Qendeharin Muhasiresi 1605 1606 - Wikipedia
Qəndəharın mühasirəsi (1605-1606) — 1605-ci ilin noyabrından 1606-cı ilin yanvarına qədər davam etmiş mühasirədir. Mühasirənin səbəbi Səfəvi ordusunun keçmişdə özünə aid olan Qəndəhar şəhərini Moğol imperiyasından geri almağa çalışması olmuşdur. İki aylıq mühasirədən sonra Səfəvi ordusu uğur qazana bilməmiş və geri çəkilməyə məcbur olmuşdur. Mühasirənin nəticəsi moğollar üçün qələbə ilə sonlanmışdır.[1]
Qəndəharın mühasirəsi (1605-1606) | |||
---|---|---|---|
Tarix | 1605-1606 | ||
Yeri | Qəndəhar | ||
Səbəbi | Strateji məntəqəyə malik şəhərə sahiblik üstündə savaş | ||
Nəticəsi | Moğol qələbəsi | ||
Ərazi dəyişikliyi | Qəndəhar şəhəri Böyük Moğol imperiyasının tərkibində qaldı. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
Arxa plan
redaktəXVI əsrin sonları Səfəvi imperiyası üçün çox ağır keçmişdi. 1578-ci ildə başlamış müharibə 1590-cı ildə Osmanlı imperiyasının qələbəsi ilə sonlanmış və imzalanmış İstanbul müqaviləsi ilə Səfəvi imperiyası böyük torpaqlar itirmişdir. Osmanlı cəbhəsi ilə yanaşı Səfəvilərin şərqdə də böyük problemləri mövcud idi. Xorasana aramsız özbək hücumları ilə yanaşı, bir qədər cənubda moğollarla da Qəndəhar üstündə mübarizə kəskinləşməkdə idi.
1595-ci ildə moğol ordusu Qəndəhara yaxınlaşdı. Şəhərin Səfəvi hakimi Müzəffər Hüseyn Mirzə ilə aparılan danışıqlar nəticəsində şəhər moğol ordusuna təslim edildi.[2] Şah I Abbas şəhərin təslim edilməsindən şoka düşsə də, özünün əsas düşməni kimi qərb sərhədlərindəki Osmanlı imperiyasını gördüyünə görə hərbi toqquşmadan yayınmağı üsyün tutdu. Buna görə də, razılığa gəlmək üçün danışıqlara başlanıldı. I Abbasın məqsədi daxildə nizam-intizam qaydalarını təmin etdikdən, ordudakı islahatları həyata keçirdikdən sonra şəhəri geri qaytarmaq idi.[2]
Döyüş
redaktə1605-ci ilin 27 oktyabrında Moğol imperiyasının hökmdarı Əkbər şah vəfat etdikdən sonra imperiyanın daxilində vəziyyət pisləşdi. Bundan istifadə etmək qərarına gələn Səfəvilərin Herat hakimi Hüseyn xan Qəndəhara doğru yürüşə başladı. Qəndəharın moğol canişini Şah bəy Xan şəhərin müdafiəsinə başladı. Növbəti il isə, Əkbər şahdan sonra taxta çıxan Cahangir mühasirədəki qarnizon üçün kömək ordu göndərdi. Beləliklə də, qalanı geri almağa müvəffəq ola bilməyən Səfəvi ordusu mühasirəni ləğv edib geri çəkilməyə məcbur oldu.[2]
Nəticə
redaktəI Abbas Cahangirə yazdığı məktubda Hüseyn xanın hərəkətlərini təstiqləmədiyini bildirdi və normal münasibətlər davam etdirildi. Lakin Qəndəhar məsələsi hər iki dövlətin arasında mübahisəli məsələ olaraq qalmağa davam etdi.
Həmçinin bax
redaktəİstinadlar
redaktəƏdəbiyyat
redaktə- "KANDAHAR iv. From The Mongol Invasion Through the Safavid Era". Encyclopædia Iranica. İstifadə tarixi: 13 October 2011.