Qansoran Hunuler - Wikipedia
Qansoran hünülər (lat. Simuliidae) – uzunbığlılar yarımdəstəsinə aid cücü fəsiləsi.
Qansoran hünülər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Ranqsız: Dəstə: Yarımdəstə: ???: Qansoran hünülər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Ümumi məlumat
redaktəHünülər (mığmığalar) bədən ölçüləri 2,8–6 mm olan xırda həşəratlardır. Ümumi rəngi boz və ya qaradır. İri başı faset gözlərlə örtülmüşdür. Bığcıqları 9-11 buğumlu, xortumcuğu gödəkdir. Ayaqları gödək, möhkəm, qara və ya qaramtıl-boz, bəzən ağ halqalıdır. Şəffaf qanadları sakitlik vaxtı üfüqi şəkildə bir-birinin üstünə qatlanır. Qarıncığı az və ya çox dərəcədə slindirik olub, yalnız zirvəyə doğru daralmışdır, səthi nisbətən sıx, gödək tükcüklərlə örtülmüşdür, qan sorub doymuş dişilərdə bəzən genişlənmiş olur. Azərbaycanda ayrı-ayrı illərdə Küryanı ovalıq rayonlarında hünülərin kütləvi hücumundan zəhərli sancmalarından kənd təsərrüfatı heyvanlarının kütləvi xəstələnməsi və tələf olması müşahidə edildiyindən, bu həşəratlar praktik maraq kəsb edir. Hünülərin ən geniş kütləvi çoxalma zonası Mərkəzi-Aran vilayətindədir. Kür çayı vadisində də onların bolluğu müşahidə edilir. Azərbaycanda 43 növ hünü məlumdur[2]. Naxçıvan Muxtar Respublikası faunasında 29 növü müəyyən edilmişdir[3].
Hünülər panataçı qızdırması, dəri və daxili üzvlərin (visserial) leş-maniozu kimi xəstəlikləri yayır və epidemiyalara səbəb ola bilirlər. Onlar müxtəlif heyvanların sığınacaqlarında və saxlandığı yerlərdə olur.
Təsnifatı
redaktə- Parasimuliinae
- Simuliinae
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ Azərbaycanın heyvanlar aləmi. II cild. Buğumayaqlılar tipi. Bakı: Elm, 2004, (388 s.) səh. 340-341.
- ↑ Bayramov A.B., Məhərrəmov M.M., Məmmədov İ.B. və başqaları. Naxçıvan Muxtar Respublikasının onurğasızlar faunasının taksonomik spektri. Naxçıvan: Əcəmi, 2014, (320 s.) səh. 185-186.