Qizil Qislaq Yasayis Yeri - Wikipedia
Qizil Qislaq Yasayis Yeri - Wikipedia - Haqqında Məlumat
Qızıl Qışlaq yaşayış yeri — Şahbuz rayonunun Qızıl Qışlaq kəndi yaxınlığında, Küküçayın sağ sahilində orta əsrlərə aid yaşayış yeri.[1]
Qızıl Qışlaq yaşayış yeri | |
---|---|
Ölkə | Azərbaycan |
Rayon | Şahbuz rayonu |
Yerləşir | Qızıl Qışlaq |
Aidiyyatı | Orta əsrlər |
Tikilmə tarixi | XIII-XV əsrlər |
Üslubu | arxeoloji abidə |
Kateqoriya | Yaşayış yeri |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Ümumi məlumat
redaktə1986-cı ildə qeydə alınmışdır. Sahəsi 525 kvadrat metrdir. Cənub-qərb tərəfdən quru çay vadisi ilə məhdudlaşır. Yaşayış yerinin bir hissəsi yol çəkilərkən dağıdılmış, tikinti qalıqları aşkar olunmuşdur. Divar qalığının uzunluğu 3 metr, eni 1 metrdir. Yerüstü materiallar əsasən, çəhrayı rəngli gil məmulatından, həmçinin şirli qab qırıqlarından ibarətdir. Yaxınlığında üzüməzən daşlara təsadüf edilmişdir. Tapıntılara əsasən, yaşayış yerinin eramızın ilk əsrlərindən XIII–XV əsrlərədək mövcud olduğu ehtimal edilir.
İstinadlar
redaktə- ↑ Naxçıvan ensiklopediyası. II cilddə. I cild. Naxçıvan.2005.