Qalayciliq - Wikipedia
Qalayciliq - Wikipedia - Haqqında Məlumat
Qalayçılıq — mis qabların pas atmaması üçün qalaylanması ilə əlaqədar peşə sahəsi. Qalayçılar paxırlanmış mis qabları kürədə qızdırdıqdan sonra naşatır tozu — ammonium-xloridlə sürtüb üstündən qalay çəkirdilər. Qalayçılıq xüsusilə Dağıstanda, həmçinin Azərbaycanda Bakı, Quba, Şəki, Gəncə, Naxçıvan, Şamaxı və Lahıcda geniş yayılmışdı. İndinin özündə də Azərbaycanın bəzi şəhər və rayonların qalayçı emalatxanaları var.