Qirisvariyarpaqli Basinagaci - Wikipedia
Qırışvariyarpaqlı başınağacı (lat. Viburnum rhytidophyllum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü.
Qırışvariyarpaqlı başınağacı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Qırışvariyarpaqlı başınağacı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii yayılması
redaktəVətəni Mərkəzi və Qərbi Çindir.
Botaniki təsviri
redaktəHÜndürlüyü 3 m-ə çatan, yarpağını tökən, həmişəyaşıl ağac və ya koldur. Yarpaqları qalın, yumurtavari-uzunsovdan, uzunsov lansetvariyədək dəyişir, parlaq, qırışlı, qalın, boz və ya sarımtıl keçə ilə örtülmüşdür, kənarları bütöv, uzunluğu 19 sm-ə çatan, aydın görünən damarcıqlıdır. Çiçəkləri sarımtıl-boz, uc qalxanvari çiçək qruplarında yerləşib, diametri 20 sm-dək olur. May ayında çiçəkləyir. Çiçək çətrində olan giləmeyvələri müxtəlif vaxtlarda yetişir. Meyvələri yumurtavari, xırda, əvvəlcə qırmızı, sonra qara, parlaq olur. Uzunluğu 0,8 sm-ə çatır.
Ekologiyası
redaktəTez böyüyür, kölgəyə, şaxtaya, quraqlığa davamlıdır. Torpağa tələbkar deyil.
Azərbaycanda yayılması
redaktəAzərbaycanın bir çox rayonlarında yaşıllaşdırmada mədəni şəraitdə rast gəlinir.
İstifadəsi
redaktəBağ və parklarda geniş istifadə olunan, gözəl yarpaqlı, həmişəyaşıl başınağacıdır. Yaşıllaşdırmada tək-tək və ya qrup halında əkilir.
Sinonimləri
redaktəHeterotipik sinonimləri
redaktə- Callicarpa vastifolia Diels
- Viburnum rhytidophyllum f. roseum (Anon.) Rehder
- Viburnum rhytidophyllum roseum C.H.Curtis