Qedim Roma Vetendas Muharibesi E E 49 45 - Wikipedia
Qədim Romada vətəndaş müharibələri — İctimai-sosial münasibətlərdə baş verən dəyişkliklərin nəticəsində Qədim Romada respublika quruluşundan imperiya üsul-idarəsinə keçidi müşayət edən vətəndaş müharibələri.
Qədim Roma vətəndaş müharibəsi | |
---|---|
Yeri | |
Səbəbi | Rubikonu keçmək |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
E.ə 49-cu ilin əvvəlində Sezar, İtaliyanı Qalliyadan ayıran Rubikon çayını keçdi, və sürətli hücumla Şimali İtaliyanı ələ keçirdi. Pompey və onun tərəfdarları hətta dövlət xəzinəsini götürə bilməyərək Romadan qaçdılar. Pompeyin qoşunlarının mühüm hissəsi Korfini yaxınlığında təslim oldu, Pompeyin özü beş leqionla Brindiziyə çəkildi, oradan isə Yunanıstana keçdi. E.ə 49-cu ilin iyul-avqust aylarında Sezar, Pompeyin yeddi leqionu durduğu İspaniyaya yollandı, və onları təslim olmağa məcbur etdi. Sonrakı 48-ci ildə Sezar Yunanıstana keçdi. Uzun hərbi əməliyatlardan və Dirraxi yaxınlığındakı məğlubiyətdən sonra o Pompeyi Farsalda(Fessaliyada) həlledici döyüşdə məğlub etdi. Pompey Misirə qaçdı, ancaq Misir hakimyəti onun yerə enməsinə belə imkan vermədilər: o sahilə yaxınlaşmaqda olan qayıqda öldürüldü. Pompeyi qovaraq, Sezar kiçik dəstə ilə İskəndəriyyəyə gəlir, və burada XII Ptolemeylə onun bacısı Kleopatra arasındakı sülalə mübarizəsinə qarışır. Ptolemeylə uzun və təhlükəli müharibədən qalib çıxan Sezar taxta Kleopatranı otuzdurur. Sezarın olmamasında istifadə edən Pompeyin tərəfdarları Afrikada böyük qoşun toplayırlar. Burada onları Numidiya çarı Yuba dəstəkləyir. Mitridatın oğlu Farnak Romada vətəndaş müharibəsindən istifadə edərək, öncə itirdiyi əraziləri qaytarmağa başlayır. Sezar ona qarşı hərəkət edir. E.ə 47-ci ilin avqustunda Farnak məğlub edilir. Bundan bir az sonra Sezar Romadakı narazılığı kəsə bilir. E.ə 47-ci ilin sonunda o Afrikada enir, və 46-ci ilin avqustunda Taps yaxınlığında pompeyanları darmadağın edir. Afrikada Sezar əleyhinə olan koalisiyanın üzvlərinin,Katon və Yuba daxil, bütün rəhbərləri məhv olur. E.ə 45-ci ildə İspaniyanın Mund şəhəri yaxınlığında, Pompeyin oğullarının başçılıq etdiyi ordu darmadağın edilir, Pompeyin böyük oğlu Qney həlak olur, Sekst isə qaça bilir. E.ə 59-cu ildən başlayaraq Sezar prokonsul olaraq imperini öz əlində saxlaya bilir; 48-ci ildə konsul seçilir. Farsaldan sonra onun hakimiyətinin yeni mərhələsi başlayır. 48-ci ildə o qeyri- müəyən müddətə, 46-cı ildə 10 illik , 45-ci ildən sonra isə — ömürlük diktator seçilir. Bundan əlavə e.ə 48-ci ildən — 44-cü ilə qədər Sezar hər il konsul seçilir, senzor və tribun səlayiyətləri alır, imperator və vətənin atası titullarını daşıyır. Bundan başqa o fəxri pontifik — Romanın baş kahini olur. Roma monarxiyasının spesifikası ondan ibarət olur ki, polis təsisatları qalaraq onun üzərində Sezarın diktaturası qurulur. Senaztın sayı 900, kvestorların isə 40 qədər artırılır. Senzura ləğv olunur, senatın komplektləşdirilməsi diktatorun əlinə keçir. Maqistratların sayı- 16 pretor və 6 edilə qədər artır. Sezarın fəaliyəti özparitiyasının gücləndiriliməsinə, ümumi stabilliyin bərqərar olmasına, eyni zamanda Romanın imperiyaya çevrilmə məqsədlərinə tabe olur. Onun tərəfdarlarından bir çoxu maqistratlarda və senatda yer tutur. Əskər və zabitlərə pul mükafatları verilir, 80 min vəteranı isə torpaq payları ilə təltif olunur. Sulladan fərqli olaraq Sezar repressiya keçirmir. Taps döyüşündən sonra ümumi amnistiya elan olunur. Çörək paylanışı iki dəfə azaldılır. Romada və əyalətlərdə iri inşaat işləri aparılır. Təvqiv islahatı keçirilir. Sezar əyalətlərin romanizasiyasına başlayır. Qalliya, İspaniya, Afrika və başqa əyalətlərə veteranların koloniyaları çıxarılır. Sezar bütöv əyalətlərə Roma vətəndaşlığı verir. E.ə 49-cu ildə Transpadan Qalliyası, sonra isə İspaniyanın və Narbon Qalliyasının bir çox əyaləti vətəndaşlıq alır. Yeni qanunlar əyalət idarəçiliyini tənzimləyir. Ölümündən bir az əvvəl Sezar Parfiyaya və şimali Avropa barbarlarına qarşı böyük yürüşlər hazırlayır. E.ə 45-ci ilin sonunda Mark Yuni Brutun və Qay Kassi Lonqinin başçılığı altında Sezara qarşı sui-qəsd hazırlanır. Sui-qəsdçilər arasında keçmiş pompeyanlar və Sezarın bəzi tərəfdarları olur. E.ə 44-cü ilin martın 15 Sezar senatda ödürülür. Sezarın islahatları respublikanın əvvəlki inkişafının məntiqi nəticəsi idi və respublikadan imperiyaya keçid əsnasını geriyə dönməz etdi.
Mənbə
redaktə- История культуры Древней Греции и Рима Казимеж Куманецкий Москва " Высшая школа" 1990
- История Древнего Мира Упадок Древних Обществ Главная редакция восточной литературы Москва 1989