Qalasi Ceferov - Wikipedia
Qalası Səməd oğlu Cəfərov (1939, Otmanoba, Zərdab rayonu – 17 iyul 1983) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyasının Zərdab Rayon Komitəsinin birinci katibi (1980–1983).
Qalası Cəfərov | |
---|---|
12 yanvar 1980 – 17 iyul 1983 | |
Əvvəlki | Fikrət Əfəndiyev |
Sonrakı | Zəridə Rüstəmova |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1939 |
Doğum yeri | |
Vəfat tarixi | 17 iyul 1983 |
Vəfat səbəbi | avtomobil qəzası[d] |
Partiya |
|
Təhsili |
|
|
|
Təltifləri |
Həyatı
redaktəQalası Səməd oğlu Cəfərov 1939-cu ildə Zərdab rayonunun Otmanoba kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra 1961-ci ildə başlamışdır Meliorasiya və Su Təsərrüfatı Nazirliyi Kür–Araz Su Qurğuları Tikintisi İdarəsi sistemində başlamışdır.[1]
1964-cü ildən elmi fəaliyyətlə məşğul olmuş, Muğan təcrübə-meliorasiya stansiyasının və yardımçı-təcrübi təsərrüfatın baş elmi işçisi, direktoru vəzifəsində işləmişdir. 1973–1976-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda baş elmi işçi, qrup rəhbəri olmuş, suvarma texnikası sektorunun rəhbəri vəzifəsini icra etmişdir. Kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsini almışdır.[2]
1976-cı ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında işləmiş, su təsərrüfatı və kənd tikintisi şöbəsinin təlimatçısı, 1979-cu ildən partiya-təşkilat işi şöbəsinin inspektoru olmuşdur. 1980-ci ildə Azərbaycan KP Zərdab Rayon Komitəsinin birinci katibi seçilmişdir.[2]
Qalası Cəfərov 1969-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatı, Ali Sovetin xarici işlər komissiyasının üzvü, eləcə də Azərbaycan KP Təftiş Komissiyasının üzvü seçilmişdir.[2] "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.[1]
Qalası Cəfərov 1983-cü il iyulun 17-də avtomobil qəzası nəticəsində həlak olmuşdur.[1]