Qasqar Doyusu 1933 - Wikipedia
Qaşqar döyüşü (1933) (çin. 喀什戰役) — 1933-cü ildə Kumul üsyanı zamanı Qaşqar şəhərinin uyğur və qırğız üsyançıları tərəfindən ələ keçirmək cəhdi zamanı baş vermiş döyüş. Şəhər Çin Respublikası, Çin İnqlab Ordusunun 36-cı Diviziyasının huey və han əsgərlərindən ibarət qarnizon tərəfindən qorunurdu. Üsyançılar döyüş sonrası şəhərə daxil olsa da, Qaşqar ağır döyüşdən sonra huey və han çinlilərin nəzarətində qaldı.
Qaşqar döyüşü (1933) | |||
---|---|---|---|
Çin vətəndaş müharibəsi, Kumul üsyanı | |||
| |||
Tarix | 1933-cü il[1] | ||
Yeri |
Çin Respublikası Şərqi Türkistan İslam Respublikası, Qaşqar |
||
Səbəbi | Qaşqar şəhərinin uyğur və qırğız üsyançıları tərəfindən ələ keçirmək cəhdi | ||
Nəticəsi | Nəticəsiz | ||
Ərazi dəyişikliyi | Şərqi Türkistan | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
Tarixi
redaktəSincan əyalətinin valisi Sin Şurenin Şərqi Türkistandakı muxtar Kumul və Turfan xanlıqlarını ləğv etməsi və mürtəce siyasət yürütməsi Hacı Niyazi Xocanın rəhbərliyi ilə 1931-ci il fevralın 20-də uyğur üsyanın başlamasına səbəb oldu. Əvvəlcə üsyan Komul bölgəsini əhatə etdi, sonra Mahmud Muhitinin rəhbərlik etdiyi Turfana da yayıldı. Demək olar ki, paralel olaraq, Məhəmməd Əmin Buğra və Sabit Damollanın rəhbərliyi ilə Xotanda üsyana qoşuldu. Qısa müddət sonra Şərqi Türkistanın digər bölgələrini də: Qaşqar və Külçəni də üsyan alovu bürümüşdür. Üsyana uyğurlarla yanaşı qırğız, qazax, monqol və hueylərdə qoşulmuşdu. Lakin üsyanın sonrakı gedişində hueylər Çin Respublikasının tərəfinə keçməyə başladılar. Nəticədə Şərqi Türkistanın bir neçə iri şəhəri və bölgəsi onların nəzarətinə keçmişdir. Bunlardan biri də Qaşqar şəhəri idi.[3][4]
Qaşqar şəhəri uğrunda döyüş
redaktə1933-cü ildə Qaşqar şəhəri Çin Respublikası, Çin İnqlab Ordusunun 36-cı Diviziyasının nəzarətində idi. Şəhəri qoruyan qarnizonun tərkibi han və huey xalqlarından ibarət çinli hərbçilərdən təşkil olunmuşdu. Onlara huey general Ma Zçanq rəhbərlik edirdi.
Şəhərin həm iqtisadi, həm tarixi əhəmiyyətini nəzərə alan üsyançılar onu ələ keçirmək qərarına gəldilər. 1933-cü ildən başlayaraq, üsyançılar Qaşqar və onun ətrafına hücumlara başladılar. Xüsusən uyğur Timur Bəyin rəhbərlik etdiyi üsyançılar şəhərin ətrafına uğurlu yürüşlər edir və şəhər müdafiəçilərinə zərər vurmağa çalışırdı.[5][6]
1933-cü ilin yayında Buğra qardaşlarının və Tofiq bəyin rəhbərliyində olan uyğur və qırğızlardan ibarət hərbi qüvvələr, general Ma Zçanqın komandanlıq etdiyi huey qoşunlarından Yeni Kaşqar şəhərini almağa çalışdılar.[7] Lakin şəhəri ələ keçirməyə müvəffəq ola bilmədilər. Çünki hueylərdən ibarət yeni hərbi dəstələr gətirilərək Qaşqarda olan Çin qarnizonu daha da gücləndirildi. General Yanın komandanlığında olan huey əsgərləri də Ma Zçanqın ordusunun tərkibinə daxil olundu.[8] Bir neçə han mənşəli çinli zabitlər, 36-cı Diviziya tərkibindəki Ma Zçanqın bölməsinin yaşıl formasını geyinmişdilər. Ehtimal ki, onlar İslamı qəbul etmişdilər.[9]
Seyid (Məhəmməd peyğəmbərin nəsli) titulunu daşıyan və 1933-cü il avqustun 26-da Qaşqara gələn suriyalı ərəb səyyahı olan Tofiq bəy, sentyabr ayında huey qoşunları tərəfindən qarnından vurularaq yaralandı.[2] Bir qədər əvvəl Ma Zçanq uyğur üsyançılarının liderlərindən biri Timur Bəyin qətlini təşkil etmiş və başını kəsərək 1933-cü il avqustun 9-da İd Kah məscidin yaxınlığında asaraq ümumi tamaşaya qoymuşdu.[10][11]
Döyüş zamanı qırğızlar uyğurların şəhəri talan etməsinin qarşısını aldılar, çünki bunu özləri etmək istəyirdilər. Qırğız üsyançısı Osman Əli yenidən şəhərə hücum etməyə cəhd göstərdi, lakin böyük itkilərlə geri çəkildi. Sonra şəhəri qarət etməyə başladı. Onlar han və huey olan çinli zabitlərin türk mənşəli qadınlarını və həyat yoldaşlarının əşyalarını oğurlayaraq öldürməyə başladılar.[12]
İstinadlar
redaktə- ↑ Ondřej Klimeš. Struggle by the Pen: The Uyghur Discourse of Nation and National Interest, c.1900-1949. BRILL. 8 January 2015. 122–. ISBN 978-90-04-28809-6. 14 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2021.
- ↑ 1 2 "FIGHTING IS SEVERE Tungans and Turkis Clash in Chinese Turkestan". The Montreal Gazette. 11 October 1933. 17 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 12, 2010.
- ↑ "Joanne N. Smith Finley (2013). The Art of Symbolic Resistance: Uyghur Identities and Uyghur-Han Relations in Contemporary Xinjiang. BRILL. p. 17". 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-01.
- ↑ Brophy, 2016. səh. 240
- ↑ Lee, JOY R. "THE ISLAMIC REPUBLIC OF EASTERN TURKESTAN AND THE FORMATION OF MODERN UYGHUR IDENTITY IN XINJIANG" (PDF). KANSAS STATE UNIVERSITY. səh. 22. 2017-11-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
- ↑ Lee, JOY R. "THE ISLAMIC REPUBLIC OF EASTERN TURKESTAN AND THE FORMATION OF MODERN UYGHUR IDENTITY IN XINJIANG". KANSAS STATE UNIVERSITY. səh. 22. 2012-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
- ↑ Mary Patricia Joan Rouse. Search for a new dominion: revolt and rebellion in Xinjiang, China during the Republican period, 1911–1949. Ithaca: Cornell University. 1992. səh. 34. 2021-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
- ↑ S. Frederick Starr. Xinjiang: China's Muslim borderland. M.E. Sharpe. 2004. səh. 77. ISBN 0-7656-1318-2. 2021-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
- ↑ Andrew D. W. Forbes. Warlords and Muslims in Chinese Central Asia: a political history of Republican Sinkiang 1911-1949 (illustrated). Cambridge, England: CUP Archive. 1986. səh. 288. ISBN 0-521-25514-7. 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
- ↑ S. Frederick Starr. Xinjiang: China's Muslim borderland. M.E. Sharpe. 2004. səh. 77. ISBN 0-7656-1318-2. 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
- ↑ Andrew D. W. Forbes. Warlords and Muslims in Chinese Central Asia: a political history of Republican Sinkiang 1911-1949. Cambridge, England: CUP Archive. 1986. səh. 93. ISBN 0-521-25514-7. 2020-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.
- ↑ James A. Millward. Eurasian crossroads: a history of Xinjiang. Columbia University Press. 2007. səh. 197. ISBN 978-0-231-13924-3. 2021-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-28.