Qanli Milad - Wikipedia
Qanlı Milad — 20 dekabr[1] və ya 21 dekabr 1963-cü ildə Kipr türklərinə qarşı silahlı hücumlara[2] verilən addır. Bu adada icmalararası qarşıdurmaların başlanğıcı hesab olunur.[3] Hadisələrdə cəmi 364 Kipr Türkü və 174 Kiprli Yunan həyatını itirdi.[4]
Qanlı Milad | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Akritas planı
redaktəİsveçrənin Sürix şəhərində Yunanıstan, Türkiyə və Birləşmiş Krallıq arasında keçirilən görüşlərdə hazırlanan konstitusiya ilə 16 avqust 1960 tarixində Kipr Respublikası müstəqil bir dövlət olaraq quruldu.[5] Kipr Respublikasının ilk prezidenti seçilən III Makarios Kiprin 1961-ci ildə mövcud konstitusiya ilə idarə edilə bilməyəcəyini iddia etməyə başladı[6] və 1963-cü ilin noyabrında konstitusiyaya on üç maddəyə dəyişiklik təklif etdi.[7] Kipr Türk Birliyinin bu dəyişiklikləri qəbul etməsi üçün Kiprli Rum fanatikləri[8] Akritas Planı adı altında adada gərginliyi artıran qəzetlər nəşr etməyə[9] davam etdilər.
Qanlı Milad
redaktə1963-cü il dekabrın 20-nə keçən gecə Nikosiyanın Tahtakale rayonunda avtomobillərə atəş açması nəticəsində Zeki Halil və Cemaliye Emirali öldürüldü.[1] İlk başda 30 kənd hücuma məruz qaldı.[10] Ümumilikdə 103 kəndə hücum edildi.[11] Nikosiyanın Kiçik Qaymaqlı mahalı mühasirə altına alınmışdı.[1] Qanlıdərə bölgəsində Türklərə qarşı bir hücum təşkil edildi[12]. Larnaka və Tuzla bölgələrində Türk evləri atəşə tutuldu və doqquz adam öldü. Bölgədəki 13 Türk kəndinin sakinləri 23 dekabr tarixindən etibarən daha böyük Türk kəndlərinə köç etdi.[13] 1 yanvar 1964-cü ildə Daily Herald aşağıdakıları bildirdi:
Türk evlərinə gələndə dəhşətə gəldim. Divarlar istisna olmaqla, tamamilə məhv edilmişdi. Şübhə edirəm ki, hətta bir napalm hücumu belə məhv ola bilər.[14]
Ayvasıldakı hadisələr
redaktəAyvasılda[15] Türklərə qarşı hücumlar edildi. Bu hücumlar 21–22 dekabr tarixlərində baş verib. Xəlil Sədrazam kənddə əvvəlcə 12 nəfərin öldürüldüyünü bildirir. Sonra onu öldürməyə davam etdiklərini söyləyir.[10][16] 3 yanvar 1964-cü ildə 9 nəfərin cəsədi tapıldı və dəfn edildi.[17] 13 yanvar 1964-cü ilə qədər davam edən qazıntılar zamanı 21 nəfərin qalıqları tapıldı.[10][18] Öldürülənlər Nikosiya Tekke Bağında (Şəhidlik) dəfn edildi.[10][17]
Kumsal Basqını
redaktə24 dekabr 1963-cü ildə Nikosiyanın Kumsal rayonunda 11 nəfər öldürüldü. Bunlardan 4-ü Təqaüdçü Tibbi Briqada generalı Nihat İlhanın ailəsi idi (o vaxtlar Kiprdə 650 şəxsi heyəti olan[1] Kipr Türk Qüvvələri Alayı Komandanlığının mayoru). İlhan'ın evindəki hamamda həyat yoldaşı Mürkün İlhan və övladları Murat, Kutsi və Hakan ölü tapıldı.[19] Basqının edildiyi ev daha sonra Barbarizm Muzeyi olaraq ziyarətçilər üçün açıldı.
Nəticələr
redaktə364 Kipr Türkü və 174 Kiprli Yunan həyatını itirdi[4] və 8,667 Kipr Türkü 103 kəndi tərk etdi.[1] 22 dekabr 1985-ci il tarixli Milliyet qəzetində köç etməyə məcbur olanların sayı 25 min, 23 dekabr 1993-cü il tarixli qəzetdə isə sayının 30 min olduğu bildirilir.[11][20] John Terence O'Neill və Nicholas Rees, 30.000 Kipr Türkünün köç etməli olduqlarını ifadə etdi.[21] Dekabrın 25-də Kipr Türk Qüvvələri alayı yerləşdirildi və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Nikosiya üzərindən xəbərdarlıq uçuşlarına başlamışdılar.[1] Hadisələr üstünə 30 dekabr 1963-cü il günü toplanan Birləşmiş Krallıq, Türkiyə və Yunanıstan hökumətləri Yaşıl xətti təyin edən Yaşıl Xətt Anlaşması edildi.[20]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 "Kanlı Noel" den ders almalıyız (1)", 5 Ocak 2009 tarihli Önce Vatan gazetesi [ölü keçid]
- ↑ "Kanlı Noel' temizlik operasyonuydu!", 21 mart 2007 tarihli Sabah gazetesi
- ↑ Central Intelligence Agency. "CIA - The World Factbook - Cyprus" (İngilizce). 2018-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 Ocak 2016.
- ↑ 1 2 Oberling, Pierre. The road to Bellapais (1982), Social Science Monographs, sf.120 Arxivləşdirilib 2014-07-07 at the Wayback Machine: "According to official records, 364 Turkish Cypriots and 174 Greek Cypriots were killed during the 1963–1964 crisis."
- ↑ Hasgüler, Mehmet (Şubat 2007). a.g.e, 231. sayfa.
- ↑ Hasgüler, Mehmet. Kıbrıs'ta Enosis ve Taksim Politikalarının Sonu; 238. sayfa, Alfa Yayınları, Şubat 2007, ISBN 975-297-836-3.
- ↑ Hasgüler, Mehmet (Şubat 2007). a.g.e, 239. sayfa.
- ↑ İsmail, Sabahattin. 20 Temmuz Barış Harekatının nedenleri, gelişimi, sonuçları ; 105. sayfa, Kastaş A. Ş. Yayınları, 1988, ISBN 975-763-905-2.
- ↑ Kürşad, Fikret; Haşim Altan, Mustafa; Egeli, Sabahattin. Belgelerle Kıbrısʼta Yunan emperyalizmi; 195. sayfa, Kutsun Yayınevi, 1978.
- ↑ 1 2 3 4 Kıbrıs Türk Mücahitler Derneği Yayınları. Kuzey Kıbrıs Türk Cumhuriyeti'nde Tören, Bayram ve Anma Günleri.
- ↑ 1 2 "Kıbrıs Türk'ü Kanlı Noel'i andı".
- ↑ Belgelerle Türk tarihi; 25–29. sayfa, Menteş Kitabevi, 2001.
- ↑ Kıbrıs Türk Mücahitler Derneği Yayınları. Kuzey Kıbrıs Türk Cumhuriyeti'nde Tören, Bayram ve Anma Günleri.
- ↑ Stephen, Michael. The Cyprus question (1997), The British-Northern Cyprus Parliamentary Group, sf. 15
- ↑ Türk dünyası araştırmaları; 176. sayfa, Türk Dünyası Araştırmaları Vakfı, 1989.
- ↑ Kıbrıs'ta Varoluş Mücadelemiz ve Anıtlarımız.
- ↑ 1 2 Star Kıbrıs. "Siyah beyaz düşler". 2010-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 Aralık 2010.
- ↑ 14 Ocak 1964 tarihli Halkın Sesi gazetesi
- ↑ ""KKTC'de kumsal baskını şehitleri anıldı" 24 Aralık 2007 tarihli Milliyet gazetesi". 2016-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-13.
- ↑ 1 2 Milliyet. "Kanlı Noel'in içyüzü".
- ↑ John Terence O'Neill, Nicholas Rees. nited Nations peacekeeping in the post-Cold War era (2005), Taylor & Francis, sf.81 Arxivləşdirilib 2020-08-13 at the Wayback Machine