Qirgizistan Muxtar Sovet Sosialist Respublikasi 1920 1925 - Wikipedia
Qırğızıstan Muxtar Sovet Sosialist Respublikası (1920–1925) — Qazaxların RSFSR tərkibində milli muxtariyyət əldə etdikləri muxtar qurumdur( (rus.) Киргизская Автономная Социалистическая Советская Республика, Kirgizskaya Avtonomnaja Sotsialisticheskaya Sovetskaya Respublika). 1925-ci ilə kimi mövcud olan bu qurum tarixi Qazax ərazilərində yerləşdiyi üçün həmin dövrdən sonra Qazaxıstan Muxtar Sovet Sosialist Respublikası adlanmağa başladı.
Tarixi dövlət | |||||
Qırğızıstan Muxtar Sovet Sosialist Respublikası | |||||
---|---|---|---|---|---|
Qırğızıstan Muxtar Sovet Sosialist Respublikası | |||||
|
|||||
|
|||||
Paytaxt | Orenburq |
Paytaxtı Orenburq şəhəri idi və bugünkü müstəqil Qazaxıstan Respublikasının ərazisində yerləşirdi.
Tarix
redaktə1920-ci il 26 avqustda RSFSR tərəfindən paytaxtı Orenburq olan "Qırğız (Qazaxıstan) Muxtar Sovet Sosialist Respublikasının yaradılması" haqqında sərəncam imzalandı. Muxtar Respublika Ural, Turqay və Semipalatinskoy vilayətlərinin, Zakaspiysk vilayətinin şimal hissəsinin (Adayevskiy mahalı) , Bukey ordasının və Orenburq quberniyasının cənub hissələrinin əhalisi olan qırğız-qaysaqlardan (qazaxları o dövrdə belə adlandırırdılar) formalaşmışdı.
1921-ci il Mərkəzi İcraiyyə Komitəsinin 17 yanvar qərarı ilə Omsk quberniyasının Akmolinski, Atbasarski, Kokçetavski və Petropavlovski mahalları ayrılaraq Akmolinski quberniyasını formalaşdırmışdılar.
Mərkəzi İcraiyyə Komitəsinin 10 iyun 1921-ci il qərarı ilə Qırğızıstan MSSR ilə Sibir arasında sərhəddlər müəyyənləşdirildi. (İssil-Kul stansiyası Qırğızıstan MSSR ərazisində idi həmin dövrdə).
Sərhəd xətti şərqdən İssil-Kuldan keçməklə Petropavlovsk mahalı ilə həmsərhəd oldu. Daha sonra rus bölgələrinə keçməmək şərtilə ərazinin şimal sərhədləri Kiçi-Kara və Ulkun-Kara oldu. Eləcə də, rusların daha çox məskunlaşdığı Orexovskaya, Dobrovolskaya, Moiseevskaya, Russko-Polyanskaya, Novo-Sanjarovskaya, Çernousovskaya, Stepanovskaya, Kotelnikovskaya ərazilər Qırğızıstan MSSR-in tərkibinə verilmişdi.
1 oktyabr 1921-ci ildə Omsk quberniyasının Omsk mahalının 15 rayonu Qırğızıstan MSSR-in tərkibinə qatıldı.
Mərkəzi İcraiyyə Komitəsinin 12 yanvar 1922-ci il tarixli qərarı ilə İsssil-Kul Qırğızıstan MSSR-in tərkibindən çıxarılaraq RSFSR-in Sibir sərhəddlərinə qatıldı.
15 may 1923-cü ildə respublikanın tərkibinə daxil olan bölgələr:
- Adayev mahalı — Birbaşa respublika tabeli
- Akmola (Astana) quberniyası — Akmola mahalı, Atbasar mahalı, Çerlaksk mahalı, Kokçetavsk mahalı, Petropavlovsk mahalı.
- Aktubin (Aqtöbe) quberniyası — Akbulak rayonu, Aktubin rayonu, İrgiz rayonu, Mojarov rayonu, Temirov rayonu, Uils rayonu.
- Bukeev quberniyası (Bukey ordası) — 1-ci sahil bölgəsi, 2-ci sahil bölgəsi, Kalmık bölgəsi, Narım rayonu, Kamışsamar rayonu, Talov rayonu, Torqunov rayonu, Azad qəsəbələr.
- Kustanay (Qostanay) quberniyası — Adamov rayonu, Borov rayonu, Vsexvyatskiy rayonu, Denisov rayonu, Kustanay rayonu, Semnozerskiy rayonu, Turqay rayonu, Fyodorov rayonu.
- Orenburq quberniyası — İlets rayonu, İsayevo-Dedovskiy rayonu, Krasnoxolmskiy rayonu, Orenburq rayonu, Orsk rayonu, Petrov rayonu, Pokrovsk rayonu, Şarlık-Mixaylovskiy rayonu.
- Semipalatinskaya quberniyası — Zaysan rayonu, Kar-Karalinsk rayonu, Pavlodarskiy rayonu, Semipalatinskiy rayonu, Ust-Kamenoqorsk rayonu.
- Ural quberniyası — Buxtarmin rayonu, Quryevsiy rayonu, Canbeytin rayonu, Kalmıkov rayonu, İlek rayonu, Ural rayonu.
Mərkəzi İcraiyyə Komitəsinin 21 oktyabr 1924-cü il qərarına əsasən Qırğızıstan MSSR-in tərkibinə Tok-Suransk kantonu və Zilairsk kantonunun İmanqulov bölgəsi verilmişdir (əvvəllər Başqırd MSSR-in tərkibində olublar).[1]
|
1924-cü ildə Cetısuysk bölgəsinin şimal hissələri, Sırdarinsk və Səmərqənd bölgələri də buraya birləşdirildi. Nəticədə Cetısuysk və Sırdarinsk quberniyaları yarandı. 1925-ci ilin fevralında Aral gölünün cənub sahillərində Qırğızıstan MSSR-in tərkibində olmaq şərtilə Qaraqalpaqıstan Muxtar Vilayəti quruldu.
1925-ci ilin aprelində Qırğızıstan MSSR-in adı dəyişdirilərək Qazaxıstan MSSR qoyuldu. Mərkəzi Orenburqdan Qızılordaya köçürüldü. Orenburq quberniyası isə 1925-ci ildə Qırğızıstan MSSR-dən alınaraq RSFSR-in tabeliyinə keçdi.
1936-cı il SSRİ konstitusiyasına əsasən Qazaxıstan MSSR müttəfiq respublika statusu alaraq Qazaxıstan Sovet Sosialist Respublikasına çevrildi.
İstinadlar
redaktə- ↑ История башкирского народа: в 7 т./ гл. ред. М. М. Кульшарипов; Ин-т истории, языка и литературы УНЦ РАН. — Уфа: Гилем, 2010. — Т. V. — С. 212. — 468 с. (rus.)