Qafqaz Herbi Dairesi - Wikipedia
Qafqaz Hərbi Dairəsi (rus. Кавказский военный округ) — Rusiya imperiyasında mövcud olmuş hərbi strukturlardan biri. 1865-ci ildə Qafqaz Ordusunun xələfi kimi yaradılmış və 1917-ci ildə ləğv edilmişdir.[1]
Tarixi
redaktəQafqaz Hərbi Dairəsi hərbi nazir Dmitri Milyutinin hərbi islahatlarının bir hissəsi kimi yaradılmışdır. Mövcudiyyəti dövründə dairənin baş komandanı həm Qafqazın mülki idarəetməsinin başçısı, həm də Qafqaz ordularının Atamanı idi. 1865-1881 və yenidən 1905-1917-ci illərdə, dairənin komandanı həm də imperatorun canişini kimi xidmət etmişdir.
Dairənin yaradılması zamanı artıq 6 dekabr 1862-ci ildən etibarən Qafqaz Ordusunun komandanı və Qafqazdakı imperator canişini olan Böyük Knyaz Mixail Nikolayeviç onun komandanı təyin edilmişdir. 23 avqust 1915-ci ildə Böyük Knyaz Nikolay Nikolayeviç bu posta təyin edilmiş və 1917-ci ilin 3 fevral tarixinə qədər bu postda qalmışdır. Qafqaz Ordusu 1914-cü ilin iyulunda Qafqaz Hərbi Dairəsinin birləşmələrindən təşkil edilmişdir. Bu ordunun mövcudiyyətimə 1917-ci ilin aprelində, yeni Rusiya Respublikası tərəfindən Qafqaz cəbhəsi yenidən təşkil edilən zaman son verilmişdir. Lakin cəbhədəki birləşmələr elə orada qalaraq döyüşməyə davam etmişdir. Bu cəbhə 1918-ci ilin martında tamamilə ləğv edilmişdir.[2]
Ərazisi
redaktə1866, 1878, 1881, 1898 və 1899-cu illərdə dairənin əhatə elədiyi ərazilər dəyişikliyə məruz qalmışdır. 1914-cü ildən etibarən dairəyə 7 əyalət (Stavropol, Tiflis, Kutaisi, Yelizavetpol, Bakı, İrəvan və Qara dəniz), 5 region (Kuban, Terek, Dağıstan, Qars və Batumi) olmaqla ümumilikdə 12 administrativ bölmə daxil idi. Bu bölgələrin 3-ü şimalda, 9-ü isə Qafqazda yerləşməkdə idi. Beləliklə, dairənin komandanı həm də Qafqazın canişini vəzifəsini yerinə yetirirdi.
Qüvvələr
redaktə- I Qafqaz Ordu Korpusu
- II Qafqaz Ordu Korpusu
- III Qafqaz Ordu Korpusu
- Aleksandrapol qalası
- Qars qalası
- Batumi qalası
Komandanlar
redaktə- Artilleriya generalı, feldmarşal (1878-ci ildən) Böyük Knyaz Mixail Nikolayeviç (1865-1881)
- Süvari generalı Aleksandr Mixailoviç Dondukov-Korsakov (1882-1890)
- General-leytenant Sergey Şeremetev (1890-1896)
- Piyada generalı Şahzadə Qriqori Qolitsin (1896-1905)
- General-leytenant Yakov D. Malama (1905 yanvar - 1905 fevral)
- Süvari generalı Knyaz İllarion Vorontsov-Daşkov (1905-1914)
- Süvari generalı Böyük Knyaz Nikolay Nikolayeviç (1914-1917)
- Piyada generalı Aleksandr Mışlayevski (1917 mart-1917 iyun)
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "History of the Russian Imperial Army and its military forces". Regiment. 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2022.
- ↑ "Кавказский военный округ". 2008. 10 oktyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2022.