Qabriel Bonno De Mabli - Wikipedia
Qabriel Bonno De Mabli - Wikipedia - Haqqında Məlumat
Qabriel Bonno de Mabli (fr. Gabriel Bonnot de Mably; 14 mart 1709[1][2][…], Qrenobl – 2 aprel 1785[1], Paris) — fransız filosof, tarixçi və yazıçı; Abbé de Mabli adı ilə də tanınır. Qısa müddət ərzində diplomatik korpusda xidmət edib. O, XVIII əsrin tanınmış yazıçısıdır[3].
Qabriel Bonno de Mabli | |
---|---|
fr. Gabriel Bonnot de Mably | |
Doğum tarixi | 14 mart 1709[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 2 aprel 1785[1] (76 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Əsas maraqları | fəlsəfə |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəQabriel Bonno de Mabli zadəgan ailəsində anadan olmuş və dini təhsil almışdır. Ruhani olmaqdan imtina edərək antik ədəbiyyat, tarix və fəlsəfəni öyrənməklə məşğul olmuşdur. Tarix, beynəlxalq hüquq, əxlaq və siyasət haqqında bir çox əsərlər yazmışdır. Onun siyasi və hüquqi təlimi Russo və Morellinin nəzəriyyələrinin təsiri altında formalaşmışdır.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Gabriel Mably // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ Leo Damrosch. Jean-Jacques Rousseau: Restless Genius. Mariner Books. 2007.