Qipqirmizi Qizil Film 2003 - Wikipedia
Qıpqırmızı qızıl (fars. طلای سرخ) — Cəfər Pənahinin 2003-cü ildə dram janrında çəkdiyi film. Film 56-cı Kann kinofestivalında jürinin "xüsusi baxış mükafatı"na layiq görülüb.
Qıpqırmızı qızıl | |
---|---|
fars. طلای سرخ | |
Janr | dram |
Rejissor | Cəfər Pənahi |
Prodüser | Cəfər Pənahi |
Ssenari müəllifi | Abbas Kiarostami |
Baş rolda | Hüseyin İmadəddin Azita Reyedji Şahram Vəziri |
Bəstəkar | Peyman Yazdaniyan |
Montajçı | Cəfər Pənahi |
Distribütor | Netflix |
İlk baxış tarixi | 2003 |
Müddət | 95 dəqiqə |
Ölkə | İran |
Dil | fars |
İl | 2003 |
Rəng | rəngli |
IMDb | ID0371280 |
Sujet
redaktəFilm zərgərlik mağazasının qarəti səhnəsi ilə başlayır. Hüseyin tabe olmayan mağaza sahibinə atəş açır. Sonra isə o siqnalizasiyanın işə düşməsinə görə tələyə düşdüyünü anlayır və çıxılmaz vəziyyətdə qaldığına görə özünü öldürür. Sonra isə film qəlbində özünün cəmiyyətdəki aşağı statusuna görə sıxılan, pitsa kuryeri olan Hüseyinin həyat hekayəsini göstərmək üçün iki gün əvvələ qayıdır.
Rollarda
redaktə- Hüseyin İmadəddin — Hüseyin
- Kamyar Şeysi — Əli
- Azita Rayedji — Hüseyinin həyat yoldaşı
- Şahram Vəziri — zərgər
- Ehsan Amani — çayxanadakı kişi
- Puranq Nakxael — varlı
- Kave Nəcmabadi — satıcı
- Sabir Safael — gənc əsgər
Çəkilişlər
redaktəBaş rolun fiaçısı olan Hüseyin İmadəddin peşəkar aktyor olmayıb və həyatda doğrudanda pitsa kuryeri işləyir. Bundan başqa o həm də paranoid şizofreniyasından da əziyyət çəkirdi buna görə də çəkilişlərin aparılması zamanı bəzi çətinliklər olur. İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi filmdə bəzi səhnələrin kəsilməsini tələb etsə də Pənahi bununla razılaşmır və filmdə heç bir dəyişiklik etmir. Nəticədə film İranda qadağan olunur. Bu qadağa hələ də davam edir[1]
Mükafatlar
redaktə- 2003-cü ildə Kann kinofestivalında jürinin "Xüsusi baxış" mükafatına layiq görülüb.
- 2003-cü ildə Beynəlxalq Çikaqo kinofestivalında "Qızıl Hüqo" mükafatına layiq görülüb.
- 2003-cü ildə Tbilisi kinofestivalında "Qızıl Prometey" mükafatına layiq görülüb.
İstinadlar
redaktə- ↑ "Public enemy" Arxivləşdirilib 2022-08-30 at the Wayback Machine, by Xan Brooks. The Guardian, 2 Sentyabr 2003. Accessed Nov 29, 2012.