Qeribe Bellevaliya - Wikipedia
Qəribə bellevaliya (lat. Bellevalia paradoxa) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin bellevaliya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.
Qəribə bellevaliya | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Qəribə bellevaliya |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Qısa morfoloji təsviri
redaktəÇoxillik ot bitkisidir. Soğanağı yumurtavari, 2-2,5 sm enində, tünd, 1,5-2 sm enində boz qınla örtülüdür. Gövdə 30 sm-ə qədər hündürlükdədir. Yarpaqlar 2-3, uzunsov, dar-xətvari və ya dar-lansetvari, 0,5-1 (1,5) sm enində, aşağıdan sıxılmışdır. Salxım çoxçiçəkli, sıx, 2-6 sm uzunluğunda, uzunsov ovaldır. Çiçəkyanlığı qara, mavi, 5 mm uzunluğunda, uzunsov-zəngvari, çiçək saplağına bərabərdir. Erkəkcik çiçəkyanlığının əsnəyinə birləşmişdir. Tozcuq sarıdır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
redaktəÇiçəkləmə, meyvə əmələgətirmə dövrü may-iyun aylarına təsadüfedir. Mezokserofitdir. Soğanaqla və toxumla çoxalır. Orta və yuxarı dağ qurşağında, subalp və alp çəmənliklərində, rütubətli çəmənlərdə bitir.
Yayılması
redaktəNaxçıvanın dağlıq hissəsində (Şahbuz rayonu, Batbat və Kükü kəndi ərazilərində).
Sayı və tendensiyası
redaktəPopulyasiyanın təbii bərpası azalır, yeganə lokalitetində mənfi iqlimə və antropogen təsirlərə həssaslıq müşahidə olunur.
Məhdudlaşdırıcı amillər
redaktəAntropogen amillər populyasiyanın azalmasını sürətləndirir.
Mühafizə tədbirləri
redaktəMühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədiilə heç bir tədbir görülmür. Ysaqlıqların təşkili, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Botryanthus paradoxus (Fisch. & C.A.Mey.) Kunth
- Hyacinthella paradoxa (Fisch. & C.A.Mey.) Chouard
- Hyacinthus paradoxus Fisch. & C.A.Mey.
- Muscari paradoxum (Fisch. & C.A.Mey.) K.Koch
- Pseudomuscari paradoxum (Fisch. & C.A.Mey.) Garbari
Heterotipik sinonimləri
redaktə- Bellevalia acutifolia (Boiss.) L.N.Delaunay
- Bellevalia elwendia Hausskn. ex Bornm.
- Bellevalia elwendica Hausskn. ex Bornm.
- Bellevalia pycnantha (K.Koch) Losinsk.
- Hyacinthella pycnantha (K.Koch) Chouard
- Hyacinthus elwendius Bornm.
- Hyacinthus pycnanthus (K.Koch) Baker
- Muscari acutifolium Boiss.
- Muscari elwendium Hausskn.
- Muscari pycnanthum K.Koch
- Pseudomuscari acutifolium (Boiss.) Garbari