Qerib Cinler Diyarinda - Wikipedia
Qərib cinlər diyarında | |
---|---|
Janr |
komediya macəra fantastika uşaq |
Rejissor | Əlisəttar Atakişiyev |
Ssenari müəllifi | Hikmət Ziya |
Baş rollarda |
Bəxtiyar Xanızadə — Qərib-Sahib Muxtar Maniyev — Akşad Amaliya Pənahova — Zərri Ağahüseyn Cavadov — Qaraşad Hamlet Xanızadə — Raki Gülnarə Əfəndiyeva — Zərəngiz Firəngiz Şərifova — Tükəz |
Operator | Şərif Şərifov |
Bəstəkar | Arif Məlikov |
Rəssam | Fikrət Əhədov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 9 fevral 1977 |
Filmin digər adı | Qərib cinlər ölkəsində |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 70 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1977 |
Texniki məlumatlar |
8 hissə 2044 metr genişekranlı 35 mm "Svema" kinolenti (Şostka kimya kombinatı) |
Rəng | rəngli |
IMDb | ID2081344 |
Məzmun
redaktəFilm var-dövlət arzusu ilə yaşayan kasıb kəndli balası Qərib (Bəxtiyar Xanızadə) haqqında söhbət açır. Günlərin birində gəncin arzusundan xəbər tutan cinlər padşahı Akşad (Muxtar Maniyev) onu öz diyarına dəvət edir və gəncə çoxlu var-dövlət verəcəyini bildirir, amma bir şərtlə: oğlan cinlərə taxıl əkməyi və çörək bişirməyi öyrətməlidir. Gənc razılıq verir. Beləliklə, ilk baxışda elə görünür ki, o, məqsədinə çatıb, istəyinə nail olub. Lakin çox keçmir ki, Qərib evləri üçün darıxmağa, anasını (Firəngiz Şərifova), sevgilisini (Gülnarə Əfəndiyeva) tez-tez xatırlamağa başlayır. Yalnız bu zaman o, başa düşür ki, dünyada Vətəndən əziz heç nə yoxdur və ola bilməz.
Film insan iradəsinin yenilməzliyi, var-dövlətin vətənə, ailəyə məhəbbəti əvəz edə bilməyəcəyindən bəhs edir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: Hikmət Ziya
- Quruluşçu rejissor: Əlisəttar Atakişiyev
- Quruluşçu operator: Şərif Şərifov
- Quruluşçu rəssam: Fikrət Əhədov
- Geyim rəssamı: Əlisəttar Atakişiyev
- Bəstəkar: Arif Məlikov
- Səs operatoru: Vladimir Savin
- Mahnıların mətni: Hikmət Ziya
- Rejissor: Arif Həbibi
- Rejissor assistenti: Y.Əhmədov, Fərid Hümbətov
- Rəqslərin quruluşçusu: Rəfiqə Axundova, Maqsud Məmmədov
- Dekor rəssamı: Fikrət Ələkbərov, Gennadi Tişşenko
- Qrim rəssamı: N.Veselova
- Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu
- Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev
- Operator assistenti: A.Əliyev, Vaqif Bağırov, Ələkbər Muradov (titrlərdə yoxdur)
- Rəssam assistenti: E.Muradova, R.Xanukayeva
- Redaktor: İsa Hüseynov
- Çalır: Ümumittifaq Radio və Televiziyasının Elektromusiqi Alətləri Ansamblı
- Dirijor: V.Meşşerin
- Filmin direktoru: Əli Məmmədov
- Mahnıları ifa edən: Akif İslamzadə
- Kadrarxası mətn: Həsənağa Turabov (titrlərdə yoxdur)
Rollarda
redaktə- Bəxtiyar Xanızadə — Qərib; Sahib
- Muxtar Maniyev — Akşad
- Amaliya Pənahova — Zərri
- Ağahüseyn Cavadov — Qaraşad
- Hamlet Xanızadə — Raki
- Gülnarə Əfəndiyeva — Zərəngiz
- Firəngiz Şərifova — Tükəz
- Ələsgər Məmmədoğlu — Əsra
- Mübariz Əlixanoğlu — Kəsra
- Əhməd Əhmədov — Riqdas
- Gündüz Abbasov — iblis
- Yusif Yulduz — falçı
- Sadıq Hüseynov — əsir qoca
- Gümrah Rəhimov — kəndli
- S.Əliyev-Cəllad
- Ramiz Əzizbəyli — Əxras
- Rəşid Mahmudzadə — cin
- Cəmilə Atayeva — cin
- Fərəc Fərəcov — qara cin (titrlərdə yoxdur)
Filmi səsləndirənlər
redaktə- Pərviz Bağırov — Qərib (Bəxtiyar Xanızadə) (titrlərdə yoxdur)
- Ramiz Əzizbəyli — Sahib (Bəxtiyar Xanızadə) (titrlərdə yoxdur)
- Səməndər Rzayev — Akşad (Muxtar Maniyev) (titrlərdə yoxdur)
Mənbə
redaktə- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 31.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 232–234.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.