Qaoce Ulu Beyliyi - Wikipedia
Qaoçe Ulu Bəyliyi — 487-ci ildə Afuçjilo bəyin başçılığı altında Jujan xaqanlığından müstəqil olaraq yaradılmış dövlətdir.
Bəylik | |
Qaoçe Ulu Bəyliyi | |
---|---|
候娄匐勒 | |
|
|
Rəsmi dilləri | Türk dili |
Dövlət dini | Tenqriçilik |
Əhalisi | 3 milyon |
İdarəetmə forması | Bəylik |
Bəy | |
• 487–503 | Afuçjilo |
Tərkibi və qurulması
redaktəQaoçelər 6 qəbilə və 12 ailədən ibarət idi. Qaoçelər Şelun tərəfindən fəth olunmuşdular. Fufuluo ailəsinin başçısı Afuçjilo 487-ci ildə Yuyçzülyü Tuluna üsyan edərək şimala köçdü və 490-cı ildə Yueban xaqanlığını işğal edərək Qaoçe Ulu Bəyliyini qurdu.
Yüksəlişi
redaktəAfuçjilo ordusunu hələ 481-ci ildə Qaoçanq krallığına yürüş etdirərək Jujan xaqanlığının vassalı olan kral Kan Şoquini öldürərək yerinə öz adamlarından biri olan Çanq Menminqi yerləşdirdi. Qaoçanq krallığı artıq Qaoçe bəylinin vassalı halına gəldi. Göytürklər dövrünə qədər Şərqi Türkistan Jujanların əlindən çıxıb Qaoçelərin əlinə keçdi.
Ağ Hunlardan asılılıq
redaktə503-cü ildə Afuçjilodan sonra taxta keçən Biliyan bəy 505-ci ildə üsyan nəticəsində devrildi. Bu fürsətdən istifadə edən Ağ Hunların imperatoru Mihiraqula Afuçjilonun əmisi nəvəsi Mietunu bəy olaraq təyin etdi. Mietu dövründə bəylik gücləndi 508-ci ildə Jujan xaqanı Yuyçzülyü Futu onun tərəfindən öldürüldü. 516-cı ildə isə Mietu özü Yuyçzülyü Çunu tərəfindən öldürüldü.
Jujanlardan asılılıq və çöküş
redaktəYuyçzülyü Çunu geriyə qayıdarkən bəyliyin başına Mietunun qardaşı Yifunu qoydu. Yifu 524-cü ildə öləndən sonra Qaoçelər gücdən düşməyə başladılar və sonunda 541-ci ildə Anaxuanın sərkərdəsi Bumın tərəfindən dövlətlərinə son qoyuldu.
Adı | Hakimiyyət dövrü |
---|---|
阿伏至羅 Afuçjilo | 487–503 |
跋利延 Biliyan | 503–505 |
彌俄突 Mietu | 505–516 |
伊匐 Yifu | 516–524 |
越居 Yueçu | 524–536 |
比造 Biçao | 536–540 |
去賓 Kubin | 540–541 |
Tərkibi
redaktəQaoçelər 541-ci ildən sonra Göytürk İmperiyasının tərkibində yaşamağa başladılar.
Qəbilələr
redaktə- Di (狄)
- Yuanxe (袁纥)
- Hulü (斛律)
- Ciepi (解批)
- Huqü (护骨)
- Yikiçin (异奇斤)
Ailələr
redaktə- Kifuli (泣伏利)
- Tulu (吐卢)
- Yiçan (乙旃)
- Dalyan (大连)
- Kuhe (窟贺)
- Daboqan (达薄干)
- A-Lun (阿仑)
- Moyun (莫允)
- Kifen (俟分)
- Fufuluo (副伏罗)
- Kige (乞袁)
- Yuşupey (右叔沛)
İstinadlar
redaktə- ↑ "Gaoche 高車". 2022-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-09.