Qebele Rayon Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyi — Qəbələ şəhərində yerləşən tarix-diyarşunaslıq muzeyi. Muzeydə 2500 illik tarixi əks etdirən 14000-dən çox eksponat nümayiş etdirilir. Muzeyin 900 kv.m-lik binası, 13 ekspozisiya zalı, fondu, Heydər Əliyev xatirə otaqları, şəkil qalereyası, zəngin elmi kitabxanası, açıq səma altında təşkil olunmuş qədim daş abidələrdən ibarət sərgi meydançası vardır.[1] Muzey barədə 300-dən çox qəzet, jurnal məqaləsində bəhs olunmuş, müxtəlif televiziya kanallarında süjetlər göstərilmiş, 50-yə dək kitabda məlumat verilmiş, bir neçə televiziya filmi çəkilmişdir.[2]
Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 13 may 1980 |
Mövzu | Tarix-diyarşunaslıq |
Yerləşir | Qəbələ şəhəri |
Kolleksiyası | 14000 |
Direktor | Xalis Məmmədov |
Telefon | +994242051386 |
Muzey binası
redaktəMuzeyin 900 kv.m-lik binası, 13 ekspozisiya zalı, fondu, Heydər Əliyev xatirə otaqları, şəkil qalereyası, zəngin elmi kitabxanası, açıq səma altında təşkil olunmuş qədim daş abidələrdən ibarət sərgi meydançası vardır. Muzeyin rəhbərliyi ilə filial olaraq İsmayıl Bəy Qutqaşınlının xatirə Ev Muzeyi və Şəhidlərin Xatirəsi Muzeyi yaradılmışdır və yeni filialların təşkili sahəsində iş aparılır. Burada arxeoloji, etnoqrafik, numizmatik materiallar, xalq sənət nümunələri, qədim əlyazma və çap kitabları diqqəti xüsusilə cəlb edir. Burada tədqiq, təbliğ, mühafizə olunan materiallar əsasında namizədlik və doktorluq dissertasiyaları yazılmışdır.[3]
Tarixi
redaktəMuzey Azərbaycan SSR Nazirlər Sovetinin 13.05.1980-ci il tarixli 227 № li sərəncamı ilə yaradılmışdır.Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1980-ci ilin may ayının 15-dən fəaliyyət göstərir.[4] 2004-cü ildən etibarən muzey yeni binada öz fəaliyyətini davam etdirir.[5]
Muzeyin eksponatları
redaktəMuzeyin arxeologiya, etnoqrafiya, numizmatika, qədim əlyazmalardan, nadir kitablardan, xalq yaradıcılığının müasir nümunələrindən və təbii sərvətlərdən ibarət eksponatları, rayonun tarixi abidələri ,əhalisinin etnik tərkibi coğrafi şəraiti ,bitki və heyvanat aləmi, mədəniyyətin və iqtisadiyyatın müasir vəziyyəti və onların inkişaf perspektivləri haqqında tam təsəvvür yaradır.
Muzeyin ekpozisiyası
redaktəMuzeyin 13 ekspozisiya zallarında və fondunda Qəbələdə aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmiş antik və orta əsrlərə aid 14 mindən çox tapıntı nümayiş etdirilir və mühafizə olunur. Muzeydə 1778-ci ildən başlayaraq nəşr olunan nadir kitablarla yanaşı tarix, arxeologiya və s. sahələr üzrə kitablar da nümayiş olunur. Burada qazıntılar zamanı Antik Qəbələdə aşkar edilən, daşlardan yonulan sütunaltlıqları,orta əsrlərə aid, üstündə ərəb yazıları və relyef ornamentləri olan qəbirüstü abidələr və s. nümayiş olunur.[6]
İstinadlar
redaktə- ↑ "İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi". ismayilli.mctgov.az. 2018-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2018.
- ↑ http://seyyah.az/news/6776 (#bare_url_missing_title). 2020-11-11 tarixində arxivləşdirilib.
- ↑ azertag.az. "Muzeyin yubelieyi keçirildi". 2020-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr.
- ↑ "Qəbələ Rayon Tarix–Diyarşünaslıq Muzeyi|Mədəniyyət portalı". www.azculture.az. 2018-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2018.
- ↑ anl.az. "tarixdiyarşünaslıq muzeyləri müasir azərbaycançılıq ünvanları kimi..." 2019-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr.
- ↑ "Azərbaycan muzeyləri". 2020-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr.
Xarici keçidlər
redaktə- "Azərbaycan muzeyləri". İstifadə tarixi: 4 noyabr.
- "Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyi". 2018-12-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr.
- http://medeniyyet.az/. "Qəbələnin zəngin tarixini yaşadan muzey". İstifadə tarixi: 4 noyabr.