Qizilbaliq Xaosu - Wikipedia
Qızılbalıq xaosu[1] (çin. 鮭魚之亂) – 2021-ci ilin martında Tayvanda baş vermiş ad dəyişdirmə insidenti. Bir çox tayvanlı şəxs Yaponiyanın "Sushiro" konveyer suşi şəbəkəsinin kampaniyasından yararlanmaq üçün adını dəyişdirmişdir. Belə ki, şirkət adında qızılbalıq (çin. 鮭魚; guīyú) sözü olan şəxslər üçün pulsuz suşi təklif edirdi. İnsident ictimai şəxslər tərəfindən tənqid olunmuşdur.
| |||||||
---|---|---|---|---|---|---|---|
Ənənəvi çincə: | 鮭魚之亂 | ||||||
Tərcüməsi: | Qızılbalıq xaosu | ||||||
|
Zəmin
redaktə20 may 2015-ci ildə Tayvanda Ad Qanunda edilən düzəlişə əsasən altı halda üç hüquqi ad dəyişikliyinə icazə verilir:
Ərizəçinin adı xoşagəlməzdir və ya həddən artıq uzun romanlaşdırılmış formaya malikdir və ya digər xüsusi mülahizələr mövcuddur. Ad Aktı (姓名條例), 9-cu maddə[2]
|
Bu dəyişiklik praktikada istənilən insanın istədiyi adı götürməsinə imkan yaratdı. Düzəlişdən üç gün sonra aktivist Huan Honçen öz adını 15 işarə uzunluğunda olan "黃宏成台灣阿成世界偉人財神總統" (azərb. "Tayvanın və dünyanın ən böyük böyük adamı, prezidenti və sərvət tanrısı adı ilə dəyişdirmişdir.[3]
İnsident
redaktə"Suşiro" suşi restoranları şəbəkəsi 10–21 mart 2021-ci ildə Tayvanda qızılbalıq suşisi kampaniyası keçirmişdir. "Suşiro" növbəti kampaniyanı Facebook səhifələrində açıqlamışdır: 17 və 18 martda adları qızılbalıq (çin. 鮭魚; guīyú) ilə homofon olan şəxslər endirimli suşi yeyə biləcəkdilər. Adları qızılbalıq heroqlifləri ilə dəqiqliklə eyni olan şəxslər isə başqa 5 şəxslə birlikdə pulsuz suşi yemək imkanı əldə edəcəkdilər.[4][5]
16 martda bir gülməli xəbərlər kanalı Facebook-da "Liao Qızılbalıq", "Tsantsian Qızılbalıq" və "Liu Pinhan Yaraşıqlı Qızılbalıq" adları olan üç vəsiqənin şəklini paylaşmışdır. Paylaşım viral olmuş, bir çox şəxs kampaniyadan yararlanmaq üçün adlarını dəyişdirməyə başlamış, kampaniya bitdikdən sonra əvvəlki adlarına qayıtmağı planlaşdırmışdırlar.[1][6][7][8] Ən uzun ad rekordu bir neçə dəfə yenilənmişdir: əvvəlcə 36,[9][a] sonra 40,[10][b] daha sonra 50 işarədən ibarət soyad ortaya çıxmışdır.[11][c] Tayçjunlu bir universitet tələbəsi üçüncü və sonuncu ad dəyişikliyindən istifadə edərək "Tsan Qızılbalıq Yuxusu" (張鮭魚之夢) adını götürmüş, bunun həmişəlik olacağını öyrənəndə dəhşətə düşmüşdür.[12][13] Lakin Tayçunun Mülki İşlər Bürosu onun sadəcə 2 dəfə ad dəyişdirdiyini bildirmiş, əvvəlki adına qayıtması barədə xəbərdarlıq etmişdir.[14][15] 19 marta qədər azı 332 şəxs kampaniya üçün adını dəyişdirmişdir.[16]
Tənqid
redaktəHökumət rəsmiləri və siyasətçilər bu ad dəyişikliklərini tənqid etmişdirlər. Ad dəyişiklikləri ilə məşğul olan Ev Qeydiyyatı İdarələrində işləyən bəzi işçilər ərizəçilərə adlarını dəyişdirməməyə inandırmağa çalışsalar da, az müvəffəqiyyət əldə etmişdirlər.[17][18] Daxili İşlər Nazirinin müavini Çen Tsunyen bu ad dəyişikliklərinin həm vaxt itkisinə, həm də lazımsız sənədləşməyə səbəb olduğunu bildirmişdir.[1]
İctimaiyyətin ad dəyişikliklərinə reaksiyası mənfi olmuşdur.[19][20] Bəzi yazıçılar gənc və cavan nəsillər arasındakı etik dəyərlərin parçalanması haqqında fikir bildirmişdirlər.[21][22][23][24] Bir başqa tənqid qida israfı barəsində olmuşdur. Bəzi kampaniya iştirakçıları sadəcə balığı yeyib düyüyə toxunmamışdırlar.[25] Xarici xəbər agentlikləri bu hadisə haqqında yazdıqdan sonra bir neçə Tayvan xəbər nəşri bu insidenti "beynəlxalq utanc" adlandırmışdır.[26][27]
Qeydlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 "Taiwan official urges people to stop changing their name to 'salmon'". The Guardian. Agence France-Presse in Taipei. March 18, 2021. March 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2024.
- ↑ "Name Act". Laws & Regulations Database of The Republic of China. İstifadə tarixi: 26 oktyabr 2024.
- ↑ Deaeth, Duncan. "Mayoral candidate in southern Taiwan recites Gettysburg Address in campaign speech". Taiwan News. November 20, 2018. January 14, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2024.
- ↑ "壽司郎祭優惠!名字有「這2字」整桌免費 網友狂吐嘈:誰這樣取名啦" (çin). Apple Daily. March 15, 2021. July 2, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2024.
- ↑ 張芳瑜. "壽司郎「愛の迴鮭祭」3/21 前限期登場!3/17、3/18 姓名有「鮭、魚」最高可享壽司免費吃" (çin). Up Media. March 16, 2021. June 26, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2024.
- ↑ "壽司郎慘了!3男組團改名「鮭魚」吃大餐 網笑:走上不鮭路了" (çin). United Daily News. March 16, 2021. March 17, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2024.
- ↑ Chen, Alicia. "Dozens of people in Taiwan changed their name to 'Salmon' to get free sushi. The government asked them to stop". Washington Post. March 19, 2021. March 17, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2024.
- ↑ Madjar, Kayleigh. "Dozens change name to 'salmon'". Taipei Times. March 18, 2021. April 20, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2024.
- ↑ 洪采鈺. "全台最長!他改名36字「鮑鮪鮭魚松葉蟹海膽…」" (çin). CTS. March 17, 2021. March 19, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2024.
- ↑ 鄭維真. "最長名字曝光!台南男已改一次名 為吃鮭魚再改名40字" (çin). United Daily News. March 18, 2021. March 25, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2024.
- ↑ 辛啟松. "【鮭魚之亂】台南男大生改名40字「想得好累」 2八年級生爽完踏不「鮭」路" (çin). Apple Daily. March 18, 2021. March 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2024.
- ↑ Everington, Keoni. "Taiwanese man horrified to learn new name 'Salmon Dream' is permanent". Taiwan News. March 19, 2021. January 14, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2024.
- ↑ 葉國吏. "張鮭魚之夢哭了!本想1人收300賺一波 改完才知機會用完後悔落淚" (çin). ETToday. March 19, 2021. February 25, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2024.
- ↑ 林毅. "醫科男「張鮭魚之夢」改完名才知額度用光?戶政所打臉網怒:他只想紅" (çin). China Times. March 20, 2021. November 4, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2024.
- ↑ "改了才知機會用完!「張鮭魚之夢」不後悔:兒子也要取同名" (çin). SET News. March 19, 2021. August 30, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2024.
- ↑ 簡惠茹. "鮭魚之亂前 徐國勇曝全台名叫「鮭魚」人數" (çin). Liberty Times. March 19, 2021. November 2, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2024.
- ↑ 郭美瑜. "【獨家/鮭魚之亂】台北萬華戶所這招有效! 3人打消改名念頭" (çin). Apple Daily. March 18, 2021. March 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2024.
- ↑ 戴玉翔. "獨/鮭魚之亂!戶政主任無奈曝結果:太過輕率此風不可長" (çin). SET News. March 19, 2021. August 30, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2024.
- ↑ 翁子桓. "預言鮭魚之亂結局 律師 : 浪費社會資源卻無意義" (çin). Yahoo! News. Newtalk. March 18, 2021. March 18, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2024.
- ↑ "聯合報黑白集/於是,我們迎來鮭魚世代" (çin). United Daily News. 22 mart 2021. 2021-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2024.
這場鮭魚風暴看似有趣,卻也暴露了台灣文化淺薄的一面
- ↑ 莊雅婷. "年輕人瘋鮭魚之亂 黃暐瀚點出一關鍵現象" (çin). China Times. March 18, 2021. December 14, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2021.
- ↑ 王子瑄. "「鮭魚世代」將是下屆首投族 教育學者曝國民黨恐怖危機" (çin). China Times. March 21, 2021. December 14, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2021.
- ↑ "【鮭魚之亂】全台瘋改名! 年輕人怎麼了?她嘆:台灣教育深深出了問題" (çin). Apple Daily. March 19, 2021. September 3, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2021.
- ↑ 邱天助. "「鮭魚之亂 」的隱憂 反啟蒙世代 娛樂至死". United Daily News (çin). March 23, 2021. İstifadə tarixi: 26 oktyabr 2021.
- ↑ 朱培妤. "鮭魚爽吃壽司!貼空盤照炫耀剩「醋飯山」全場氣炸:丟臉" (çin). CTS News. March 18, 2021. March 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2024.
- ↑ "【鮭魚之亂】丟臉丟到全世界 外媒報導台灣人為壽司去改名" (çin). Apple Daily. March 18, 2021. March 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2024.
- ↑ 林俐. "丟臉丟到全世界?外媒爭相報導鮭魚之亂:改名的人在「吃自己」" (çin). Central News Agency. March 19, 2021. March 18, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 oktyabr 2024.