Qebele Fk - Wikipedia
Qəbələ FK — Azərbaycanın eyni adlı şəhərini təmsil edən futbol klubu.
Qəbələ FK | |||
---|---|---|---|
Ölkə | Azərbaycan | ||
Ləqəb(lər) | Radarlar | ||
Rəng(lər) | Qara-Ağ-Qırmızı | ||
Yaranma tarixi | 03.08.1995 (29 il öncə) | ||
Stadionu | Qəbələ şəhər stadionu | ||
Tutumu | 4500 | ||
Prezidenti | Fariz Nəcəfov | ||
Baş məşqçisi | Kaxaber Tsxadadze | ||
Liqa | Azərbaycan Birinci Liqası | ||
2024-2025 | 2 | ||
| |||
Rəsmi saytı | |||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəSovet imperiyası vaxtında şəhəri Tütün Fermentasiya Zavodunun "TFZ" komandası təmsil edirdi. "Qəbələ" Peşəkar Futbol Klubunun əsası 1995-ci il iyulun 3-də qoyulub. Klubun ilk adı "Göy Göl" olub. Komanda 1995-ci ildən 2005-ci ilədək Xanlar rayonunu təmsil edib. 2005-ci il mayin 4-də klubun adı dəyişdirilərək "Gilan" qoyulub. 2005–2006-cı illər mövsümündə birinci dəstənin qalibi olan komanda Azərbaycan çempionatının yüksək liqasına vəsiqə qazanıb. 2006-cı ilin avqust ayinda – yüksək liqada debüt ərəfəsində "Gilan" Xanlar rayonundan Qəbələyə köçürülüb və həmin vaxtdan etibarən komanda Qəbələ şəhərini təmsil edir. 2007-ci il avqustun 31-də "Gilan" PFK adı "Qəbələ" PFK adı ilə dəyişdirilib. Hazırda "Qəbələ" Azərbaycan çempionatının nüfuzlu komandalarından birinə çevrilib.
2015-ci ildə avrokuboklarda debüt edən komanda 2016-cı ildə 10 illik yubileyinə möhtəşəm töhfə verərək, ikinci cəhddən UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib. Azərbaycan futbolu tarixinə ardıcıl 4 mərhələ adlayan ilk klub kimi düşən "Qəbələ" "Dinamo" (Tiflis, Gürcüstan), "Çukariçki" (Serbiya), "Apollon" (Kipr), "Panatinaikos" (Yunanıstan) kimi klubları mübarizədən kənarlaşdırıb. Bu tarixi uğur klubun qrupda "Borussiya" (Dormund, Almaniya), PAOK (Yunanıstan) və "Krasnodar"la (Rusiya) qarşılaşmasına imkan yaradıb. Artıq "Qəbələ" milli komandalar üçün də baza klublarından birinə çevrilib. Son illərdə aşağı yaş qruplarından olan yığmalara verdiyi oyunçuları ilə diqqət çəkən klub ölkənin əsas millisində də təmsil olunur. 2019-cu il aprelin 10-da kluba 13 il rəhbərlik etmiş Tale Heydərov Qəbələ klubunun prezidenti vəzifəsində istefa verdiyini açıqlayıb.[1]
Liqa və kubok tarixi
redaktəUğurları
redaktəQəbələ FK ən böyük uğuruna 2007/08 mövsümündə nail olub. Komandamız MOİK Bakı, Simurq və Bakı kimi komandaları məğlub edərək Azərbaycan kuboku uğrunda yarışların yarımfinal mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdə iki oyunun nəticəsinə görə Xəzər-Lənkəran klubuna məğlub olsa da, ölkəmizin dörd ən güclü kollektivi sırasına daxil olmağı bacarıb. Bundan başqa, 2007/2008 mövsümü Qəbələnin Azərbaycan Premyer Liqasında ən yaxşı çıxış etdiyi mövsüm kimi yadda qalıb – 36 xalla 6-cı yer.
Komandanın əldə etdiyi yeganə çempionluq 2005/2006 mövsümünə təsadüf edir. O vaxt Gilan adlanan Qəbələ Azərbaycan çempionatının birinci dəstəsinin qalibi olub. Komanda keçirdiyi 30 oyunun 22-də qalib gəlib, 6 dəfə heç-heçə edib və 72 xalla bütün rəqiblərini arxada qoyub. Həmin mövsümdə Qəbələ futbolçuları ardıcıl 24 oyunda məğlub olmayaraq uğurlu və analoqu olmayan seriyaya imza atıb. 2013/2014 mövsümü Qəbələ komandası üçün uğurlu olub. Komanda həmin mövsüm Azərbaycan çempionatının üçüncüsü, Azərbaycan kubokunun ikincisi və tarixində ilk dəfə olaraq Avropa liqasının seçmə mərhələsinə vəsiqə qazanıb. Ancaq bu mərhələdə Bosniya komandası Şiroki Brijek komandasına məğlub olub. İlk oyun 2:0 cavab oyunu 3:0. 2014/2015 mövsümündə Qəbələ Avropa Liqasına vəsiqə qazanıb. Burada ilk təsnifat mərhələsində Dinamo Tbilisini məğlub edib .
- Dinamo Tbilisi (2 : 1) Qəbələ
- Qəbələ (2 : 0) Dinamo Tbilisi
İkinci təsnifat mərhələsində Qəbələ, Serbiya klubu Cukarickini keçib
- Cukaricki (1 : 0) Qəbələ
- Qəbələ (2 : 0) Cukaricki
Azərbaycan çempionatında yubiley qolları
redaktə"Qəbələ" 20 sentyabr 2024-cü ildə Azərbaycan Birinci Liqası çərçivəsində "Qaradağ Lökbatan" ilə matçda tarixindəki 900-cü qolu vurub. Yubiley qolu klubun matçdakı 5-ci qolunda, penalti zərbəsi ilə yerinə yetirilib və müəllifi Abdullahi Şuaybu olub. Bu qol həm də "Qəbələ"nin səfər matçlarında vurduğu 400-cü qoldur.[2]
Qəbələ Avrokuboklarda
redaktəStadion
redaktəKlub Qəbələ şəhərindəki bütün oturacaqlı futbol stadionu olan Qəbələ şəhər stadionunda ev oyunları keçirir. 2007-ci ildən etibarən əsasən UEFA-nın tələblərinə uyğun olaraq, klub yenidənqurma prosesinin daim davam etdirdiyi stadionun geniş şəkildə yenilənməsini təklif etmişdir. Məhdud dizayn müsabiqəsini qazandıqdan sonra AFL memarları 2008-ci ilin dekabrında yeni 15 minlik stadion və təlim meydançası hazırlamağa təyin edildi. Stadionun içərisindəki binalara otel və konfrans binaları, pərakəndə və korporativ yığıncaq sahəsi və giriş qülləsinin yuxarı hissəsində gözəl baxış mənzərəsi daxildir.
Tanınmış məşqçiləri
redaktə24 may 2024-cü ilə kimi olan məlumat. Ancaq yarış matçları hesablanıb.
Ad | Mil. | Başlama | Bitmə | O | Q | H | M | VQ | BQ | %Q | Uğurları | Qeydlər |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Faiq Cabbarov | Azərbaycan | 2005 | 2006 | 30 | 22 | 6 | 2 | 0 | 0 | 7.333 | [3] | |
Ramiz Məmmədov | Azərbaycan | 2006 | May 2010 | 118 | 38 | 27 | 53 | 0 | 0 | 3.220 | [4] | |
Toni Adams | İngiltərə | May 12, 2010 | Nov 16, 2011 | 44 | 17 | 15 | 12 | 45 | 35 | 3.864 | [5] | |
Fatih Kavlak | Türkiyə | Nov 18, 2011 | Sept 27, 2012 | 29 | 14 | 7 | 8 | 43 | 27 | 4.828 | [4] | |
Ramiz Məmmədov | Azərbaycan | Sept 24, 2012 | Apr 2, 2013 | 21 | 8 | 6 | 7 | 23 | 22 | 3.810 | [4] | |
Luis Araqon (Müvəqqəti) | İspaniya | Apr 2013 | May 2013 | 8 | 1 | 3 | 4 | 5 | 10 | 1.250 | [6] | |
Yuri Semin | Rusiya | May 28, 2013 | May 23, 2014 | 41 | 21 | 9 | 11 | 56 | 38 | 5.122 | [7] | |
Dorinel Munteanu | Rumıniya | İyn 16, 2014 | Dek 8, 2014 | 18 | 6 | 5 | 7 | 20 | 26 | 3.333 | [8] | |
Sənan Qurbanov (Müvəqqəti) | Azərbaycan | 8 Dek 2014 | 21 Dek 2014 | 3 | 1 | 2 | 0 | 4 | 3 | 3.333 | [9] | |
Roman Qriqorçuk | Ukrayna | 21 Dek 2014 | 29 may 2018 | 159 | 75 | 41 | 43 | 238 | 150 | 4.717 | [10] | |
Sənan Qurbanov | Azərbaycan | 30 may 2018 | 02 sentyabr 2019 | 24 | 10 | 7 | 7 | 26 | 25 | 4.167 | ||
Elmar Baxşiyev | Azərbaycan | 02 sentyabr 2019 | 26 fevral 2024 | 155 | 52 | 41 | 62 | 187 | 228 | 3.355 | ||
Kaxaber Tsxadadze | Gürcüstan | 26 fevral 2024 | 15 | 3 | 2 | 10 | 15 | 27 | 2.000 |
- Qeydlər:
O – Cəmi oyun sayı
Q – Qələbə
H – Heç-heçə
M – Məğlubiyyət
VQ – Vurulan qol
BQ – Buraxılan qol
%Q – Qələbə nisbəti
Vətəndaşlıq FIFA ölkə koduna əsasən verilib.
İndividual rekordlar
redaktəUrfan Abbasov Qəbələnin 203 oyunla ən çox oyun keçirən oyunçusudur. Qalın şriftlə adları yazılanlar Qəbələnin cari futbolçularını göstərirlər.
Bombardirlər
redaktə15 mart 2019-cu ilə kimi olan məlumat.
Adı | İllər | Liqa | Azərbaycan Kuboku | Avropa | Cəmi | |
---|---|---|---|---|---|---|
1 | Viktor Mendi | 2011–2015 | 29 (112) | 4 (13) | 0 (2) | 33 (127) |
2 | Luiz Paulo Hilario | 2011–2016 | 23 (131) | 3 (15) | 4 (15) | 30 (161) |
3 | Baqali Dabo | 2016–2018 | 20 (43) | 4 (6) | 3 (13) | 27 (62) |
4 | Filip Ozobiç | 2016–2018 | 16 (47) | 6 (9) | 3 (18) | 25 (74) |
5 | Cavid Hüseynov | 2014–2015, 2016–2019 | 16 (82) | 2 (16) | 3 (11) | 21 (109) |
6 | Daniyel Subotiç | 2013–2014, 2017 | 15 (40) | 4 (8) | 0 (0) | 19 (48) |
6 | Stiven Cosef-Monroz | 2017– 2019 | 15 (41) | 2 (7) | 2 (6) | 19 (54) |
8 | Kənan Kərimov | 2008–2010 | 11 (46) | 7 (?) | 0 (0) | 18 (45+) |
8 | Aleksey Qay | 2015–2016 | 14 (51) | 4 (6) | 0 (14) | 18 (71) |
10 | Yannik Kamanan | 2012–2014 | 16 (62) | 1 (6) | 0 (0) | 17 (68) |
Ən çox oyun keçirənlər
redaktə15 mart 2019-cu ilə kimi olan məlumat.
Adı | İllər | Liqa | Azərbaycan Kuboku | Avropa | Cəmi | |
---|---|---|---|---|---|---|
1 | Urfan Abbasov | 2011–Cari | 172 (3) | 25 (0) | 15 (0) | 212 (3) |
2 | Dmitri Bezotosnı | 2015–Cari | 113 (0) | 17 (0) | 32 (0) | 162 (0) |
3 | Luiz Paulo Hilario | 2011–2016 | 131 (23) | 15 (3) | 15 (4) | 161 (30) |
4 | Elvin Camalov | 2013–Cari | 107 (0) | 15 (0) | 12 (0) | 134 (0) |
5 | Voyislav Stankoviç | 2015–Cari | 86 (1) | 18 (1) | 29 (1) | 133 (3) |
6 | Viktor Mendi | 2011–2015 | 112 (29) | 13 (4) | 2 (0) | 127 (33) |
7 | Samir Zərgərov | 2006–2009,2015–2016 | 95 (10) | 18 (4) | 9 (0) | 122 (14) |
8 | Asif Məmmədov | 2006–2007 və 2015–Cari | 86 (10) | 13+ (2+) | 20 (0) | 119+ (12) |
9 | Cavid Hüseynov | 2014–2015, 2016–Cari | 82 (16) | 16 (2) | 11 (3) | 109 (21) |
10 | Rafael Santos | 2014–2017 | 72 (1) | 12 (0) | 20 (0) | 104 (1) |
Komandanın heyəti
redaktə- 28 sentyabr 2024 tarixində yenilənib
|
|
Rəhbərlik
redaktəPrezident | Fariz Nəcəfov |
İdman direktoru | Səbuhi Səfiyarlı |
Menecer | Məhəmməd Əzizli |
Mətbuat katibi | Anar Hacıyev |
Baş məşqçi | Kaxaber Tsxadadze |
Köməkçi məşqçi | Georgi Çixradze |
Köməkci məşqçi | Miloş Yevtiç |
Köməkci məşqçi | Manaf Kələntərli |
Qapıçılar üzrə məşqçi | Amil Ağacanov |
Formaları
redaktəMövsüm | Forma | Sponsor |
---|---|---|
2009–2010 | Adidas | Hyundai |
2010–2011 | Lotto | Hyundai |
2011–2012 | Errea | Hyundai |
2012–2013 | Errea | Pepsi |
2013–2015 | Joma | Pepsi |
2015 — cari | Joma | Gilan Knauf |
Həmçinin bax
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Tale Heydərov: "Artıq mənim üçün bu vəzifədən getməyin vaxtı çatıb"". 2019-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-12.
- ↑ ""Qəbələ" klubu tarixində 900-cü qolu vurub". Report İnformasiya Agentliyi (az.). 2024-09-20. İstifadə tarixi: 2024-10-03.
- ↑ ""Bığ Ramiz"in əhvalatından yaranan Faiq Cabbarov yazısı". stadium.az (Azerbaijani). 28 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 January 2014.
- ↑ 1 2 3 Amiraslanov, Telman. Рамиз Мамедов вернулся на пост главного тренера ФК «Габала». 1news.az (Russian). 16 January 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 January 2014.
- ↑ "Tony Adams returns to FC Gabala in Azerbaijan". bbc.co.uk. BBC. 14 November 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 January 2014.
- ↑ "Луис Арагон: «Пенальти в ворота «Габалы» и «Карабаха» были назначены ошибочно»". 1news.az (Russian). 16 January 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 January 2014.
- ↑ "Юрий Семин: «Габала» в числе 3–4 команд, которые будут бороться за чемпионство»". 1news.az (Russian). 16 January 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 January 2014.
- ↑ "Первая победа Габалы с Мунтяну". azerisport.com (russian). 17 June 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 June 2014.
- ↑ "Munteanu ends his time with Gabala". gabalafc.az. Gabala FK. 9 December 2014. 15 December 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 December 2014.
- ↑ "Roman Qriqorçuk ictimaiyyətə təqdim olundu". gabalafc.az (Azerbaijani). Gabala FK. 21 December 2014. 22 December 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 December 2014.