Qizil Standarti - Wikipedia
Qızıl standartı — əsas hesablama vahidinin müəyyən standartlaşdırılmış qızıl miqdarı olduğu pul sistemi.
Qızıl standartı əsasında qurulan iqtisadiyyatda buraxılan hər pul vahidinin tələbə uyğun olaraq müvafiq miqdarda qızılla dəyişdirilə bilməsi təmin edilir. Qızıl standartından istifadə edən dövlətlər arasındakı hesablaşmalarda, bu valyutaların qızılın vahid kütləsinə nisbətinə əsasən sabit məzənnə qurulur.
Qızıl standartının tərəfdarları qeyd edirlər ki, bu sistemin istifadə olunması iqtisadiyyatı sabit saxlayır və inflyasiyaya daha az meyilli edir, çünki qızıl standartına görə hökumət öz ixtiyarı ilə qızılla təmin olunmayan pulları çap edə bilməz. Lakin ödəmə vasitələrinin defisiti likvidlik böhranı səbəbindən istehsalın azalmasına səbəb olur.
Tarixi
redaktəİlkin pul sistemləri tunc və daha sonra gümüşə əsaslanırdı. Təmiz gümüş standartı Orta Avropada VIII–XIV əsrlərdə mövcud olmuşdur. Ticarət əməliyyatlarının həcminin artması ilə birlikdə qızılı daha da tez-tez ödəniş vasitəsi kimi istifadə olunmağa başladı.
XV əsrdən başlayaraq gümüşün qızıla sabit mübadiləsi olan bimetalizm quruldu. Metalların dəyərindəki tədrici dəyişikliyə görə, mübadilə məzənnəsi yenidən nəzərdən keçirilməli olurdu. Bununla birlikdə, bimetalizmdən imtina etmək üçün kiçik xırda gümüş sikkəyə olan zərurilik maneə olurdu. Bu maneə yalnız 19-cu əsrdə kağız pullar və dəyərsiz metallardan hazırlanmış sikkələrə keçidlə aradan qaldırıldı.
Standart pul vahidi olaraq məhz qızılın seçilməsinin əsas səbəbləri:
- kiçik həcm və çəkinin yüksək qiyməti,
- möhkəmlik, saxlama zamanı dəyişməzlik,
- bölünmə və birləşdirmə parameterləri,
- bir çox xüsusiyyətləri ilə müəyyən etmək imkanı (rəng, çəki, döyülmə qabiliyyəti dərəcsi, akustik xüsusiyyətlər)
Bunun nəticəsi olaraq, artıq antik dövlətlərdə pul kimi məhz qızıl istifadə olunmağa başlandı.
Tədricən qızılın birbaşa istifadəsindən imtina edilmələr müşahidə olundu. Bunun əsas səbəbləri:
- pul dövriyyəsinin ehtiyaclarına uyğun olaraq sürətli əlavə emissiyasının mümkünsüzlüyü (əmtəə dövriyyəsinin artması ilə onun xərclərini qarşılamaq üçün pul kütləsinə də ehtiyac artır)
- qızılın daşınması texniki cəhətdən çətin və baha məsələdir (siqnalizasiya və lazımi təhlükəsizlik tələb olunur, böyük sayda olarkən yüksək yükqaldırma qabiliyyəti tələb olunur),
- qızıl sikkələrin itirilməsi pul dövriyyəsi balansında tarazlığın pozulmasına səbəb olurdu və onun bərpa etmək üçün yeni bənzər miqdarda qızıl tələb edilirdi,
- qiymətli metaldan hazırlanmış sikkələr dövriyyədə korlanır, azaldılmış metal tərkibinin real dəyəri sikkənin nominal dəyəri ilə ziddiyyət təşkil edirdi,
- sikkələrin zədələnməsi pul dövriyyəsinin deformasiyasına gətirib çıxardırdı.
Kağız pulların meydana çıxması məhz bu problemləri həll etdi. Qızıl bir yerdə saxlanılır və ciddi şəkildə qorunurdu. Kağız pullar mahiyyət etibarilə sahibinə iddia etmək hüququ verən bir sertifikat idi. Kağız pulla bir-biri ilə hesablaşan insanlar sahiblik hüququnu müəyyən miqdarda qızıla ötürürdülər. Bu daha çox rahat və təhlükəsiz idi, çünki:
- qızıl sertifikatları tamamilə fərqli nominallara malik ola bilər ki, bu da həm kiçik, həm də böyük əməliyyatlarda eyni dərəcədə uğurla istifadə olunmasına imkan verir,
- sertifikatlar təbii korlanma zamanı dəyər itirmir,
- müəyyən şərtlər altında sertifikatlar dəyişdirilə və ya yenilənə bilər.
Sonradan, hökumətlər kağız pulları həmçinin ərazilərindəki maliyyə fəaliyyətlərinə nəzarət etmək üçün istifadə etməyə başladılar.
Valyutanın qızıla bağlanmasının ləğvi nisbətən ixtiyari pul emissiyasının aparılmasına imkan verdi. İqtisadiyyatda kağız pulu artıqlığı ilə qiymətlər yüksəlir (inflyasiya). Məsələn, 1967-ci ildən 2011-ci ilə qədər troy unsiyasının qiyməti 35 dollardan 1900 dollara qədər qalxıb (yəni 44 ildə 50 dəfədən çox bahalaşdı).