış sarayında yaşamadı. 1918-ci ildə Yekaterinburqda güllələnənə kimi, II Nikolay, xanımı və uşaqları əsirlikdə saxlanıldı. İmperator sülaləsinin digər üzvləri də ya Çarla eyni taleyi bölüşdülər, ya da ölkədən qaçmağa məcbur oldular.
Müvəqqəti hökumətin mərkəzi kimi (1917)
redaktəRusiya tarixinin Fevral inqilabı adlandırılan mürəkkəb dövründə Qış sarayı yenidən hökumətin mərkəzi olmuş və keçmiş Rusiya imperiyasının ərazisi yenidən bu saraydan idarə edilmişdir. 1917-ci ilin fevralında Aleksandr Kerenskinin rəhbərlik etdiyi Rusiya Müvəqqəti Hökuməti Qış sarayının şimal-qərb küncündə məskunlaşdı və Malaxit zalı iclas zalı kimi istifadə olunmağa başladı. Həmin dövrdə sarayın dövlət zalları hələ də, hərbi hospital kimi istifadə olunmağa davam edirdi.
Hökumət kimi, bu məskunlaşmanın da ömrü qısa olmalı idi. 25 oktyabr 1917-ci ildə Müvəqqəti Hökumət uğursuzluqla üzləşdi və militant bolşeviklərin sarayı hədəfə götürdüklərini öyrənən hökumət onu müdafiə etmək qərarına gəldi.[62] Şəhərdəki bütün hərbi birləşmələr, Kerenski hökumətini "inqilabçı qarnizonu məhv etmək üçün Petroqradı almanlara verməkdə günahlandıran" bolşevikləri dəstəkləyirdi.[62]
Bu halda, əvvəllər çara xidmət etmiş bir neçə sadiq xidmətçinin köməyi ilə saray ətrafında barrikadaların qurulmasına başlanıldı.[62] Bir çox adminstrativ işçi sarayı tərk edərək qaçdı və böyük saray yalnızca bir neçə kazak, kadet və qadın batalyonunda xidmət edən 137 qadın hərbi qulluqçu tərəfindən müdafiə olundu. Saraya gətirilən ərzaq ehtiyatının bolşeviklər tərəfindən ələ keçirilməsindən sonra Qış sarayı öz tarixinin ən ağır günlərini yaşamağa başladı. Sovet tarixşünaslığına görə, Kronştadt şəhərindən yenicə qayıtmış beş min matros saraya hücum etmək üçün əmr gözləyirdi və bu zaman Aurora kreyseri Neva çayında, sarayla üzbəüz öz yerini alırdı. Sudan Petropavlovsk qalasına yaxınlaşan bolşeviklər qalanı ələ keçirdikdən sonra artilleriyanı qalada yerləşdirmiş və ətrafdakı binalara qarşı yönləndirmişdirlər. Artıq çarəsiz qalan Müvəqqəti Hökumət sarayın əvvəllər çar ailəsi üzvlərinə məxsus olmuş otaqlarında gizlənməkdən bezərək[62], sarayın bombardman edilməsindən bir neçə saat əvvəl Saray meydanındakı dövlət binalarından birində bolşeviklərə təslim oldu.[62]
7:00 pm-da hökumətin Malaxit otağında son iclası keçirməsi zamanı telefon və digər vasitələr də daxil olmaqla, xarici aləmlə bütün əlaqələr kəsilmişdi.[62] Sarayı tərk etmədən, bolşeviklərlə müzakirələrə başlamaq haqqında qısa debat baş tutdu, lakin tamamilə əhatə olunmuş sarayın Neva çayına açılan əsas fasadının Aurora krayslerindən açılan atəşlə bombardman edilməsindən sonra Müvəqqəti hökumət ultimatum verməkdən imtina etdi. Daha sonra pulemyotlardan saraya atəş açmağa başlamasıyla bolşeviklər İmperator Həzrətlərinin şəxsi pilləkənindən saraya girməyə çalışdılar. Baş vermiş döyüşlər zamanı hər iki tərəf itki verdi və nəhayət 2:00 am-də bolşeviklər sarayda nəzarəti ələ keçirə bildilər. Keçdikləri bütün otaqlarda dağıdıcı izlər qoyan bolşeviklər, çar ailəsi üzvlərinə məxsus xüsusi otaqlardan biri olan Kiçik yemək otağında (planda 28 nömrə ilə göstərilib) Müvəqqəti hökumət üzvlərinin hamısını tutana kimi sarayda gəzdilər. Krenski bolşeviklərin əlindən qaçaraq Pskovda gizləndi və burada hərbi dəstə yığaraq paytaxtı qaytarmağa çalışdı. Onun döyüşçüləri Çarskoe Selonu ələ keçirə bilsələr də, növbəti gün Pulkovoda məğlub edildilər.
Göz şahidi olmuş bir şahidin sözlərinə görə, hökumətin həbsindən sonra, bolşeviklər bütün şəhərdə kükrəməyə başladılar:
“Saray bolşevik[lər] tərəfindən başdan-ayağa talan və viran edilmişdi...Qiymətsiz rəsm əsərləri çərçivələrindən süngülər vasitəsiylə çıxarılmışdı. Nadir saxsı və farfor nümunələrinin saxlandığı qutular dağıdılmış, içərisindəki sənət əsərləri isə sındırılmışdı. Açıq qalmış kitabxana...talan edilmiş, saraydakı bütün otaqlar kimi, çariçanın otağı da dağıdılmışdı. Nəhəng büllur çilçıraqlar sındırılmışdı. Lövhələr, şəkillər, naxışlar-hər şey dağıdılmışdı.”[62] |
Qış sarayının zirzəmilərində saxlanılan şərab ehtiyatı, şəhərin bir həftə davam edən talanını daha da gücləndirmişdir. Birmənalı olaraq, tarixin ən yaxşı və zəngin şərab kolleksiyası olan[63] bu zirzəmidə bir çox qiymətli şərab nümunələri, o cümlədən Çarın sevimlisi olan, 1847-ci ilə aid dəyərli "Chateau de Calme"[64] şərabları saxlanırdı. Kütlə şərab içməyə o qədər meyl edirdi ki, bolşeviklər çox radikalm həll yolu seçməyə məcbur oldular və şərab ehtiyatı Neva çayına boşaldıldı. Bu, sarayın kanalizasiya yolları ətrafında insan kütlələrinin toplanmasına səbəb oldu. Digər təklif, zirzəmilərin partladılması isə çox təhlükəli idi. Nəhayət, hərbi vəziyyətin elan edilməsi ilə problem həll edildi. Qeyd edilir ki, Petroqrad "ola bilsin ki, tarixin ən böyük içki qonaqlığından ayılaraq, özünü qaydaya salmağa başlamışdır."[64]
Artıq dağıdılmış və lazımslz bina olan Qış sarayı, rejimin təhqir simvolu olmaqla naməlum gələcəyini gözləyirdi. 1920-ci ildə bolşeviklər, tarixi qələbələrinin üçüncü ilini qeyd etmək üçün "Qış sarayına hücum" adlı tamaşa təşkil etmişdilər. Leninin başçılıq etdiyiminlərlə Qımızı qvardiyalının iştirakı ilə təşkil olunmuş və 100.000-dən çox adamın izlədiyi tamaşa Rus İnqilabının "ən məşhur" hadisələrindən biri olmuşdur.
Qəribədir ki, tamaşada açıq buraxılmış arxa qapıdan saraya daxil olan Qırmızı qvardiyalılar köməksiz insanları və əlilləri xilas edirdilər. Bu isə, Sovet dövlətinin doğulmasını simvolizə edirdi. Saraya hücum əməliyyatının təşkilatçılarından və iştirakçılarından biri olan Nikolay Podvoyski tamaşadan o qədər təsirlənmişdi ki, Sergey Eyzenşteynə "Oktyabr" filmini çəkməyi məsləhət görmüşdü. Eyzenşteynin filmində görünən işıqlandırma vasitələri və sair detallar göstərir ki, o hadisənin özündən çox, təkrar səhnələşdirilməsinin təsiri altında olmuşdur.[65][66]
Müasir dövr
redaktə30 oktyabr 1917-ci ildə Qış sarayı ictimai Ermitaj muzeyinin bir hissəsi elan olundu. Qış sarayında keçirilmiş ilk sərgi inqilabın tarixinə həsr olunmuşdur və bu sərgi zamanı ilk dəfə imperator ailəsinin şəxsi otaqları ictimayət üçün açılmışdır.[26] Bu, insanların sarayın hansı dərəcədə zədələnməsinə şahidlik etməsi üçün yaxşı şans idi. Sarayda hospitalın yaradılması zamanı imperiya ailəsi üzvlərinə məxsus otaqların əşyaları təhlükəsizlik üçün Moskvaya aparılmışdı, sarayın mühasirəsi zamanı Ermitaj binasına isə heç bir ziyan dəyməmişdi.
İnqilabdan sonra keçmiş imperiyanın bütün simvollarının, o cümlədən daşyonma, gəcişləmə və metalişləmə nümunələrinin təmizlənməsi tapşırığı qoyulmuşdu.[67] SSRİ dövründə sarayın saxlanmış xəzinəsinə daxil olan eksponatlar Sovet republikalarında yerləşən muzeylər və qalereyalara səpələnmişdir. Bəzi dəyərli sənət əşyaları satılmış, bəziləri isə SSRİ-ni ziyarət etmiş xüsusi qonaqlara hədiyyə edilmişdir. Saray otaqlarını bəzəmiş əsl sənət əsərləri yoxa çıxmış, saray otaqları isə əvvəllər qapalı saxlanan daha az dəyərli eksponatlarla bəzədilmişdi. Bəzi otaqlar əvvəlki adlarını, kiçik və böyük taxt zalları kimi bəzi otaqlar isə imperiya simvollarını və orijinal mebellərini qoruyub saxlasalar da, Alman İncəsənəti zalı kimi əksər otaqlar müasir məzmununa görə tanınmışdır.
1941–1943-cü illər Stalinqradın mühasirəsi zamanı saray ciddi zədələndiyindən, İkinci dünya müharibəsinin başa çatmasından sonra sarayın restavrasiya olunması qərarı verildi və nəticədə saray tamamilə bərpa olundu.[23] Bundan başqa, Rusiya hökuməti SSRİ kimi imperiya simvollarından qaçmadığından, sarayda olmuş bütün imperiya simvolları da bərpa edilmişdir. İkibaşlı taclı qartal simvolları yenidən sarayın divarlarını, eyvanlarını və darvazalarını bəzəmişdir. Qış sarayı artıq imperiyanın mərkəzi deyil və Romanovlar sülaləsinin üzvləri sarayda yaşamır, lakin sarayı bəzəyən iki başlı, taclı qartallar imperiyanın tarixini yaşadır.
Bu gün saray ildə 3.5 milyondan çox ziyarətçisi olan[68], dünyanın ən məşhur və zəngin muzeylərindən biri Ermitaj kompleksinin tərkibinə daxildir.
Sarayın istifadəsi
redaktəSarayın şimal və şərq qanadlarında dövlət otaqları, qərb qanadında isə çar ailəsi üzvlərinin otaqları yerləşirdi, binanın hər dörd küçcündə kiçik otaqlar vardı ki, bu otaqlar da adətən daha kiçik monax nəsli nümayəndələrinin mənzilləri kimi istifadə olunurdu. Bu da sarayın nəhəng zallar və kiçik otaqlardan ibarət qarışıq interyerinin formalaşmasına səbəb olmuşdur. Məsələn, Malaxit zalını Qızılı zaldan ayıran bir neçə istifadəsiz yataq otağı və kabinet buna misal ola bilər, lakin məsələyə başqa kontekstdən yanaşdıqda, Malaxit otağının impretariçanın, Qızılı otağın isə onun gəlinin əsas qəbul otağı olduğu nəzərə alınsa bu iki otağın bir neçə otaq vasitəsiylə bir-birindən ayrılması məntiqli görünür. Oxşar şəkildə sarayın Ağ zalı da, digər iri zallardan, elə İmperator və İmperatriçanın otaqlarından da xeyli uzaqda yerləşir. Bu səbəbdən də, Qış sarayını nəhəng bir saraydan daha çox, kiçik otaqlar və mənzillər vasitəsiylə bir-biri ilə əlaqələndirilmiş bir neçə kiçik saraya daha çox oxşatmaq düzgündür.[69]
Rusiya çarlarının yaşayış yeri olan sarayda çox tez-tez əyləncəli ziyafətlər təşkil edilirdi. Yemək stolunda eyni zamanda 1000 nəfər otura bilirdi, dövlət zalları isə eyni zamanda 10000 nəfəri qəbul edə bilirdi.[70] Bütün otaqlar, zallar və qalereyalar elə işıqlandırılmışdı ki, bayırda temperatur sıfır dərəcə olduqda belə, içəridə işıqlandırmanın yaratdığı effektlə ekzotik bitkilər çiçək açırdı.[71]
Sarayı ziyarət edən rəsmi şəxslər müəyyən edilmiş yoldan istifadə edərək, əvvəlcə saray həyətinə daxil olur, daha sonra cənubdakı fasadda yerləşən mərkəzi arkadan keçərək dövlət qapısından (bəzən səfirlər qapısı da adlandırılırdı) içəri daxil olurdular. Daha sonra sütunlu İordan zalından keçən qonaqar qızılı İmperial pilləkəndən keçərək iki dövlət zalına daxil olurdular. Epifaniya bayramı zamanı çar təntənəli şəkildə "Əsas pilləkən" və ya "İordan pilləkəni" (aşağıdakı saray planında səkkizinci nömrə ilə qeyd edilib) adlandırılan bu pilləkəndən aşağı enər və "Suya xeyir-dua verilməsi" mərasimində iştirak edərdi. Sarayın bu hissəsi XVIII əsr Rastrelli rokoko stilinin saxlandığı nadir nümunələrdəndir, lakin burada nəhəng boz qranit sütunlar XIX əsrdə əlavə edilmişdir.[13]
Sarayın ən mühüm hissələrindən biri Böyük Saray Kilsəsidir (planda 16 nömrə ilə göstərilib). Kilsənin kafedral statusu daşıması bir çox Avropa saraylarından fərqli olaraq Qış sarayında bu məkanın daha ciddi dini status daşımasının göstəricisidir. Ənənəyə uyğun olaraq, Romanovlar sülaləsi nümayəndələrini toyları bu kilsədə baş tuturdu. Hətta gəlinlərin geyimi və maneraları da ənənələr əsasında tənzimlənirdi. Gəlin Malaxit zalından və dövlət zallarından keçərək kilsəyə daxil olurdu.[70]
Çar ailəsi üzvləri sarayın yeganə sakinləri deyildi; bu sarayda ailəyə qulluq edən yüzlərlə xidmətçi yaşayırdı. Onların bir hissəsi sarayı təzə südlə təmin etdiklərinə görə, inək qoxusu ilə seçilirdilər.[72] 1837-ci il yanğınından sonra sarayda heyvan saxlanılmasına son qoyulmuşdu.[73]
İmperial Ermitaj Muzeyi
redaktəII Yekaterinanın ölümündən sonra onun inşa etdirdiyi Ermitaj binası, dəyərli sənət əsərləri toplamağa davam edən Çar ailəsinin şəxsi xəzinəsi kimi istifadə edilirdi. 1850-ci ildə Kristoforo Barbariqonun kolleksiyası saraya gətirilmişdi. Venesiyadan gətirilmiş bu kolleksiyada Tisianın, həmçinin XVI əsr İntibah rəssamlarının əsərləri var idi. Digər Avropa paytaxtlarındakı iri sənət qalereyalarını görən Çar I Nikolay II Yekaterinanın Ermitajının da ictimayətə açıq belə bir muzey kimi formalaşdırılması qərarını verdi.
1839-cu ildə alman memarı Leo von Klenze Ermitaj üçün plan hazırladı, planın icrasını isə Aleksandr Briullov və Nikolay Yefimovun köməkliyi ilə Vasili Stasov həyata keçirdi.[74][75] İcraat işlərində çoxlu memarın iştirak etməsi, onlar arasında tez-tez münaqişələrin yaranmasına və çarın şəxsən münaqişələrin yatırılmasında iştirak etməsinə gətirib çıxarırdı.[76] Nəhayət ki, on bir illik inşaat və dizayn işlərindən sonra 5 fevral 1852-ci ildə Rusiyanın ilk incəsənət muzeyi olan İmperial Ermitaj Muzeyinin açılışı olmuşdu.[26] Binanın əsas fasadında Karl Fridrix Şinkelin memarlıq tərzinin təsiri hiss olunmaqdadır.[74] Üç tərəfdən həyətlə əhatə olunmuş və boz mərmərlə üzlənmiş bina assimetrik planlanma ilə qeyd edilmişdir. Çarın əmri ilə hətta səhər olsa belə, muzeyi ziyarət edənlər xüsusi mərasim geyimində olmalı idilər.[77]
Memarlıq xüsusiyyətləri
redaktəKonstruktiv özəllikləri
redaktəSarayın üç mərtəbəli binasının tərkibinə həmçinin yarımzirzəmi və müxtəlif antresol mərtəbələr də daxildir; ikinci mərtəbənin bir sıra zalları hər iki tərəfdən işıqlandırılır. Əhəngli məhluldan istifadə olunmuş hörgülü divarlar böyük kütləyə malikdir. Sarayın massiv karnizi hələ Rastrellinin dövründən qorunub-saxlanılmış kərpic hörgülü xarici divarlar arasından keçən dəmir skrep və daş fundamentinin üzərində yerləşir. Bütün çat üzərindəki tirlər və zalların üzərindəki tavanlar XVIII əsrdə taxta materiallardan hazırlanmışdı (tavanlar keçə və kətan materiallardan istifadə edilməklə qızdırılırdı). Sarayda baş vermiş yanğına qədər çardaqlarda brandmauer yox idi. Sarayın bərpası zamanı artıq əsas rolu dəmir konstruksiyalar oynamağa başlamışdır. Tikintidə dəmir materialların bu cür kütləvi istifadə edilməsi dünya təcrübəsində çox qeyri-adi bir hal idi.
Mühəndis Matvey Yeqoroviç Klark Qış sarayının damının saxlanılması üçün "tavanlı şprengel" adlı üçkünc tirlərdən, zalların örtülməsi üçün isə "içiboş elliptik tirlərdən" istifadə etmişdir. Şprengel və tirlər Peterburqun məşhur Aleksandrov zavodunda hazırlanmışdı. Buna baxmayaraq, zavodda yalnız iki metal emaletmə texnologiyasından — döymə və tökmədən istifadə olunmuşdu. Zallar üzərində 20 metr enində olan şprengellər və 14 metr tirlər quraşdırılmışdı. Bu cür konstruksiyaların inşasında intuitiv yanaşma riyazi hesablamanı üstələmişdir. Konstruksiyalarda müxtəlif birləşmələr — bolt, pərçim, tiyə və s. tətbiq olunmuşdu; həmçinin qaynaq döymədən də istifadə olunmuşdu, lakin konstruksiyaların deformasiyasından sonra şprengellərin arasında yerdəyişmənin qarşısını almaq məqsədilə rastorlar quraşdırılmışdı. Çardağın istilik izolyasiyasının keyfiyyəti birmənalı olaraq temperatur rejimindən, yəni dəmir konstruksiyaların davranışından asılı idi. 9 avqust 1841-ci ildə böyük qəza baş verdi — sarayın Georgiyev zalında tavan çökür. Bu hadisəni araşdıran komissiya, ikitavrlı tirlərin daşıyıcı divarın "Etibarsız yerlərinə" söykəndiyi nəticəsinə gəlmişdirlər. Zalın bərpasında artıq yalnız şprengellərdən istifadə olunmuşdu. M. Y. Klark Votkin zavodunun yayma üsulu ilə hazırlanmış tavr profilli məmulatın əsasında xüsusi şprengel konstruksiyalarını hazırlamışdı (3 metr hündürlüyündə, 21 metr uzunluğunda və 447 pud ağırlğında). Georgiyev zalının örtülmüş tavanı Rusiyada prokatın istifadəsinin ilk nümunələrindən biri olmuşdu[78]. 1887-ci ildə memar Qornostayevin rəhbərliyi altında deformasiyaya uğramış köhnə konstruksiyaların yenilənməsi və möhkəmləndirilməsi həyata keçirilmişdir. Onların əksəriyyəti hələ də saz və qüsursuz xidmət göstərir.
1840-cı ildə sarayın zirzəmisində yerləşən Ammasov buxarıların köməyi ilə unikal istilik sistemi yaradılmışdı; qızdırılan təmiz hava alov-kanalları vasitəsilə otaqlara daxil olurdu (sonradan bunun əsasında su-hava sistemi yaradılacaqdır). XIX əsrin sonlarında sarayın havalandırma sistemlərinə böyük diqqət ayrılmışdı. Çirkablar hələ Rastrelli tərəfindən hazırlanmış kollektorda akkumulyasiya edilərək Neva çayına axıdılırdı. Sahilyanı küçənin rekonstruksiyasından sonra bu kollektor bağlanılır və saray hələ bir müddət özü bu çirkab axıntıların öhdəsindən gəlməyə məcbur olur. 1886-cı ildə Qış sarayı elektrifikasiya ilə təchiz olunur.
Eksteryeri
redaktəTamamlanmış vəziyyəti ilə, eksteryerinin həll edilməsi, stukko işləmələri və pəncərələrin quruluşuna görə Qış sarayı barokko memarlığının xüsusiyyətlərini daşıyır. Sarayın eksteryeri İmperatriça I Yelezavetanın dövründə tamamlanmış görkəmini qoruyub saxlamışdır. Saray meydanı və Neva çayına baxan iki əsas fasadı həmişə ictimayət üşün əlçatan və görünən olmuşdur. II Nikolay dövründə yaradılmış bağın gizlədilməsi üçün yalnız künc divarların ətrafında qranit hasarlar çəkilmişdir. Ümumilikdə bina, Fransa krallarının Versal sarayı kimi park içərisində yerləşən imarət olmamaqla, şəhər içərisində yerləşən saray xüsusiyyətinə malikdir.
Sarayın arxitektur mövzusu onun həm eksteryerində, həm də interyerində davam etdirilmişdir. Birinci mərtəbə öz hündür pəncərələri ilə digər mərtəbələrdən fərqlənir. Hər bir pəncərə qonşuluğundakı pəncərədən pilyastrlar vasitəsiylə ayrılır. Sarayın uzunluğunu boyunca düzülmüş monoton pəncərə sırasını yalnız simmetrik şəkildə yerləşdirilmiş və az layihələndirilmiş kənarlar və pəncərələrin kiçik portikləri pozur. Bu mövzu sarayın sonrakı inşaat işlərində və saraya edilən əlavələrdə qorunub saxlanmışdır.
Sarayın eksteryerində yeganə dəyişiklik onun fasad rəngində olmuşdur: müxtəlif dövrlərdə saray müxtəlif rənglərə boyanmışdır. XVIII əsrdə bina qızılı sarı rənglə boyanmış və ornamentlər isə ağ rənglə işlənmişdir. I Nikolayın hakimiyyəti dövründə 1837-ci ildə bina bozumtul qırmızı rəngə boyanmış və bu rəng inqilab və ilkin Sovet dövrünə kimi qalmışdı. İkinci dünya müharibəsindən sonra sarayın restavrasiyası zamanı, Sovet dövründə bərpa edilmiş barokko stilli bütün binalar kimi (məsələn Sovet dövründə bərpa edilmiş Stroqanov sarayı da yaşıl və ağ rənglərlə boyanmışdır) Qış sarayı da yaşıl rənglə boyanmış, naxışlar isə ağ rənglə işlənmişdir.
Daxildən saray barokko və klassisizmin kombinasiyası təsirini bağışlayır. Rastrellinin rokoko interyer dizaynının bəzi hissələri də saxlanılmışdır: yalnız İordan pilləkəni və Böyük kilsə original stilində dövrümüzə çatmışdır. Sarayın original quruluşunda əsas dəyişikliklər II Yekaterinanın hakimiyyətinin son illərində, onun himayə etdiyi memarlar Starov və Kvarenqi tərəfindən həyata keçirilmişdir ki, bununla da Rastrellinin memarlıq üslubu məhv edilmişdir. II Yekaterina həmişə son dəblə ayaqlaşmağa çalışırdı və 1760-cı illərdə Avropa saraylarında dəbdə olan neoklassik üslub onun zamanında geniş şəkildə Sankt-Peterburq saraylarında da tətbiq olunmağa başlamışdı.[3] Sarayların memarlıq quruluşlarında neoklassik dəyişikliklər sonradan II Yekaterinanın nəvəsi I Nikolayın hakimiyyəti dövründə də həyata keçirilmişdir.
Kvarenqi Sankt-Peterburqda neoklassik stilin əsas təmsilçilərindən biri idi.[3] Onun Karl İvanoviç Rossi və Ogüst Monferranla birgə Sankt-Peterburqda həyata keçirdiyi memarlıq layihələri şəhəri bir "İmperiya Şəhəri"nə çevirmişdi. Monferran təkcə bəzi Sankt-Peterburq saraylarının neoklassik interyerini işləməmiş, həm də Rossi tərəfindən dizayn edilmiş Saray meydanında Aleksandr sütununun layihəsini hazırlamışdır.
Dam və fasadın rəngi
redaktəSaray fasadının koloristik qamması bir neçə dəfə dəyişdirilmişdi[79]. Daha sonrakı sənədlərdə "ağ solğun-sarı ilə", "yabanı daş rəngi" və buna bənzər digər adları görmək olar. Eyni zamanda saray tavanının mis elementləri pas atmaması üçün qalaylanmışdır. İlkin dövrdə sarayın fasadı yüngül oxra rəngində işlənmiş, naxışlar isə əhənglə boyanmışdı. İnşaat idarəsinin sənədlərində qeyd olunur ki, bu nəticənin alınması üçün əhəng, təbaşir, oxra və çerlendən (işlənildikdən sonra piqment kimi istifüadə olunan qırmızı torpaq) istifadə olunmuşdur.
Sarayın divarları xaricdən sarımtıl-qum rəngində, ornamentləri isə bəyaz əhənglə boyanmışdı. memar Bartolomeo Rastrelli[80] |
1816-cı ildə ağ-boz rəngli damı qırmızı rəngə boyanması istisna olunarsa, saray fasadının rənglərində 1837-ci ildə baş vermiş yanğına qədər əsaslı dəyişikliklər baş verməmişdir. Yanğından sonrakı təmir işləri zamanı divarın koloriti tosna əhənginin, oxranın, italyan mumyosununun və Olonets torpağının birgə inqridiyentlərindən hazırlanmış və fil dişi çalarını xatırladan rənglə, binanın tavanı isə ona qonur-qırmızı rəng çaları bəxş edən Surik qırmızı dəmir tozu ilə boyanmışdır.
1850–1860-cı illərin ortalarında, imperator II Aleksandrın hakimiyyəti dövründə saray fasadının koloriti dəyişdirilir. Oxra daha qatı və sıx komponentlə divara çəkilir. Order sistemi və plastik dekorun üzərinə əlavə rəng vurulmur, əksinə ona daha yüngül tonal üzlük çəkilir. Beləliklə binanın fasadı monoxrom qəbul edilir.
1880-ci ildə imperator III Aleksandrın dövründə fasadın raskoloritləşdirilməsi iki ton üzrə hazırlanır: qırmızı piqmentin əlavə edilməsi ilə qatı oxralı güclü ifadə və daha yüngül terrakot tonallığı. II Nikolayın 1897-ci ildə çar elan olunmasından sonra o "öz bağının hasarlarının rəngi kimi" — yəni qırmızı qum rəngində fasadın boyanması üzrə hazırlanmış layihəni təsdiqləmişdir. Elə saray meydanının ətrafında yerləşən bütün binalar da həmin bu rəngdə boyanmışdır, bu da o zamankı bir çox memarlar tərəfindən müsbət qarşılanmışdı. 2011-ci ildə restavrasiya zamanı Ermitaj qarajının divarları məhz bu rəngdə boyanmışdı.
Sarayın kərpici-terrakot rəngi düz 1920-ci illərin sonuna kimi saxlanılmışdı və daha sonra fasadın yeni raskolorlaşdırılması üçün müxtəlif eksperimentlər aparılmışdı. 1927-ci ildə sarayı boz rəngə, 1928–1930-cu illərdə isə qəhvəyi-boz çalarlarda boyamağa cəhd edilmişdi. 1934-cü ildə sarayı narıncı yağlı boya ilə rənglənmək təklif olunmuşdur, ancaq yağlı boya daş, suvaq və stükkoya mənfi təsir göstərmişdir. Buna görə də, 1940-cı ildə həmin yağlı boyanın silinməsi haqqda qərar qəbul edilmişdir.
Böyük Vətən müharibəsinin başlamasından sonra, sarayın maskirovkası ilə əlaqədar olaraq onun divarları qayıdıcı yapişqan boz rənglə boyanır. 1945–1947-ci illərdə Leninqradın baş memarı N. V. Baranovun, Abidələrin Mühafizəsi üzrə Dövlət Müfəttişliyi rəhbəri N. N. Belexovanın, Leninqrad Şəhər İcraiyyə Komitəsinin nümayəndələrinin, Dövlət Tikinti Nəzarətçilərinin, Dövlət Ermitajı və elmi məsləhətçilərinin birgə səyi ilə yaradılmış komitədə saray divarlarının xrom oksid və əlavə olunmuş zümrüd piqmenti ilə, sütun, karniz, pəncərə çərçivələri — ağ rənglə, dekor, kartuş və kapitelləri isə oxra rəngi ilə boyanması qərara alınmışdı.
1960-cı ildən ənənəvi əhəngli boyaların əvəzinə saray rənglənməsi zamanı sintetik boyalar tətbiq edilmişdir. Sintetik birləşmələr dekor, suvaq və təbii daşlara birbaşa neqativ təsir göstərir. 1976-cı ildə Ümumittifaq Mərkəzi Araşdırma laboratoriyasının təklifi ilə əlaqədar olaraq boya örtüklü heykəllərin səthini təmizləyərək, o zamanlar aqressiv ekoloji təsirlərə qarşı təbii müdafiə hesab olunan natural patina üzlüyünün əmələ gəlməsi barədə qərar qəbul edilmişdi. Hal-hazırda misin səthinin qorunması məqsədilə rəngarəng xüsusi kompozisiya hesab edilən korroziyaya qarşı inhibitordan istifadə olunur.
Altmış beş il ərzində şəhər ictimaiyyət və hakimiyyət içərisində Saray fasadının rəngləri barədə müəyyən stereotip fikir formalaşmışdı, lakin Ermitaj elmi heyətinin fikrincə, hal-hazırda saray fasadının rəng palitrası bədii görünüşə uyğun deyil və bununla əlaqədar sarayın ilkin rəng-kompozisiyasını yenidən qaytarmaq üçün onlar müxtəlif təkliflər irəli sürürlər[81].
İnteryeri
redaktəQış sarayının 1,500 otağı, 1,786 qapısı və 1,945 pəncərəsi vardır.[82] Saray meydanına baxan əsas fasadın uzunluğu 150 m (500 ft), hündürlüyü isə 30 (100 ft) metrdir.[3] Birinci mərtəbədə bürokratik iş ofisləri, ikinci mərtəbədə isə yüksək rütbəli dövlət xadimləri və saray əyanlarının otaqları yerləşir. İmperator ailsəi üzvlərinin yaşayış otaqları və əsas parad zalı da birinci mərtəbədə yerləşir. Yüksək dövlət məhkəməsi tərəfindən istifadə olunan otaqlar isə İordan pilləkəninin iki tərəfində yerləşirdi. Çariça I Yelezavetanın Nevanın qərbində yerləşən barokko suitası 1790–1793-cü illərdə Cakomo Kvarenqi tərəfindən tamamilə yenidən işlənmişdir. O, beş dövlət zalından ibarət enfiladanı yenidən dizayn edərək üç böyük zala çevirmiş və zalları süni mərmər sütunlar, barelyeflər və heykəllərlə bəzəmişdir.[83]
II Yekaterina üçün inşa edilmiş ikinci suita isə Böyük saray kilsəsindən cənubda yerləşirdi. 1787–1795-ci illərdə Kvarenqi bu suitaya yeni bir şərq qanadı əlavə etmişdir ki, bu qanadda da böyük taxt zalı olan Müqəddəs Georgi zalı yerləşirdi[83] və bu zal Qış sarayından daha çox, Yekaterina tərəfindən inşa etdirilmiş Ermitajla əlaqəli idi. 1820-ci illərdə Napoleonun Rusiyaya hücumunun dəf edilməsinin qeyd edilməsi üçün silsilə otaqların yaradılması ərəfəsində Hərbi Qalereya təşkil edilərkən bu süita da dəyişikliyə uğramışdır. 1826-cı ildə, I Nikolayın hakimiyyəti dövründə, I Aleksandra həsr edilmiş və və Karlo Rossi tərəfindən dizayn edilmiş qalereya yaradılmış və bu qalereyanın açılışı 25 oktyabr 1826-cı ildə baş tutmuşdur.[84] 1812-ci ildə çar Fransanın məğlub edilməsində iştirak etmiş 332 generalın portretini sifariş etmişdir. Sifarişi alan rəssam isə ingilis portret rəssamı Briton Corc Dou olmuşdur ki, o da Aleksandr Polyakov və Vilhelm Qolikin köməyindən istifadə etmişdir.[26]
I Nikolay həmçinin, Saray meydanına baxan fasadın əsas hissəsini tutan Döyüş qalereyalarının (planda 19 nömrə ilə göstərilib) yaradılmasına nail olmuşdur. Onlar 1812-ci ildən əvvəlki rus qələbələrinin şərəfinə Aleksandr Bryullov tərəfindən işlənmişdir. Maraqlıdır ki, fransızların məğlub edilməsi şərəfinə yaradılmış bu otaqların qonşuluğunda I Napoleonun oğulluğu və Çarın kürəkəni olan Luxtenberq hersoqu Maksimilian evliliyinin ilk günlərində yaşamışdır.[85]
-
Konsert zalı
-
İmperatriça Mariya Aleksandrovnanın buduarı
-
Romanovlar qalereyası
Saray incəsənətdə
redaktə- Rejissor Aleksandr Sokurovun montajsız, bir dubla çəkilmiş "Rus mücrüsü" filmində bütün hadisələr Qış sarayının içində baş verir.
- Saray "Rasputin" filmində göstərilmişdir (çəkilişlər sarayda aparılmışdır).
- Saray "Oktyabr" filmində göstərilmişdir (çəkilişlərin bir hissəsi sarayda aparılmışdır).
- Saray "Qırmızı zınqırov. Film 2. Mən yeni dünyanın doğuluşunu gördüm" filmində göstərilmişdir (çəkilişlər sarayda aparılmışdır).
- Sarayın "Anastasiya" cizgi filmində göstərilməsi fikri doğru deyildir, həmin cizgi filmində Çarskoe Selodakı Böyük Yekaterina sarayı göstərilmişdir.
- Saray "Anastasiyanın sirləri" cizgi filmində göstərilmişdir, lakin həmin cizgi filmində sarayın Moskvada yerləşməsi bildirilir ki, bu da həqiqət deyildir.
- Saray "Red Alert 3" kompüter oyununun missiyalarından biri üçün modelləşdirilmişdir.
- Serial "Yazıq Nastya" serialında göstərilmişdir. Serialın girişində Mariya Aleksandrovnanın moruğu otağı, Müqəddəs Georq zalı və bal zalı görünür, həmçinin serialın özündə də tez-tez saray göstərilir.
İstinadlar
redaktə- ↑ The numbering of the Winter Palaces varies. Most referees used in the writing of this page refer to the present palace as the fourth. That is: Trezzini, 1711 (I); Mattarnovy, 1721 (II); Trezzini, 1727 (III) and Rastrelli, 1732 (IV). Thus to agree with the majority and because these four versions were "palaces" each differing from the last rather than recreations, this will be the numbering used here. However, other sources count the log cabin of Peter the Great as the first palace, while others discount Trezzini's 1727 rebuilding and others count the 1837 reconstruction as a 5th Winter palace. One source Arxivləşdirilib 2007-11-26 at the Wayback Machine (not used here) numbers a temporary wooden structure erected to house the court during the building of the present palace.
- ↑ 1721-ci ildə I Pyotr imperator titulunu qəbul etsə də, tədqiqatçılar Rusiya hökmdarları üçün imperator sözü ilə yanaşı çar sözü və həmin sözlərin qadın formalarını işlədirlər.
- ↑ 1 2 3 4 5 Budberg, p. 200.
- ↑ Massie 1981, pp. 234–243
- ↑ Massie 1981, pp. 355–366
- ↑ 1 2 3 4 Petrakova
- ↑ Swiss Architecture on the Neva. Trezzini, catalogue of works. 1711
- ↑ Budberg, p. 194.
- ↑ Budberg, p. 196.
- ↑ 1 2 Cowles, p. 49.
- ↑ 1 2 Cowles, p. 58.
- ↑ Hughes, p. 216.
- ↑ 1 2 Budberg, p. 198.
- ↑ Patrakova
- ↑ Cowles, p. 65.
- ↑ Cowles, p. 64.
- ↑ Ward, pp. 93–94.
- ↑ Cowles, p. 68.
- ↑ Brumfield, William Craft. Gold in azure: one thousand years of Russian architecture. D.R. Godine. October 1983. səh. 264. 13 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 April 2011.
- ↑ Orloff, Alexander, and Shvidkovsky, Dmitri. Saint Petersburg: Architecture of the Tsars. New York: Abbeville Press. 1996. ISBN 0-7892-0217-4.
- ↑ Cowles, p. 98.
- ↑ 1 2 Amery, Colin; Curran, Brian. St Petersburg. Frances Lincoln Ltd. 2006. səh. 56. ISBN 978-0-7112-2492-6. 10 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 April 2011.
- ↑ 1 2 Budberg, p. 201.
- ↑ 1 2 3 4 Cowles, p. 90.
- ↑ "1787: Purchase of the John Lyde-Brown collection, London". State Hermitage Museum. 21 June 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 April 2011.
- ↑ 1 2 3 4 5 6 7 "The Great Hermitage". State Hermitage Museum. 6 June 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 April 2011.
- ↑ 1 2 3 Cowles, p. 93.
- ↑ Kluchevsky, vol IV, p. 356.
- ↑ Norman, pp. 3–5.
- ↑ Cowles, p. 95.
- ↑ Cowles, p.119.
- ↑ Cowles, p.117.
- ↑ Cowles, p. 121.
- ↑ Crankshaw, Edward. The shadow of the winter palace: Russia's drift to revolution, 1825–1917. Viking Press. 1976. səh. 53. ISBN 978-0-670-63782-9. 24 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 April 2011.
- ↑ 1 2 Norman, pp. 70–71.
- ↑ "Valse des fleurs". Sitwell, Sacheveral. 2015-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2014.
- ↑ 1 2 3 "The Fire of 1837 and Restoration of the Winter Palace". State Hermitage Museum. 2011-06-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2014.
- ↑ de Custine, p. 50.
- ↑ Hayward, Richard Mowbray. Russia Enters the Railway Age, 1842-1855. Boulder: East European Monographs. 1998. 42–47. ISBN 0-88033-390-1.
- ↑ Cowles, p. 167.
- ↑ "1914: Purchase of Leonardo da Vinci's Madonna with a Flower (Benois Madonna)". State Hermitage Museum. 2010-06-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2014.
- ↑ Cowles, p. 208.
- ↑ 1 2 3 4 Cowles, p. 209.
- ↑ 1 2 Cowles, p. 216.
- ↑ Cowles, p. 221.
- ↑ Kurth, p. 50.
- ↑ Massie 1967, p. 61.
- ↑ Varshavskiĭ, Sergeĭ Petrovich; Rest, B. The ordeal of the Hermitage: the siege of Leningrad, 1941–1944. Aurora Art Publishers. 1985. səh. 234. ISBN 978-0-8109-1406-3. 11 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 April 2011.
- ↑ Kāvere, Anne. Rīgas dārzu arhitekts Georgs Kūfalts (Latvian). Riga: Jumava. 2007. 107–108. ISBN 978-9984-38-349-1. OCLC 191090541.
- ↑ 1 2 3 Cowles, p. 247.
- ↑ Radziwill, pp 158–59
- ↑ Maylunas, p. 226.
- ↑ Maylunas, p. 227.
- ↑ Kurth, p. 64.
- ↑ Cowles, p. 246.
- ↑ Kurth, p. 94.
- ↑ 1 2 Massie 1967, p. 169.
- ↑ 1 2 Kurth, p. 78.
- ↑ Kurth, p. 81.
- ↑ Cowles.
- ↑ "1914: Start of World War I. A hospital is opened in state rooms of the Winter Palace". State Hermitage Museum. 2011-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2014.
- ↑ 1 2 3 4 5 6 7 "How the Bolsheviks took the Winter Palace". The Guardian. UK (eyewitness account of the storming of the Winter Palace). 2012-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04 aprel 2014.
- ↑ Figes, Orlando. A people's tragedy: the Russian Revolution, 1891–1924. Penguin Books. March 1998. səh. 494. ISBN 978-0-14-024364-2. 24 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 April 2011.
- ↑ 1 2 Figes, Orlando. "Storming the Palace". Cambridge University, PBS. 2014-10-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 04 aprel 2014.
- ↑ Bolshevik Festivals, 1917–1920 by James Von Geldern accessed 5 December 2008
- ↑ Taylor, Richard. Film Propaganda: Soviet Russia and Nazi Germany. London: Croom Helm Ltd., 1979. 92–94, 101.
- ↑ Brown, Douglas. Doomsday 1917: the destruction of Russia's ruling class. Putnam. 1976. səh. 60. ISBN 978-0-399-11615-5. 23 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 April 2011.
- ↑ "St Petersburg: Swiss Architecture on the Neva (Domenico Trezzini 1727)". Presence Switzerland, Berne, Switzerland. səh. 4. 2008-12-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 04 aprel 2014.
- ↑ "The Winter Palace and museum". Saint-Petersburg.com. 2022-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2014.
- ↑ 1 2 Maylunas, p. 110.
- ↑ Cowles, p. 164.
- ↑ King, p. 169.
- ↑ Cowles, p. 169.
- ↑ 1 2 Watkin, David. A history of Western architecture. Laurence King Publishing. 5 September 2005. səh. 504. ISBN 978-1-85669-459-9. 24 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2014.
- ↑ Persianova, Olʹga. The Hermitage: room-to-room guide. Aurora Art. 1979. 2017-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2014.
- ↑ "Construction of the Public Museum". State Hermitage Museum. 2011-06-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2014.
- ↑ Cowles, p. 160.
- ↑ С. В. Снятков, С. Г. Фёдоров, В. Б. Загорский // Шпренгельные металлические покрытия Зимнего дворца // Памятники науки и техники. 1989
- ↑ "В. В. Ефимов «Колорит фасадов Зимнего дворца»". 2014-01-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-10.
- ↑ РГИА, ф.470, оп.5, д.477, л.147
- ↑ Т. В. Праздникова "Архитектура, реставрация, дизайн и строительство" № 2 (38) 2008 г.
- ↑ Figures from King, page 169. These figures are widely quoted. However, while the figure of 1,783 windows is likely, a figure of 1,500 rooms would have to include windowless basement rooms, multiple servants rooms in the attics and closets etc. Compare the 2000 rooms in the Vienna Hofburg and 1400 rooms of Schönbrunn, which is much smaller than the Winter Palace. Available plans given by the Hermitage Museum and the original 18th century plans do not show 1,057 rooms. Cowles, p88, claims the Winter Palace had 1,500 rooms, prior to the erection of the adjoining Hermitage.
- ↑ 1 2 "Catherine II (1762–1796)". State Hermitage Museum. 24 June 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 April 2011.
- ↑ Saint Petersburg Sights: a travel guide to the top 50 attractions in St. Petersburg, Russia (Mobi Sights). MobileReference. səh. 84. ISBN 978-1-60778-932-1. 4 July 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 April 2011.
- ↑ Ermitaj Muzeyinin saytında verilmiş məlumata görə hersoq bu otaqlarda 1839-cu ildə çarın qızı Mariya Nikolayevna ilə evləndikdən sonra yaşamışdır.
Ədəbiyyat
redaktə- Budberg, Moura. Great Palaces (The Winter Palace. Pages 194–201). London: Hamlyn Publishing Group Ltd. 1969. ISBN 0-600-01682-X.
- Cowles, Virginia. The Romanovs. London: William Collins,Sons & Company Ltd. 1971. ISBN 000211724X.
- de Custine, Marquis. Russia (Abridged from the French). London: Longman, Brown, Green and Longmans. 1854.
- "Explorations in Saint Petersburg". interKnowledge Corp. 1996–2005. İstifadə tarixi: 20 April 2008.
- Hughes, Lindsey. Russia in the Age of Peter the Great. New Haven, Connecticut: Yale University Press. 1998. ISBN 0-300-07539-1.
- Vasily Klyuchevsky. A History of Russia (transl. C J Hogarth). London: Dent. 1926.
- King, Greg. The Court of the Last Tsar. John Wiley & Sons. 2006. ISBN 0-471-72763-6.
- Kurth, Peter. Tsar: The Lost World of Nicholas and Alexandra. London: Little, Brown and Company (UK) Ltd. 1995. ISBN 0-316-50787-3.
- Malone, Richard. Analysing The Russian Revolution (2). Australia: Cambridge University Press. 2009. ISBN 0-521-76608-7.
- Andrei Maylunas, Sergei Mironenko. A Lifelong Passion. London: Orian Publishing Group Ltd. 1996. ISBN 0-297-81520-2.
- Norman, Geraldine. The Hermitage: The Biography of a Great Museum. New York: Fromm International Publishing. 1998. ISBN 0-88064-190-8.
- Massie, Robert K. Nicholas and Alexandra. New York: Atheneum. 1967.
- Massie, Robert K. Peter the Great: His Life and World. New York: Ballantine Books. October 1981. ISBN 0-345-29806-3.
- Radziwill, Princess Catherine. Nicholas II, The Last of the Czars. London: Cassell. 1931.
- The Russian Revolution A Gallery Of Photos Arxivləşdirilib 2010-04-17 at the Wayback Machine Retrieved 04 aprel 2014. Published by Oksanas's Ltd. 2006.
- The State Hermitage Museum Arxivləşdirilib 2007-02-08 at the Wayback Machine retrieved 04 aprel 2014. Published by The State Hermitage Museum.
- Mackenzie Stuart, Amanda. Consuelo and Alva. Harper Collins. 2005. ISBN 0-00-721687-4.
- Petrakova, A Russian Antique Arxivləşdirilib 2008-12-16 at the Wayback Machine Published 3 October 2001. Retrieved 10 November 2008.
- Stuart, D. Dear Duchess: Millicent, Duchess of Sutherland (1867–1955). London: Victor Gollancz Ltd. 1982. ISBN 0-575-03020-8.
- Vorres, Ian. The Last Grand Duchess (3). London: Finedawn Publishers. 1985. ASIN B0007BI2NE.